Xalqını qələbələrə aparan xilaskar lider

 

Bir xalqın onu qələbəyə, uğurlu inkişafa çatdıran, problemlərini uğurla həll edən lideri varsa, o xalq xoşbəxtdir. Əminliklə vurğulaya bilərəm ki, bu baxımdan Azərbaycan dünyada bəxti gətirən ölkələrdən biridir. Prezident İlham Əliyev tərəfindən ötən 17 ildə xalqın bütün istəklərinin reallaşdırılması, əzəli, əbədi torpaqlarımızın işğaldan azad edilməsi bu fikrin real təsdiqidir.

 

Prezidentlik fəaliyyətində XXI əsrin siyasi liderlik keyfiyyətlərini özündə cəmləşdirən İlham Əliyevin bütün dünyada çox az təsadüf edilən dövlət başçılarından biri kimi, xarakterində bir çox cəhətlər – güclü sərkərdə, mahir diplomat, istedadlı idarəçi, qurucu rəhbər obrazları xüsusi diqqət çəkir.

 

İstər Azərbaycan cəmiyyəti, istərsə də beynəlxalq ictimaiyyət cənab İlham Əliyevin bu liderlik qabiliyyətlərinin 44 günlük Vətən müharibəsi dövründə bir daha şahidi oldu: Azərbaycan tarixində cəmiyyətin ən müxtəlif təbəqə və qütblərini bir araya gətirib dəmir yumruq kimi birliyini gerçəkləşdirdi, dövlətin qarşısında duran əsas problemin–Ermənistan-Azərbaycan müharibəsində haqqın təntənəsini reallaşdırdı.

 

 

 

 Bu günün və gələcəyin müdrik dövlət xadimi

 

Etiraf edək ki, hazırda beynəlxalq aləmdə, sanki, bir lider böhranı müşahidə olunur. Bu səbəbdəndir ki, dünyanın ən müxtəlif bölgələrində acı faciələr yaşanır. Ölkələr arasında siyasi-iqtisadi gərginlik getdikcə artır. Amma Azərbaycan xalqını uğurlu sabahlara aparan İlham Əliyev kimi xilaskar bir liderin müdrik fəaliyyəti sayəsində ölkəmizlə bağlı belə ciddi narahatlıq doğuran vəziyyətin meydana çıxmasına imkan verilmir.

 

Əslində, xalqımız bu gün cənab İlham Əliyev kimi bir liderin rəhbərlik etdiyi ölkədə firavan həyat yaşa­masına görə, ulu öndərimiz Heydər Əliyevə minnətdardır. Bu məqamda 17 il öncə dahi şəxsiyyətin öz siyasi varisi haqqında söylədiyi fikirlər yada düşür. Ümummilli liderin həmin sözlərində cənab İlham Əliyevin prezident kimi fəaliyyət göstərəcəyi təqdirdə uğurlara imza atacağı əminliklə diqqətə çatdırılır: “Üzümü sizə – həmvətənlərimə tutaraq qar­şıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellekt, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yo­lunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

 

Bəli, tarix 17 il ərzində ulu öndərin dediyi bu sözlərin həqiqət olduğunu təsdiqlədi: artıq möhtərəm dövlət başçımız Azərbaycanın ərazi bütövlüyü­nü bərpa edən, daxilixarici siyasətdə möhtəşəm uğurlar gerçəkləşdirən fenomen rəhbərdir. Artıq Prezident İlham Əliyev Azərbaycanın rəqabətqabiliyyətini və milli təhlükəsizliyini gücləndirməyə nail olan dünya səviyyəli bir liderdir.

