Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Yol Hərəkəti
Təhlükəsizliyi Komissiyası haqqında” 1994-cü il 3 mart tarixli
93 nömrəli və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti
Təhlükəsizliyi Komissiyasının Əsasnaməsi
haqqında” 1999-cu il 11 avqust tarixli 128 nömrəli
qərarlarında dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN QƏRARI
¹ 481 Bakı şəhəri, 2
dekabr 2020-ci il
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın 7.1.1.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 3 mart tarixli 93 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası üzvlərinin Siyahısı” aşağıdakı redaksiyada verilsin:
“Komissiyanın sədri
Şahin Mustafayev - Azərbaycan Respublikası Baş nazirinin müavini
Komissiya sədrinin müavini
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi
Komissiyanın üzvləri:
Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsinin müdiri
Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsinin müdiri
Azərbaycan Respublikası
fövqəladə hallar
nazirinin birinci müavini
Azərbaycan Respublikası
nəqliyyat, rabitə
və yüksək texnologiyalar nazirinin müavini
Azərbaycan Respublikası
səhiyyə nazirinin
müavini
Azərbaycan Respublikası
təhsil nazirinin müavini
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri
Azərbaycan Avtomobil
Yolları Dövlət
Agentliyinin İdarə
Heyətinin sədri
Bakı Nəqliyyat
Agentliyinin İdarə
Heyətinin sədri
Azərbaycan Respublikasının
Nəqliyyat, Rabitə
və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi
Azərbaycan Respublikası
Ədliyyə Nazirliyinin
Məhkəmə Ekspertiza
Mərkəzinin Yol-nəqliyyat
hadisələrinin ekspertizaları
şöbəsinin rəisi
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri
Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Texniki Universitetinin Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi kafedrasının müdiri
Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının Şəhər təsərrüfatı şöbəsinin müdiri
Azərbaycan Avtomobil Federasiyasının baş katibi
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təşkili şöbəsinin baş mühəndisi, Komissiyanın məsul katibi.”.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 11 avqust tarixli 128 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 8, maddə 524; 2004, ¹ 4, maddə 296; 2018, ¹ 10, maddə 2146; 2020, ¹ 2, maddə 207) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının Əsasnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
2.1. 9-cu hissənin birinci abzasına “əsasında” sözündən sonra “ayda bir dəfədən az olmayaraq” sözləri əlavə edilsin;
2.2. aşağıdakı məzmunda 9-1-ci hissə əlavə edilsin:
“9-1. Komissiyanın daimi əsaslarla fəaliyyət göstərməsi üçün Komissiya üzvlərinin təmsil olunduqları qurumların əməkdaşlarından ibarət işçi qrup yaradılır. İşçi qrupa rəhbərliyi Komissiyanın məsul katibi həyata keçirir.”.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti
2020.- 5 dekabr.- S.10.