Qırğızıstanda Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab nəşr olunub

 

Qırğızıstanda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunanTürk dünyasının dahi şəxsiyyəti” adlı məqalələr toplusu Azərbaycan və rus dillərində çapdan çıxıb.

 

AMEA-nın Tarix İnstitutundan verilən məlumata görə, bu kitab Qırğızıstanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu tərəfindən nəşr olunub.

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın İssık-Kul haqqında şeiri 9 dilə tərcümə edilərək yeni nəşrə daxil edilib.

 

Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov kitaba “Heydər Əliyev - zaman və məkan anlayışlarından ucada duran azərbaycanlı dahi” adlı ön söz yazıb. Topludakı ilk məqalə Yaqub MahmudovunAta yurdumuzun Atatürkü” adlı geniş yazısıdır.

 

Tarixçi alim araşdırmasında qeyd edir ki, Heydər Əliyev xalqı, yurdu milli-mənəvi parçalan­madan, iflasa uğramaqdan xilas etdi. Özündən əvvəl hakimiyyətdə olanların qəbul etdikləri səhv qərarların icrasını dayandırdı. Torpağımızın, xalqımızın, dilimizin üzərindəki əzəli və əbədi “Azərbaycan” möhürünü özümüzə qaytarıldı. Bununla reallaşmaqda olan etnik toqquşmalar ehtimalı aradan qaldırıldı. Ulu Öndərin ən mühüm uğurlarından biri budur ki, o, Azərbaycanı türk dünyasından təcrid olunmuş vəziyyətdən çıxartdı. Bizimlə birlikdə azadlığa çıxmış qardaş Qazaxıs­tan, Özbəkistan, Qırğızıstan və Türkmənistanla ənənəvi dostluq münasibətlərimiz bərpa olun­du. Hazırda Ulu Öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan Respublikası qardaş türk dövlətləri ailəsinin öncül üzvüdür.

 

Nəşrdə Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramovun “Heydər Əliyevin neft strategiyası müasir Azərbaycan dövlətinin inkişa­fının təməl daşıdır”, Tarix İnstitutununQarabağ tarixi” şöbəsinin müdiri Güntəkin Nəcəflinin “Heydər Əliyev - Azərbaycan xalqının milli təəssübkeşi (aka­demik Yaqub Mahmudovun xatirələri əsasında)”, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyevanın “15 iyun tariximizin qurtuluşu­nun zirvəsidir”, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Qafar Əliyevin “Müasir Azərbaycan dövlətinin banisi, xilaskarı və qurucusu - Heydər Əliyev” və başqa tədqiqatçıların məqalələri yer alıb. Topluya Türkiyə, Qırğızıstan və başqa ölkələrin tədqiqatçılarının məqalələri də daxil edilib.

 

Xatırladaq ki, Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov Tarix İnstitutu alimlərinin erməni saxtakarlarını ifşa edən fundamental araşdırmalarının Qırğızıstanda nəşrinə yardım edib.

 

Xalq qəzeti  2020.- 12 dekabr.- S.7.