 

Yeni iqtisadi modelin müəllifi

 

Ben Bernankenin “Addım atmaq cəsarəti” memuarı bu sözlərlə başlayır: “Çağırış zamanı əsas qərar verməkdir və bu, istənilən qərarsızlıqdan yaxşıdır”. Beləliklə, hər bir rəhbər həm də anında müd­rik, uzaqgörən, cəsarətli qərarları ilə lider olur. Prezident İlham Əliyevin strateji yol xəritələri ilə yeni iqtisadi model quruculuğunu həyata keçirməsi, yaxud, 2018-ci ilin prezident seçkilərindən sonra dərhal dərin islahatlara başlaması kimi belə cəsarətli qərarlar verməsi qeyd edilən fikrin bariz ifadəsidir.

 

Maykl SpensDavid Brady ikinci dünya müharibəsindən sonra sürətli inkişaf yolu ilə irəliləyən ölkələrin təcrübəsini təhlil edərək, liderin davamlı iqtisadi artımda nə dərəcədə əhəmiyyətli rol oynadığını sübut etmişlər. Onların fikrincə, lider ilk mərhələdə modeli və strategiyanı, ona uyğun institutları formalaşdırmağı, daha sonra isə uğur gətirəcək seçilmiş modeli yeni çağırışlara uyğunlaşdırmağı bacarmalıdır. Fikrimizcə, Prezident İlham Əliyevin reallaşdırdığı da elə budur–Azərbaycanın iqtisadi inkişaf modelini daim yeniləmək, davamlı inkişafı təmin etməkdir.

 

Prezident İlham Əliyevin dünya miqyaslı lider olması, onun dünya­görüşüintellektual potensialının zənginliyi, həmçinin qlobal düşüncə tərzi Azərbaycanda reallaşdırılan islahatların uğurunu şərtləndirir. Məsələn, BMT Təhlükəsizlik Şurası, Davos İqtisadi Forumu, Qoşulmama Hərəkatı, Türkdilli Ölkələrin Şurası, Mədəniyyətlərarası dialoqs. plat­formalarda dövlətimizin başçısı qlo­balregional gündəliyin formalaş­dırılması prosesində iştirak etməklə yanaşı, həm də Azərbaycanın bu gündəliyə uyğun inkişafını gerçəkləşdirir. Belə bir prosesdə res­publikamız qlobal inkişafla bərabər, həm də multikulturalizm, tolerantlıq, iqtisadi islahatların idarə edilməsi modeliinnovativ mexanizmlərin tətbiqindən faydalanır.

 

Çağırışları imkana çevirən Prezident

 

Azərbaycan yerləşdiyi coğrafi məkana görə, hər zaman dünya güclərinin maraq dairəsində olubbu, hazırda da davam edir. Məhz belə bir mürəkkəb şəraitdə milli maraqlara yönələn siyasət yürütmək heç də hər bir liderə nəsib olmur. Çünki dünya güclərinin maraqları toqquşduğundan bölgədə ciddi problemlər yaranır. Cənab İlham Əliyevin liderlik qabiliyyəti, müdrik, uzaqgörən, qətiyyətli, cəsarətli siyasəti nəticəsində həm Azərbaycan öz təhlükəsizliyini reallaşdırır, həm ölkənin davamlı inkişafına önəmli təsir göstərən meqalayihələrin təşəbbüskarı kimi çıxış edir, onu həyata keçirir, həm də dövlətin qarşısında duran problemlərin həlli üçün ciddi zəmin yaradaraq onun həllinə nail olur. Bax, bu baxımdan da Prezident İlham Əliyev hər bir çətinliyin öhdəsindən yüksək səviyyədə gəlməyi bacaran liderdir.

