Qələbəmizin baş qəhrəmanı

 

Azərbaycanda ordu quruculuğu daim mənim diqqət mərkəzimdə olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələrin yerinə yetirilməsinə imkan verəcəkdir.

 

Prezident İlham Əliyevin 2003-cü ildə keçirilmiş andiçmə mərasimindəki nitqindən

 

31 oktyabr 2003-cü il

 

İqtibasda təqdim etdiyimiz fikirlər 17 il əvvəl keçirilmiş andiçmə mərasimində səsləndirilmişdi. O zaman ölkəyə yeni rəhbərliyə başlayan Prezident İlham Əliyevin bu fikirləri, bəlkə də, həmin vaxt çoxlarına, ilk növbədə, işğalçı Ermənistana, onun havadarlarına təəccüblü gəlmişdi. Yəni, doğrudanmı, Azərbaycan öz gücü hesabına işğal altındakı əraziləri düşməndən azad edə biləcək? Ərazi bütövlüyümüz təmin olunacaqmı, bir daha “torpaqlarımızın 20 faizi düşmən işğalındadır” ifadəsini eşitməyəcəyikmi? On yeddi il əvvəl qətiyyətlə deyilən bu sözlər xalqın gələcəyə olan ümidini, inamını artırdı. Çünki bu sözləri deyən ulu öndər Heydər Əliyev siyasi kursununn ən layiqli davamçısı Prezident İlham Əliyev idi. Həm də ulu öndər Heydər Əliyevin 2003-cü ildə xalqa müraciətindəki “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri xalqın köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıra biləcəkdir”, – fikri bu inamı daha da möhkəmləndirmişdi.

 

Ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiqliyini bütün sahələrdə əməli fəaliyyəti ilə nümayiş etdirən Prezident İlham Əliyevin son 17 il ərzində həyata keçirdiyi daxilixarici siyasət ölkəmizi dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşdu. Daxili, xarici, sosial, iqtisadi və mədəni sahələrdə həyata keçirilən islahatlarda əsas məqsəd respublikamızın inkişafı ilə yanaşı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması idi. Şübhəsiz, həmin dövrdə ordu quruculuğuna xüsusi önəm verilməsi ölkəmiz üçün prioritet vəzifə idi. Bu da təbiidir. Çünki biz müharibə şəraitində yaşayırdıq. Müharibə hələ bitməmişdi. Düşmənin təxribatları, terror aktları ilə üz-üzə qalmışdıq. Ona görə də qarşıya qoyulan əsas vəzifə ölkəmizin ərazi bütövlüyünü bərpa etmək idi. Bundan ötrü isə ilk növbədə, müasir silah-sursatla təmin olunmuş nizami ordu formalaşdırması tələb olunurdu.

 

Söz yox ki, ulu öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi dövrdə ordu quruculuğunu daim diqqət mərkəzində saxlamışdı. Ancaq dünyanın sürətli inkişafı ilə ayaqlaşıb beynəlxalq standartlara uyğun daha güclü, daha qüdrətli ordu formalaşdırılması zərurəti yaranırdı. Dövlətimizin başçısı da öz çıxışlarında bu məsələni daim diqqət mərkəzində saxlayacağını xatırladaraq demişdir: “Mən 2003-cü ildə Prezident vəzifəsinə seçiləndə Konstitusiyamıza və müqəddəs Qurani-Kərimə əl basaraq and içmişdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi”.

 

Dövlət başçımızın ordu quruculuğu sahəsindəki ilk qətiyyətli addımı 16 dekabr 2005-ci il tarixli sərəncamı ilə Müdafiə Sənayesi Nazirliyinin yaradılması oldu. İllər keçdikcə ölkəmizin müdafiə sənayesi sahəsində əsaslı dönüş yaradıldı.

 

Müasir dünyada hüququn gücü deyil, gücün hüququ işləyir və “güclüsənsə, haqlısan”, məntiqi hökm sürür”, – deyən Prezident İlham Əliyev böyük uzaqgörənlik nümayiş etdirərək, ordu quruculuğunun inkişafını prioritet vəzifə kimi qarşıya qoydu. Bu istiqamətdə qətiyyətli addımların atılması işğal altındakı ərazilərimizin Silahlı Qüvvələrimizin hesabına azad ediləcəyinə olan ümidi, əminliyi getdikcə möhkəmləndirdi. Vətənimizin qorunmasının, işğal altında olan torpaqlarımızın azad olunmasının başlıca amilini ordumuzun daha da möhkəmləndirilməsində, müasir silah - suratla təmin olunmasında, hərbi vətənpərvərlik ruhunun daha da yüksəldilməsində görən Prezident, Ali Baş Komandan İlham Əliyev mütəmadi olaraq, cəbhə bölgələrində – səngərlərdə oldu, əsgər və zabitlərlə şəxsən görüşdü, onlarla birlikdə bir masa arxasında oturub nahar etdi. Dövlətimizin başçısı ölkənin müdafiə qüdrətini və hərbi potensialını artırmaq məqsədilə ciddi addımlar atdı.

