“Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni həll etdi, buna güc yolusiyasi vasitələrlə nail oldu

 

Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki, bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Mən son 17 il ərzində danışıqlarda iştirak etmişdim. Lakin müharibə zamanı dediyim kimi, Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdir. Reallıq bundan ibarətdir.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti, ABŞ-dan olan həmsədri Endrü Şofer, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşikin qəbulu zamanı çıxışı bir çox cəhətdən böyük maraq kəsb etdi. Başqa sözlə, dövlət başçımızın nitqi təkcə 44 günlük Vətən müharibəsinin deyil, ümumilikdə, Ermənistan–Azərbaycan münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin, bu prosesdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətinin qiymətləndirilməsi, Azərbaycanın qələbəsinin səbəbləri və nəticələri, torpaqların işğalına son qoyulması ilə bağlı regionda yeni şəraitin yaranması, habelə mövcud vəziyyətdə qarşıda duran vəzifələrə aydınlıq gətirilməsi baxımından diqqət çəkdi. Ölkə Prezidentinin çıxışı həm beynəlxalq ictimaiyyətə, həm də Ermənistan rəhbərliyinə açıq, aydın və mövcud vəziyyətə adekvat mesajlarla mühüm önəm daşıdı.

 

Prezident İlham Əliyev görüşdə çıxış edərək, ötən il keçirilən son görüşdən uzun müddət ötdüyünü, bu vaxt ərzində bir çox hadisələr baş verdiyini xatırlatdı. Dövlətimizin başçısı pandemiyanın bütün dünyada vəziyyəti tamamilə dəyişdiyini, bununla yanaşı, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin regionda vəziyyəti yenilədiyini vurğuladı: “Hazırda regionda tamamilə yeni vəziyyət mövcuddur. Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni həll etdi, buna güc yolusiyasi vasitələrlə nail oldu. Mən həmsədr dövlətlərin başçılarından olan Prezident Putinin dedikləri ilə razılaşıram ki, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Mən də həmin fikirdəyəm. Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki, bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Mən son 17 il ərzində danışıqlarda iş­tirak etmişdim. Lakin müharibə zamanı dediyim kimi, Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdir. Reallıq bundan ibarətdir”.

 

Beləliklə, Prezident İlham Əliyevin bildirdiyi kimi, ölkəmiz Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini özü gerçəkləşdirdi. Belə ki, Azərbaycan Ermənistan üzərində möhtəşəm qələbə qazanaraq, işğalçını kapitulyasiya saydığımız bəyanatı imzalamağa məcbur etdi. Ermənistan iqtidarından savayı, ölkənin bütün siyasi qüvvələri də bununla razıdır ki, bu, kapi­tulyasiyadır və onlar bunu alçaldıcı kapitulya­siya adlandırırlar. Bunun tam məsuliyyəti Nikol Paşinyanın diktatura rejiminin üzərinə düşür.

 

Azərbaycan Prezidenti çıxışında Ermənistan–Azərbaycan, Dağlıq Qara­bağ münaqişəsi ilə bağlı danışıqlarda 17 il ərzində iştirak etdiyini, Ermənistanın əvvəlki prezidentləri ilə də danışıqlar aparmaq təcrübəsi olduğunu diqqətə çatdırdı. Eyni zamanda, bildirdi ki, danışıqlarda hər hansı bir nəticə əldə olunmasa da, proses davam edirdi. Lakin Nikol Paşinyan müzakirələrin üzərindən xətt çəkdi. O, danışıqlar prosesi­nin formatını alt-üst etməyə cəhd göstərdi və təxribatçı hərəkətləri və bəyanatları ilə danı­şıqları tamamilə mənasız bir vəziyyətə gətirib çıxardı. Bu, tamamilə qəbuledilməz idi. Ona görə də Ermənistanın baş nazirinin Azərbaycan dövlətinə və xalqına qarşı təxribatçı və təhqiredici əməllərinə, bəyanatlarına cavab verildi, o, ciddi şəkildə cəzalandırıldı. Beləliklə, Nikol Paşinyan öz məğlubiyyətini etiraf etməyə, atəşkəs üçün yalvarmağa məcbur oldu: “Əslində o, bunu 44 günlük müharibə əsnasında hər gün edirdi və gündə bir neçə dəfə dünya liderlərinə zəng edirdi. Onun zəng etmədiyi avropalı lider tapmaq çətin olar. O, atəşkəsin təmin edilməsini xahiş edirdi. Lakin o, mənim şərtlərimə əməl etmək istəmirdi. Halbuki mənim yeganə şərtim var idi. O, isə bir neçə ay öncə mənə 7 şərt irəli sürmüşdü. Mən onları rədd etdimdedim ki, mənim yeganə şərtim var – torpaqlarımızdan çıx! Əks təqdirdə, Azərbaycanın dəmir yumruğunu görəcəksən. Müharibə zamanı mən bir neçə dəfə bunu bəyan etmişdim. Onun hansısa nazi­ri deyil, şəxsən Paşinyan bizə torpaqlarımızdan çıxmaqla bağlı tarix verən kimi biz dayanaca­ğıq. Nəticədə bu, baş verdi və mən hər zaman olduğu kimi, verdiyim sözə əməl etdim. Paşin­yan isə nə mənim, nə də öz xalqının qarşısında heç vaxt vədlərinə sadiq olmadı…”.

