“Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin Siyahısı”nın təsdiq edilməsi barədə

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 500 Bakı şəhəri, 18 dekabr 2020-ci il

 

 

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanının 1.1.17-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1. “Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesa­bına verilən reabilitasiya vasitələrinin növlərinin Siyahısı” təsdiq edilsin (əlavə olunur).

 

2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmişİcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlan-ması və qəbul edilməsi qay­dası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

 

Azərbaycan Respublikası Nazirlər

 

Kabinetinin 2020-ci il 18 dekabr

 

 tarixli 500 nömrəli Qərarı ilə               təsdiq edilmişdir. 

 

 

Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin

 

 

SİYAHISI

 

 Yuxarı aşağı ətraf protezi

 Yuxarı ətraf işçi protezi

 Yüksək texnologiyalı protez

 Bud üçün corab (xovlu, yun, pambıq, neylon s.)

 Baldır üçün corab (xovlu, yun, pambıq, neylon s.)

 Kompression ya venoz corab

 Silikon içlik

 Dermo corab

 Tutor

 Korset

 Reklinator

 Yuxarı aşağı ətraf üçün elastik bandaj

 Korreksiyaedici yumşaq bandaj korset

 Yuxarı aşağı ətraf protezlərini geyinmək üçün köməkçi vasitə

 Ortopedik başmaq

 Təkayaqlı əsa

 Üçayaqlı əsa

 Dördayaqlı əsa

 Qoltuqaltı ağac

 Dirsəkaltı ağac

 Reabilitasiya vasitələri üçün rezin ucluq

 Dördayaqlı hərəkət vasitəsi

 Ortopedik ayaqqabı

 Protez üçün ayaqqabı

 Rezin yanlıqlı ayaqqabı

 Geyinmə, soyunmatutmaq üçün yardımçı vasitələr

 Oynaq endoprotezi

 Süd vəzi protezi

 Süd vəzi büsthalteri

 Səs protezi (səs aparatı)

 Diş protezi

 Göz protezi

 Eşitmə aparatı

 Eşitmə aparatı üçün qulaqlıq

 Qulaq protezi

 Burun protezi

 Sifət protezi

 Göz yuvasının protezi

 Damaq protezi

 Ehtiyat protezlər

 Yuxarı aşağı ətraf protezləri üçün kosmetik üzlüklər

 Yuxarı aşağı ətraf, onun ayrı-ayrı bölmələri üçün aparatlar

 Döşəkçə, ortopedik döşək yastıq

 Danışan kitab

 Səsli tibbi tonometr

 Səsli termometr

 Kolostoma torbası

 Urestoma torbası

 Kateter

 Hərəkətli qaldırıcı qurğu

 Hidravlik çarpayı

 Çarpayı üçün dayaqlar

 Qapalı məkanda (otaqda) istifadə üçün mexaniki təkərli oturacaq

 Açıq məkanda istifadə üçün mexaniki təkərli oturacaq

 Mühərrikli təkərli oturacaq

 Sanitar-təchizatlı təkərli oturacaq

Minik avtomobili.

 

 

Xalq qəzeti  2020.- 22 dekabr.- S.2.