 

Azərbaycanın istehsal etdiyi silah-sursat beynəlxalq sərgilərə yol açdı. Ölkəmiz həm də beynəlxalq müdafiə sərgisinə evsahibliyi etdi. Prezident İlham Əliyevin də iştirak etdiyi “ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sənayesi sərgisində dünyanın 29 ölkəsini təmsil edən 224 şirkətin təmsil olunması ölkəmizin müdafiə sənayesinin inkişafının göstəricisi idi. Regionda ən böyük silah və hərbi texnika ekspozisiyalarından ibarət olan genişmiqyaslı bu tədbir müasir silah və avadanlıqların, Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişi üçün geniş imkanlar açdı.

 

“ADEX” sərgisi dünyanın silah bazarında ixrac üçün təklif olunan hərbi sənaye kompleksinin müxtəlif sahələri üzrə müasir müdafiə texnologiyaları, hərbi texnikanın ən son nümunələri ilə tanış olmaq imkanı yaratdı. Bu sərgi ən son silah nümunələrinin nümayiş olunması və beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində yeni müqavilələrin imzalanması üçün çox əlverişli platformaya çevrildi.

 

2003-cü ildən ordu quruculuğuna ayrılan vəsaitin artırılması bu sahədə özünü açıq şəkildə büruzə verirdi. Ümumiyyətlə, son 16 ildə hərbi xərclərimiz 15 dəfə artdı. Güc amilinin dünyanın müxtəlif bölgələrində əsas faktor kimi çıxış etməsi ordu quruculuğunu prioritet vəzifəyə çevirdi. Bu sahəyə büdcə vəsaitinin ildən- ilə artırılması dövrün tələbindən irəli gəlirdi. Müqayisə üçün deyək ki, əgər 2003-cü ildə Azərbaycanın hərbi büdcəsi 135 milyon dollara bərabər idisə, 10 il sonra 3,7 milyard dollara yüksəlmişdir. Cari ildə ölkəmizin müdafiə büdcəsi daha da artırılaraq 3 milyard 853 milyon 600 min manata çatdırılıb. Bu, 2019-cu ilin hərbi büdcəsi ilə müqayisədə 666 milyon manat çoxdur.

 

Ali Baş Komandan, Prezident İlham Əliyev hərbi quruculuğun daim diqqət mərkəzində saxlanılmasının zərurliyindən söhbət açaraq deyib: “Ordumuz ən müasir silahlarla, texnika ilə təchiz edilib. O cümlədən, Azərbaycanda istehsal olunan bir çox hərbi təyinatlı məhsullar ordumuzun potensialını gücləndirir. Bizim təşəbbüsümüzlə son illər ərzində 20-dən çox hərbi zavod yaradılıb. Bu zavodlarda 1200 adda hərbi təyinatlı müxtəlif məhsullar istehsal olunur, ordumuz təchiz edilir. Eyni zamanda, biz artıq hərbi məhsullarımızı ixrac etməyə də başlamışıq. Həmçinin Azərbaycan bir çox ölkələrdən ən müasir silahtexnika alır... Biz bütün bunları ona görə edirik ki, Azərbaycan Ordusu daha da güclü olsun. Ona görə edirik ki, hərbi potensialımız güclənsin. Ona görə edirik ki, görürükdünyada gedən proseslər də onu göstərir ki, beynəlxalq hüquq işləmir. Əgər işləsəydi, Azərbaycan torpaqları çoxdan işğalçılardan azad olunardı”.

 

Növbəti ilin dövlət büdcəsində müdafiə xərcləri büdcənin 15,3 faizini təşkil edəcək. Bu göstərici 3 milyard 954 milyon manata (2 milyard 326 milyon dollar) bərabər olacaqdır. Bütün bunlar ordumuzun daha da nöhkəmləndiriməsində mühüm rol oynadı.