 

Dövlətimizin başçısının nitqində diqqətçəkən məqamlardan bəzilərini də burada xatırlatmaq istərdik. Prezident İlham Əliyev bildirdi ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in, digər beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, uzun illər ərzində münaqişə həll olunmurdu. BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü bacar­madı, yoxsa istəmədi? Bu, açıq sual olaraq qa­lır. Lakin hazırda bu, artıq fərq etmir. Münaqişə həllini tapıb. Azərbaycan bunu hərbi-siyasi vasitələrlə reallaşdırdı. “Hərbi variant yoxdur” deyənlərin indi özləri anlayır ki, var idi, çünki onlar, sadəcə, mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər.

 

Minsk qrupunun həmsədri olan ölkələrin prezidentləri Akvildə, Muskokada qeyd edirdilər ki, status-kvo qəbuledilməzdir. Sonra da bildirirdilər ki, status-kvo dayanıqlı deyil. Bu, o deməkdir ki, status-kvo artıq qəbul edilir. Azərbaycan göstərdi ki, status-kvo güc yolu ilə, şücaət, müdriklik, siyasət, səylərin səfərbər olunması, Azərbaycan xalqının həmrəyliyi, iradəsi, əzmkarlığı, Azərbaycan əsgərinin müzəffərliyi sayəsində dəyişdirilə bilər. Azərbaycan haqlı olduğunu göstərdi.

 

Beləliklə, Azərbaycan münaqişənin həllini Ermənistanı döyüş meydanında məğlubiyyətə uğratmaqlakapitulyasiya hesab olunan Bəyanatı imzalamağa məcbur etməklə reallaş­dırıb.

 

Dövlətimizin başçısı çıxışında ATƏT-in Minsk qrupununun həmsədrlərinin səfərinin onların öz təşəbbüsləri olduğunu, onların dəvət edilmədiyini və Azərbaycan tərəfinin sadəcə bu təklifə etiraz bildirilmədiyini də vurğuladı. Bu fikri­ni əsaslandıran Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan 30 ilə yaxın bir müddətdə Minsk qrupununun həmsədrlərindən ədalətli mövqe, işğalçıya təsir və təzyiq, işğala son qoyulması üçün əməli fəaliyyət gözlədi. Amma bunların heç biri reallaşmadı. Azərbaycan öz gücü hesabı­na, hərbi-siyasi yolla bu problemi həll etdi və beləliklə, Minsk Qrupunun həmsədrlərinin man­datının əsasını təşkil edən BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi:Bundan sonra ATƏT MQ həmsədrləri hansı istiqamətdə fəaliyyət göstərə bilərlər? Artıq status-kvo, Mad­rid prinsipləri kimi anlayışlar olmadığı bir dövrdə ATƏT MQ həmsədrləri regionda yeni reallığa yu­ğun olaraq xalqların sülhə hazırlanması, etimad quruculuğu, etnik barışığın təmin olunması, yolkommunikasiya xətlərinin açılması kimi məsələlərlə məşğul ola bilər. Buna uyğun olaraq yeni fəaliyyət proqramı ortaya qoymalıdır. Bu yolla regionda davamlı sülhün təmin olunması­na töhfə bilər. Amma fərdi olaraq Minsk Qrupu üzv dövlətləri xüsusilə Fransa qərəzli mövqe­yini kənara qoymalı və neytral tərəf olduğunu sübut etməlidir. Eyni zamanda, Minsk qrupu prosesində iştirak edən 11 dövlətin hamısı o cümlədən Türkiyə bu prosesdə yaxından iştirak etməlidir. Hər hansı diskriminasiyaya prose­sin siyasi inhisara alınması baş verməməlidir”.

 

Dövlətimizin başçısının çıxışından da göründüyü kimi, Prezident İlham Əliyev həmişə sözünə sadiq olub və vədlərinə əməl edib. Ermənistan və Azərbaycan arasında qabarıq nəzərə çarpan fərqlərdən də bu aydın görünür. Beləliklə:

 

–Azərbaycan rəhbərliyi öz xalqı və beynəlxalq ictimaiyyətlə hər zaman səmimi olub, niyyət və məqsədlərini açıq ifadə edib. Ermənistan rəhbərliyi isə bütün dövrlərdə həm beynəlxalq aləmi, həm də öz xalqını aldadıb;

 

–müharibə dövründə xalqımız bütün məsələlər barədə ətraflı məlumatlandırılıb. Ermənistan hakimiyyəti isə öz xalqını aldadıb və buna görə də noyabrın 10-da bəyanat imza­lananda Ermənistan ictimaiyyəti şok yaşayıb;

 

