Ulu öndərimizi anarkən...

 

Hər il 12 dekabr tarixiulu öndər Heydər Əliyevin anım günü bizi bu dahi azərbaycanlının xatirəsinə yaxınlaşdırır, ona sonsuz minnətdarlıq və şükranlıq duyğularımız yenidən baş qaldırır. Xüsusən də bu ilUca Tanrının hökmüAli Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın tarixinə qızıl hərflərlə yazılmış misilsiz qələbə ilində, böyük rəhbərə sevgimiz hüdudsuzdur.

 

Bəli, Azərbaycan öz əzəli torpaqları uğrunda illərlə mücadilə etdiyi ölüm-di­rim savaşından tam qalib çıxdı və bu möhtəşəm zəfərin fövqündə ümummilli liderimiz Heydər Əliyevin müdrik sima­sı və şəxsiyyəti daha parlaq təzahür edir. İndi biz, Heydər Əliyevin təbirincə desək, həqiqətən də fəxr edirik ki, azərbaycanlıyıq. Bəlkə də onqat, yüz­qat fəxr edirik ki, azərbaycanlıyıq, bu müqəddəs torpağın, sözün əsl mənasında, layiqli və əzəli övladlarıyıq. Heç şübhə etmirəm ki, Heydər Əliyev bu sözləri doğma yurdumuzun ağır, keşməkeşli günlərində qürurla, şəstlə dilinə gətirəndə bu qələbəmizi qəlbən görürhiss edirdi. Axı, ayrı cürə ola da bilməzdi.

 

Tariximizə çox dərindən bələd idi Heydər Əliyev və gözəl bilirdi ki, bu xalq yağı düşmənin işğalı ilə heç vaxt barış­mayacaq və bir gün öz qəti mövqeyini dəmir yumruğu ilə ortaya qoyacaq. Belə də oldu! Ruhun şad olsun, ulu öndər! Azərbaycan xalqı, müzəffər ordumuz sənin ümidlərini doğrultdu, niyyətlərini, arzula­rını qəhrəman varisin olan Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev böyük müvəvəffəqiyyətlə həyata keçirtdi. İndi bizim üçrəngli bayrağımız Şuşada, Ağ­damda, Füzulidə, Cəbrayılda, Kəlbəcərdə, Laçında, Zəngilanda, Qubadlıda qürurla dalğalanır. “Qarabağ Azərbaycandır!” şüarı isbata ehtiyacı olmayan bir aksioma dönüb.

 

Bu unudulmaz günlərdə istər-istəməz olub-keçənləri yad edir, fikrən keçmişə qayıdırıq. Xalqımızı bu şanlı qələbəyə aparan yollara nəzər salanda aydın görü­rük ki, Heydər Əliyev vətənimizin ən ağır, taleyüklü məqamında onun dadına vaxtın­da yetişmişdi. O məşəqqətli günləri biz ha­mımız çox yaxşı xatırlayırıq. Daxildən və xaricdən didişdirilən doğma yurdumuzun parçalanmaq, məhv olmaq təhlükəsi çox real idi. Heydər Əliyev müdrik bir xilaskar kimi gəldi. Babəkin, Koroğlunun, Dədə Qorqudun, Nəsiminin, Nizaminin, Hüseyn Cavidin, Üzeyir Hacıbəylinin ideallarına sadiq qalan, bu böyük tarixi şəxsiyyətləri hər vasitə ilə millətinə şüuruna durmadan yeridən əsl sərkərdə və dövlət xadimi kimi Azərbaycanın gələcək müqəddəratını, in­kişaf yollarını, prioritetlərini uzaqgörənliklə təyin etdi. O, canından cox sevdiyi Vətəninin işıqlı sabahını görürona heç bir tərəddüd etmədən inanırdı. O, bu günün gələcəyini çox yaxşı bilirdi!