 

Azərbaycanı “coğrafiyanın lənətindən” – okeanlara birbaşa çıxışımızın olmamasından yan keçirərək ölkəmizi nəqliyyat-logistika habına çevirmək məhz dediyimizə parlaq nümunədir. Çünki Prezident İlham Əliyev kvant fizi­kasının əsas qanunlarından birinə əsaslanaraq, obyektə başqa bucaq altında baxır və belə də obyekt həmin bucağa uyğun görüntülənir. Bu halda liderə güclü fəhm və dərin təfəkkür lazımdır ki, düzgün variantbucaq seçə bilsin. Həzrəti Əlinin belə bir deyimi var ki, “ağıllı adamın zənni də gerçək olur”. Cənab İlham Əliyevin güclü intuisiyası, mühakimə qabiliyyəti və iti ağılı hər bir vəziyyətdə optimal qərar qəbul etməyə şərait yaradır. O, müasir dünyanın çağırışlarına zamanın­da çevik reaksiya verməklə, onu Azərbaycanın milli maraqlarına uyğun həyata keçirməyi bacarır.

 

İdarəetmənin “qrossmeysteri

 

İlham Əliyev prezidentlik fəaliyyəti dövründə S.Hantinqton və başqalarının irəli sürdüyü bürokratik siyasət modelinin Azərbaycanda işləməsinə, yəni müxtəlif marji­nal qrupların dövlət siyasətini öz maraqlarına yönəltməsinə heç vaxt imkan verməyib. Dövlətimizin baş­çısı qərar qəbuletmə prosesində koqnitivrasional yanaşmalar­dan istifadə edib. Rasional seçim modelinə əsaslanaraq, Azərbaycan dövlətinin maraqlarına uyğun prioritetləri düzgün müəyyənləşdirib və onların rasional ardıcıllığını real­laşdırıb. Məsələn, iqtisadi islahat­larla böhran aradan qaldırılan kimi, dərhal sosial islahatlarla əldə edilən nəticələr əhali qrupları arasında bölüşdürülübsiyasi islahatla­ra, o cümlədən hakimiyyətin hər üç qanadının islahatına – dövlət idarəetmə islahatlarına “yaşıl işıq” yandırılıb. Beləliklə, qısa müddətdə sosial- iqtisadi, siyasi islahatlar alqoritmi ilə ölkənin tam şəkildə yeniləşməsi gerçəkləşdirilib.

 

İnstitusional iqtisadçılar iqti­sadi davranışların məhz təkamül prosesi və institutların iştirakı ilə formalaşdığını deyirlər. Prezident İlham Əliyevin bir lider olaraq sosial- iqtisadisiyasi institutları təkamül yolu ilə müasirləşdirməsi və yeni iqtisadi davranışa keçidi reallaşdırması bu baxımdan mü­hüm önəm daşıyır. Belə vəziyyətdə Azərbaycan 2020-2025-ci illərdə bütün istiqamətlərdə texnoloji trans­feri sürətləndirməyə qadirdir.

 

Üzünü gələcəyə tutan lider

 

Artıq bu gün təkcə keçmişə baxıb, gələcəyi proqnozlaşdır­maq olmur, həm də elə gələcəyə baxıb gələcəyi proqnozlaşdırmaq və idarəetmənin çevik həyata keçirmək zərurəti diqqət çəkir. İdarəetmə artıq yeni situasiyaya dərhal uyğunlaşmanın həyata keçirilməsini və buna uyğun qərarlar verilməsini tələb edir. Pre­zident İlham Əliyev bu trendi gözəl bilir və yaratdığı çevik idarəetmə modelini uğurla gerçəkləşdirir. Təsadüfi deyil ki, Davos İqtisadi Forumunun hesablamalarına görə, “hökumətin dəyişikliklərə çevik reaksiyası” göstəricisinə əsasən, Azərbaycan dünyanın 140 ölkəsi arasında 5-ci yeri tutur. Əslində dünyada rəqabət məhz idarəetmə modelləri arasındadır. Məhz ulu öndər Heydər Əliyev dühası və onun layiqli varisi İlham Əliyevin idarəetmə bacarığı sayəsində Azərbaycan bütün təhdidlərə rəğmən hazırda dünyanın ən islahatçı, sabit inkişaf edən və real müstəqilliyi olan ölkələrindən biridir. Bu baxımdan Prezident İlham Əliyev təkcə dünənin və bu günün deyil, həm də gələcəyin lideridir.