Paşinyan Azərbaycana qarşı 7 şərt irəli sürəndə Prezident İlham Əliyev bu şərtləri rədd edib və cəmi bir şərt irəli sürübişğa­la son qoyulmalıdır. Əks halda, Azərbaycan digər vasitələrlə buna nail olacaqdır. Beləliklə, Azərbaycan Ermənistanın təxribatlarına tor­paqları tam işğaldan azad etməklə cavab verdi. Prezident İlham Əliyev öz sözünə sadiqliyini təsdiqlədi və Azərbaycanın ərazi bütövlüyü­nü bərpa etdi. Paşinyan hakimiyyətinin isə hərbi gücü, Azərbaycana layiqli cavab vermək barədə iddialarının əfsanə, mif olduğu üzə çıxdı.

 

Azərbaycan Ermənistan tərəfinin ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar siyasətə son qoymaq, törətdiyi təxribatların qarşısını almaq məqsədilə sentyabrın 27-də başladığı əks-həmlə əməliyyatı dövründə də haqq savaşı apardığını, haqq yolunda olduğunu bütün dün­yaya nümayiş etdirdi. Bu, özünü Ermənistan kapitulyasiya etdikdən və şərtlərimizi yerinə yetirməyə razı olduqdan dərhal sonra Azərbaycanın hərbi əməliyyatları dayandır­masında göstərdi. Halbuki, Ermənistanın darmadağın edilmiş ordusu artıq müqavimət qabiliyyətini itirmişdi və digər ərazilərin də işğaldan azad olunması qısa zaman ərzində gerçəkləşəcəkdi.

 

Ümumiyyətlə, 1993-cü ildə azərbaycanlıları doğma yurdlarından vaxt vermədən, zorla qo­van Ermənistandan fərqli olaraq, Azərbaycan torpaqların azad olunmasına vaxt verdi, Kəlbəcərin boşaldılması üçün vaxtın 10 gün uzadılmasına da razı oldu. Bundan başqa Azərbaycan öz ərazisini işğaldan azad etdi, hərbi əməliyyatları düşmən ərazisinə keçirtmək imkanı olsa da, bunu reallaşdırmadı, heç belə bir niyyət barədə də düşünmədi.

 

Müharibə bitəndən sonra söz verildiyi kimi, şəhidlərin siyahısı açıqlandı, onlar haqqında hərtərəfli məlumat telekanallar vasitəsilə nü­mayiş etdirildi. Amma Ermənistan hakimiyyəti yenə də öz ictimaiyyətini aldadır. Dağlıq Qara­bağda yaşayan ermənilər və muzdlular barədə itkilər hələ də gizlədilir.

 

Yeri gəlmişkən, burada bir neçə məqamı da diqqətə çatdırmağı zəruri bilirik. Belə ki, müharibəyə və onun nəticələrinə görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür. Məhz Paşinyan hakimiyyətinin təxribatçı hərəkətləri, bəyanatları nəticəsində danışıqlar prosesi dayandırılıb və müharibənin başlanma­sına səbəb olub.

 

Paşinyandan əvvəl hakimiyyətdə olan Sar­kisyan və Köçəryan da hərbi cinayətkardırlar. Onlar məsuliyyəti Paşinyanın üzərinə atmaq istəyirlər. Ancaq dövlətimizin başçısının vurğuladığı kimi, Paşinyan heç kimdir, Sarkis­yan və Köçəryan rejiminə qarşı etiraz dalğası üzərində hakimiyyətə gəlmiş təsadüfi insandır. Bu adamın heç bir bilik, təcrübəsi, beynəlxalq münasibətlər və ölkənin idarəçiliyi haqqında təsəvvürü yoxdur.

 

Sonda onu da qeyd edə bilərik ki, Azərbaycan 44 gün ərzində erməni xal­qı ilə deyil, işğalçı ilə, ərazilərimizi zəbt edən cinayətkarlarla müharibə apardı. Qarşıdan gələn dövrdə ermənilər hazırda ölkəmizin müxtəlif bölgələrində yaşadığı kimi, təhlükəsizlik və ləyaqət şəraitində yaşaya bilərlər. Onların güzəranları da, şübhəsiz ki, Azərbaycanın idarəçiliyi altında yaxşı olacaq. Onlar səfalətdən, zordan, qul kimi yaşamaqdan qurtulacaqlar.

 

Hazırda işğaldan azad edilən ərazilərdə Rusiya tərəfindən sülhməramlı əməliyyatlar aparılır. Ermənistan və Azərbaycan tərəfindən bu missiya dəstəklənir. Eyni zamanda, artıq Azərbaycanın Ağdam rayonunda Monitorinq Mərkəzi yaradılır, Türkiyə-Rusiya bu Mərkəzdə atəşkəs rejiminə nəzarət edəcək. Bu, regional əməkdaşlığın önəmli təzahürü, Türkiyə ilə Rusiya arasında çox məqbul əməkdaşlığın rəmzidir.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti  2020.- 15 dekabr.- S.1.