V.T.Gülməmmədovun Azərbaycan Respublikası Hesablama Palatasının sədri təyin edilməsi haqqında

 

 Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

 

Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin 44-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 

Vüqar Tapdıq oğlu Gülməmmədov Azərbaycan Respublikası Hesablama Palatasının sədri təyin edilsin.

 

Azərbaycan Respublikası

Milli Məclisinin Sədri Sahibə QAFAROVA

 

Bakı şəhəri, 11 dekabr 2020-ci il

 

Xalq qəzeti  2020.- 12 dekabr.- S.2.