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə idarəetmədə aparılan islahatlarda əvvəlcə məmur-vətəndaş təmaslarından elektrona, indi isə elektrondan rəqəmsala keçid baş verir. Eyni zamanda, dövlət idarəetmə isla­hatları məcburetmədən könüllü riayətə, imperativ idarəetmədən tənzimlənməyə, yoxlamadan monitorinq və qiymətləndirməyə, həmçinin “kölgə iqtisadiyyatdan leqallaşmaya keçidi gerçəkləşdirir.

 

Dövlətimizin başçısının idarəetmə islahatlarının tərkibi kimi kadr islahatlarını aparması və gəncləri önə çəkməsi, eyni zaman­da, nəsillərarası varisliyi qoruma­sı islahatın uğurunu təmin edir. Görkəmli alim Xudu Məmmədov deyirdi ki, “üzünü gəncliyə tut, səsin gələcəyə çatsın”. Bu baxımdan gələcək nəslə stavka edilməsi, habelə onların idarəetməyə cəlb olunmaları Azərbaycanın dünya ilə ayaqlaşması üçün mühüm önəm daşıyır.

 

Burada bir məqamı da vur­ğulamaq yerinə düşər. Belə ki, əslində, 2019-cu ildə müqayisə etibarı ilə geniş həcmli sosial islahatların həyata keçirilməsi bir tərəfdən rifahın yaxşılaşmasına xidmət edirdisə, digər tərəfdən insan kapitalının inkişafına yatırılan sərmayə kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyev daim məhz bu prinsiplə Azərbaycan insanı­nın maraqlarını müdafiə etməklə fəaliyyət göstərib.

 

İdeyaları sərhədlər aşan rəhbər

 

Prezident İlham Əliyevin lider portreti kənardan daha çox diqqət çəkir. Çünki bu portret siyasi, ideoloji, psixolojitarixiliyi ilə seçilir. Dost Ukraynanın Prezi­denti V.Zelenski Bakıda olanda dövlətimizin başçısına bildirmişdi ki, “mənim bir ideyam var. Siz bir neçə dəfə rəqəmlər səsləndirdiniz – Azərbaycanda dövlət borcu azdır, son 15 ildə ümumi daxili məhsul üç dəfədən çox artıb. Bütün bunlar sizdə var, istərdik ki, bizdə də belə olsun”. Bu fikri o ölkənin Prezi­denti səsləndirir ki, elə son 15 ildə orada müxtəlif rəngli inqilablar olub. Ərazisi Azərbaycandan yeddi dəfə, əhalisi 4,5 dəfə çox olan və Avropanın coğrafi mərkəzində yerləşən Ukraynanı Azərbaycan kimi olmağa sövq edən lider məhz İlham Əliyevdir! Yeri gəlmişkən, Prezident İlham Əliyevin təkamül yolu ilə inkişaf etdirdiyi Azərbaycan bütün mötəbər dünya reytinqlərində Ukraynanı üstələyir.

 

Yaxud, Gürcüstan Prezidenti Salome Zurabişvili cənab İlham Əliyevi zəmanəmizin ən uğurlu liderlərindən biri kimi dəyərləndirib. Məhz İlham Əliyevin liderlik etdiyi Azərbaycanın gerçəkləşdirdiyi infrastruktur layihələri qonşu Gürcüstanın dövlət müstəqilliyinin gücləndirilməsinə təkan verməklə hazırda bu ölkədəki demokratik inkişafın əsasında dayanır. Bu gün İlham Əliyev Qafqazın siyasi lideri olmaqla bu bölgədə tarazlığın, sabitliyin və inkişafın əsas qarantla­rındandır.

