“Azərbaycan Respublikasının Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Res­publikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

¹ 480 Bakı şəhəri, 2 dekabr 2020-ci il

 

 

“Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 23 sentyabr tarixli 1160 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2001, ¹ 3, maddə 209; 2002, ¹ 3, maddə 148, ¹ 10, maddə 635; 2005, ¹ 7, maddə 678; 2006, ¹ 5, maddə 472, ¹ 10, maddə 902; 2010, ¹ 3, maddə 264; 2012, ¹ 12, maddə 1360; 2014, ¹ 12, maddə 1662; 2017, ¹ 12 (II kitab), maddə 2526; 2018, ¹ 12 (II kitab), maddə 2737; 2019, ¹ 8, maddə 1478; 2020, ¹ 6, maddə 804) ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları”nda aşağı­dakı dəyişikliklər edilsin:

 

1. Birinci abzasda “15” rəqəmləri “17” rəqəmləri ilə əvəz edilsin.

 

2. 16 və 17 nömrəli əlavələr təsdiq edilsin (əlavə olunur).

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti  2020.- 5 dekabr.- S.10.