 

Silahlı Qüvvələrimizdə döyüş ruhunun hərbi-vətənpərvərlik hissinin ən yüksək səviyyəsi təmin edilmişdir. Xalqımız, eləcə dünya ictimaiyyəti 2016 - ilin Aprel döyüşlərində, 2018 – ci ilin Günnüt, 2020- ci ilin iyulunda Tovuz əməliyyatlarında nəhayət, sentyabrın 27- başlanan cəmi 44 gün davam edən İkinci Qarabağ müharibəsində bunun şahidi oldu.

 

Düşmənə vurulan ilk sarsıdıcı zərbənin əsası Aprel döyüşlərində qoyuldu. Bu döyüşlər bizim şanlı qələbəmizdir. Ermənistanın uzun illər öz ordusu haqqında uydurduğu yalanlar, miflər darmadağın edildi. Aprel döyüşləri Azərbaycan Ordusunun yenilməz olduğunu təsdiqlədi. Bu döyüşlər xalqda böyük inam yaratdı. Xalq inandı ki, rəşadətli ordumuz işğal edilmiş torpaqlarda, Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki, onu məhv edə bilməsin. Dövlət başçımızın da qeyd etdiyi kimi, Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bunu həm xalqımız, həm dünya ictimaiyyəti gördü. Ancaq işğalçı ölkə xarici havadarlarına arxayınlaşaraq təxribatlarını davam etdirir, daha geniş əraziləri işğal etmək xülyasında idi.

 

Ölkə Prezidentinin gərgin fəaliyyəti nəticəsində ordumuzun döyüş qabiliyyəti günbəgün artır, maddi-texniki təminatı ən yüksək səviyyəyə çatdırılırdı. Son illər ərzində milyardlarla dollar dəyərində ən müasir silah-sursat, ən son texnologiyaya malik hərbi texnikanın alınması artıq özünü büruzə verirdi. Sentyabrın 27-də işğalçı Ermənistanın başladığı müharibənin ilk günlərindən düşmən ordusunun darmadağın edilməsi xalqımızın Qələbəyə inamını reallaşdırdı. Düşmən cəmi 44 gün davam gətirə bildi. Bu günlər ərzində milyardlarla dollar zərər çəkdilər. Müzəffər Ali Baş Komandan dekabrın 1- də xalqa müraciətində məhv edilmiş və qənimət götürülmüş Ermənistan ordusunun texnikalarının adını açıqlayanda bir daha Silahlı Qüvvələrimizin dünyanın 50 ən güclü ordusundan biri olması yəqinləşdi. Diqqət edin, 53 dənə tank əleyhinə vasitələr, 4 “Smerç”, 97 “Qrad” , 2 “Uraqan” , “YARS”, TOS odsaçan , 7 atıcı qurğu – “S-300” zenit-raket kompleksləri məhv edildi. Yalnız bunların qiyməti hesablansa, Ermənistan ordusuna külli miqdarda ziyan vurulduğu bəlli olar.

 

Ölkə başçısının müraciətində daha 7 atıcı qurğu, bir “S-300” radiolokatoruiki “S-300” aşkaretmə , “Oboronaradiolokasiya stansiyalarının , 5 “TOR” zenit-raket, 40 “Osazenit-raket, 4 “KUB” zenit-raket, “KRUQ” zenit-raket komplekslərinin çoxlu sayda müasir silahların məhv edildiyi bildirildi. Daha dəqiqi, düşmənin məhv edilmiş silah-sursatı, canlı qüvvəsi siyahıya yerləşən deyil. Bundan əlavə, rəşadətli ordumuzun qarşısında davam gətirə bilməyən işğalçı Ermənistan hərbçiləri silah-sursatlarını atıb qaçdılar. Prezident İlham Əliyev bunlar barəsində də məlumat verdi: 5 özüyeriyən artilleriya qurğuları -“Akasiya” və “Qvozdika”, 37 müxtəlif çaplı toplar , 62 minaatan, 93 xüsusi avtomobil, 178 qumbaraatan – 178... saymaqla qurtaran deyil, qənimət götürülüb. Bütün bunlar dekabrın 10 – da Bakıda, Azadlıq meydanında keçirilən Zəfər paradında dünyaya nümayiş etdirilidi.

 

Hərbi sahədə olduğu kimi, diplomatiyainformasiya sahələrində qazanılan tarixi qələbələr də təsdiqlədi ki, Qələbəmizin baş qəhrəmanı – Prezident, Ali Baş Komandan İlham Əliyevdir. Ölkə başçısı sentyabrın 27-dən başlayaraq, dünyanın 30-a yaxın aparıcı kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrində Azərbaycanın haqq səsini dünyaya çatdırdı. Dünya ictimaiyyətində də bəlli oldu ki, Azərbaycan əsgəri öz ərazisində vuruşur. Ona görə də Ermənistanın havadarları bu dəfə dəstək verə bilmədilər.