 

Sinqapuriqtisadi möcüzəsi”nin “atası” adlandırılan Li Kuan Yu deyirdi: “Bir millət təkcə sayı­na görə böyük deyil. Böyüklük xalqın iradəsi, birliyi, dözümlü­lüyü, nizam-intizamı və liderinin keyfiyyəti ilə ölçülür. Məhz belə lider tarixdə xalqına şərəfli yer qazandırır”. Bu fikrə Azərbaycanın timsalında diqqət yetirsək, deyə bilərəm ki, respublikamız ərazisinə görə, dünyada 112-ci və əhalisinə görə 90-cı yerdə olsa da, nü­fuzlu “US Newsun hesabatına əsasən, dünyada güclü olması ilə 45-ci yerdə qərarlaşıb. Bunun nə demək olduğunu izah etmək üçün Azərbaycanın bu sırala­mada AlmaniyaFinlandiya kimi inkişaf etmiş ölkələrin ara­sında yerləşməsini vurğulamaq kifayətdir. Başqa sözlə, Prezident İlham Əliyev məhdud imkan­lar və sərt qonşuluq şəraitində, Azərbaycanı “US Newsun hesabatına görə, dünyada 45-ci gücə çevirməyi bacarıb. Hesaba­tagücamilini müəyyənləşdirən parametrlər – iqtisadi, siyasi, hərbi və liderin rolu kimi məsələlər daxil edilib. Bax, Li Kuan Yunun millətin gücünün kəmiyyətdə deyil, keyfiyyət parametrlərində, o cümlədən, liderin rolunda olması barədə fikri burada tam yerinə dü­şür. Çünki İlham Əliyevin dövlətlə, dövlətin inkişafı ilə bağlı baxışları məlumdur. Onun bütün başlı­ca arzu və istəkləri Azərbaycan dövlətini modernləşdirmək və ölkəni dünya miqyaslı mühüm qərarlar qəbul edən say-seçmə ölkələr birliyinə daxil etməkdir.

 

Dövlətimizin başçısı fəaliy-yətində ardıcıl və praqmatikdir, rasional və səmimidir. Cənab İlham Əliyev fəaliyyət dairəsi məhdud olan məmur deyil, əksinə, geniş baxışlara malik siyasətçidir. Onun üstünlüyü də məhz bundadır. Bütün bunlar isə Azərbaycanı müasir dövlətə, əhalisini sosial rifah halın­da yaşayan cəmiyyətə çevrilməsini şərtləndirir.

 

Mahir diplomat və sərkərdə

 

Cənab İlham Əliyev 44 gün­lük Vətən müharibəsi zamanı mahir diplomat və sərkərdə qabiliyyətini nümayiş etdirdi. Məhz dövlətimizin başçısının rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu təcavüzkar Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoydu. Bu məqamda demək yerinə düşər ki, Ermənistan-Azərbaycan münaqişəsi dünyanın digər bölgələrindəki mövcud münaqişələrdən tamamilə fərqlənirdi. Çünki dünya güclərinin Dağlıq Qarabağ probleminin danı­şıqlar yolu ilə həllində maraqları üst-üstə düşmürdü, əksinə, toqquşurdu. Digər tərəfdən, münaqişənin danı­şıqlar yolu ilə həllinə vasitəçilik edən ATƏT-in Minsk qrupu həmsədrlərinin təmsil olunduqları ölkələr birbaşa və dolayısı ilə işğalçıya dəstək verirdi. Belə bir mürəkkəb münaqişə məhz cənab İlham Əliyev kimi qətiyyətli liderin yürütdüyü siyasət nəticəsində aradan qaldırıldı.

 

Bütün bunlar bir daha onu deməyə əsas verir ki, Azərbaycan xalqı və dövləti cənab İlham Əliyevin liderliyi ilə hələ çox qələbələrə, uğurlara imza atacaq.

 

İqbal MƏMMƏDOV,

Milli Məclisin deputatı

 

Xalq qəzeti  2020.- 25 dekabr.- S.8.