 

Heydər Əliyev üçün doğma xalqının həyat fəlsəfəsi, yaşamaq mədəniyyəti, ulu incəsənəti ən yüksək mənəviyyat meyarı idi. Kim bilir, taleyin gərdişi ilə dövlət xadimi olmasaydı, ulu öndər heç şübhəsiz, görkəmli memar, yazıçı və ya bəstəkar olacaqdı. O, sənət adamları ilə şəxsi dostluqdan xüsusi zövq alırdı, mənəvi məmnunluq tapırdı. Bir musiqiçi kimi bunu həyatım boyu çox aydın görmüşəm, müşahidə etmişəm. Onun Qara Qarayev, Niyazi, Fikrət Əmirov, Tofiq Quliyev, Rəşid BehbudovMüslüm Maqomayevlə dost­luğu son dərəcə səmimi xarakter daşıyırdı. Çünki o, bu insanların yaradıcılığını nəinki dərindən bilir və izləyirdi, onları sevirdi və Azərbaycan xalqı üçün hansı əhəmiyyət daşıdığını gözəl anlayırdı. Elə buna görə də sidq-ürəkdən çalışırdı ki, xalqın böyük istedad sahibləri hər cür qayğı və hörmətlə əhatə olunsunlar. Onlar heç bir məişət və ya digər problemlərlə üz-üzə qalmasın, rahat şəkildə yaşayıb-yaratsın, millətə xidmət etsin, onun ruhunu yaşatsınlar.

 

Mən özümçox xoşbəxtəm ki, ulu öndərin qayğısını, diqqətini və xe­yir-duasını bilavasitə hiss etmişəm. 20 il öncə o, son dərəcə böyük etimad göstərərək özünün təşəbbüsü və imzası ilə yaradılan Azərbaycan Milli Konser­vatoriyasına məni rektor təyin edəndə, çox həyəcanlanmışdım. Çünki bu dahi insan mənə inanmışdı. Bu böyük inamı və etimadı doğrultmalı idim. Azərbaycan Milli Konservatoriyası hər baxımdan Heydər Əliyevin ümidlərinə, gözləntilərinə layiq olmalı idi.

 

Əlbəttə, buna nə dərəcədə nail olduğumuza tarix qiymət verəcək. Bu il isə biz, Bakının görkəmli yerində qürurla ucalan, gözəlliyi, müasirliyimilliliyi, hər cür rahatlığı ilə diqqəti cəlb edən, ustad sənətkarları və istedadlı gəncləri öz ətrafına toplamış doğma təhsil ocağımı­zın – Heydər Əliyevin yadigarının 20 illik yubileyini iftixarla qeyd edirik. Ola bilsin ki, tarix baxımından 20 il böyük bir müddət deyil. Lakin bizim üçün bu, əsl qurucu­luq və təşəkkül illəri oldu. Çünki yaxşı anlayırdıq ki, ulu öndərin imzası ilə yeni əsrdə, hətta yeni minillikdə Azərbaycanda yaradılan ilk ali təhsil ocağıyıq. Milli musiqimizin şahı olan muğam məbədiyik. Axı xalqımızın ruhu, mayası müqəddəs muğam sədaları ilə yoğrulubbu ilahi musiqi bizim mənəvi gücümüzün, saflığı­mızın əsasıdır, rəhnidir. Tarixən bir əlində qılınc, bir əlində qopuz-sazla igilərimiz hərb meydanında şücaət göstəriblər.

 

XXI əsrin Vətən müharibəsi də istisna olmadı bu baxımdan. Qəhrəman şəhidimiz Xudayarın “Vətən yaxşıdır” mahnısı ilə döyüşə getməsi bir dastana döndü, kök­sümüzü yıxıb-yaxdı, millətin oxuyan, hər zaman musiqi sədaları ilə dillənən pak, bulaq suyutək tərtəmiz qəlbini açıq şəkildə ortaya qoydu. Bu böyük həqiqəti dahiyanə fəhmlə bilirduyurdu ulu öndərimiz! Ona görə də heç tərəddüd etmədən yeni musiqi ocaqlarının açılmasına yaşıl işıq yandırırdı.

 

Heç şübhə etmirəm ki, tez bir zaman­da işğaldan azad olunmuş torpaqlarımıza yenidən xoş musiqi sədaları gələcək, təhsil ocaqları, məktəblər fəaliyyətə başlayacaq, Qafqazın konservatoriyası kimi ad çıxarmış gözəl Şuşamızda ali musiqi məktəblərimizin filialları açılacaq, bu müqəddəs diyardan yenidən muğam sədaları eşidiləcək. Bizim payımıza da bu yeni tarixi və mədəni quruculuq dönəminin iştirakçıları və şahidləri olmaq qisməti düşəcək və hər işimizin başlanğıcında da, sonunda da, Heydər Əliyev kimi, azərbaycanlı olduğumuzla fəxr edəcəyik. Allah Sizə qəni-qəni rəhmət eləsin, ulu öndər!

 

Siyavuş KƏRİMİ,

Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor

 

Xalq qəzeti  2020.- 11 dekabr.- S.11.