 

Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında Prezident İlham Əliyev münaqişənin səbəblərindən söhbət açarkən dedi ki, Azərbaycanla Ermənistan arasında sentyabrın 27-də başlanmış müharibə bir çox hallarda xarici media tərəfindən qeyri-obyektiv işıqlandırılıb. Münaqişənin tarixi, mahiyyəti ilə bağlı təhrif olunmuş, qeyri-dəqiq və qərəzli məlumatlar verilib. Ancaq düzgün müəyyənləşdirilmiş siyasi strategiya nəticəsində, həmçinin informasiya təminatı ilə bağlı göstərilmiş səylər sayəsində Azərbaycana münasibətdə illərlə formalaşmış neqativ fonu dəyişmək və dünya birliyinə həqiqəti çatdırmaq mümkün oldu.

 

Müharibənin nəticələri məlumdur, Azərbaycan işğalçı dövlət üzərində qələbə qazandı və Ermənistanın hərbi potensialının 80 faizi məhv edildi. Dövlətimizin başçısı bəyan etdi ki, Azərbaycan üçün bu, Vətən müharibəsi, azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçı müharibə oldu. Çünki Azərbaycanın işi haqq işi idiöz torpaqlarının işğaldan azadlığı uğrunda mübarizə aparırdı. Ermənistan isə işğalçılıq siyasətindən əl çəkmirdi.

 

Rusiya Federasyiyasının Prezidenti Vladimir Putinin “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” – deməsi işğalçıların bütün ümidlərini altüst etdi. Yeri gəlmişkən, Rusiya Prezidenti bu günlərdə keçirdiyi illik mətbuat konfransında da Dağlıq Qarabağ məsələsinə münasibət bildirərkən bir daha əvvəlki mövqeyində olduğunu təsdiqləyib: “Biz həmişə, uzun illər ərzində Dağlıq Qarabağ ətrafındakı 7 rayonun Azərbaycana qaytarılması nöqteyi-nəzərindən çıxış etmişik... Beynəlxalq nöqteyi-nəzərdən bütün bu ərazilər Azərbaycanın ayrılmaz hissəsidir. Türkiyənin mövqeyi isə Azərbaycanın haqq işinin müdafiəsinə əsaslanır. Ankara ərazilərin Bakıya qaytarılmasında israr edirdi. Ermənistan Qarabağı tanımadı. Beynəlxalq hüquq nöqteyi-nəzərindən, bu, Azərbaycan ərazisidir”.

 

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, hazırda “Atlantik Council”-də Qlobal Enerji Mərkəzinin direktoru Riçard Morninqstar da “Azərbaycan uzun illərdən sonra öz ərazisini işğaldan azad etdi” – deməsi ilə Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiqləyib. Amerikalı diplomat ABŞ-ın Azərbaycanla enerji, təhlükəsizlik sahəsində əlaqələrin davam etdirilməsinin vacib olduğunu bildirib: “Düşünürəm ki, ABŞ regionda daha aktiv rol oynamalı və Azərbaycana özünün balanslı siyasətini saxlamaq üçün kömək etməlidir. Dağlıq Qarabağ məsələsi barədə onu deyə bilərəm ki, bu, Azərbaycan üçün böyük naliyyətdir, uzun illərdən sonra ölkə işğalda olan torpaqlarını geri qaytardı. İqtisadi və hərbi baxımdan ötən zaman Azərbaycanın xeyrinə işlədi. Burada həm də Rusiyanı unutmamaq lazımdır, Rusiyanın əlində kartlar var. Rusiya Ermənistanı fəlakətdən xilas etdi".

 

Prezident İlham Əliyevin uğurlu diplomatik fəaliyyəti artıq dünya birliyini reallığı etiraf etmək məcburiyyətində qoyub. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun tarixi qələbəsi işğal altındakı torpaqlarımızı azad etməklə yanaşı, regionu, o cümlədən dünyanı beynəlxalq terrorfaşizm təhlükəsindən xilas etdi. Möhtərəm Prezidentimizin işğalçı Ermənistan üzərində hərbi, siyasiinformasiya cəbhələrində qazandığı tarixi qələbələr artıq qlobal məzmun kəsb etməkdədir.

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti  2020.- 20 dekabr.- S.3.