Siyasi varisliyə sadiqliyin təntənəsi
İnanıram ki, mənim axıra çatdıra bilmədiyim
taleyüklü məsələləri, planları, işləri
sizin köməyiniz və dəstəyinizlə İlham
Əliyev başa çatdıra biləcək. Mən ona
özüm qədər inanıram və gələcəyinə
böyük ümidlər bəsləyirəm.
Heydər ƏLİYEV
Ümummilli lider
Ümummilli lider Heydər Əliyevin ideya və əməllərinin ən sadiq davamçısı, ulu öndərin xalqımıza ən böyük əmanəti olan müstəqil Azərbaycanı inamla irəliyə və yüksəlişə aparan modern dövlət başçısı, bütün dünyada beynəlxalq miqyaslı fəaliyyəti ilə tanınan və qəbul edilən praqmatik siyasətçi, Prezident, Ali Baş Komandan İlham Əliyev növbəti ad gününə ölkəmizin 33 ildən bəri həlledilməz görünən Qarabağ probleminə son qoymaq kimi misilsiz
bir xidmətlə qədəm qoydu.On yeddi il əvvəl ümummilli lider Heydər Əliyevin “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək” sözləri ilə ifadə olunmuş mötəbər zəmanəti ilə Azərbaycan Prezidenti seçilmiş möhtərəm İlham Əliyev o zaman öz xalqı qarşısında təntənəli surətdə bəyan etmişdi: “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”.
Ötən 17 illik fəaliyyəti ilə cənab İlham Əliyev bu vədinə daim sadiq qaldığını və qarşısına qoyduğu məramı ardıcıl gerçəkləşdirdiyini bütünlüklə sübut etdi.
Azərbaycan xalqının tarixi müxtəlif səciyyəli və taleli liderlərin obrazları ilə kifayət qədər zəngindir. Ümummilli lider Heydər Əliyevə qədər neçə-neçə dövlət başçısı, ictimai-siyasi xadim yetirmiş bir xalqın XXI əsrdə də zamanın məzmunu, sürəti, enerjisi və miqyası səviyyəsində siyasi lider yaradacağı heç bir şübhə doğura bilməzdi. Tarixçilərdən fərqli olaraq, xalq həmişə geriyə yox, irəliyə baxır. Xalqın irəlidə – ulu öndərdən sonra taleyini etibar etmək istədiyi lider isə yalnız İlham Əliyev idi.
Gələcəyin lideri İlham Əliyev müxtəlif dövlətlərin siyasilərinin çeşidli mülahizələrilə müşayiət olunan proseslərdə, tez-tez dəyişən olayların çevrəsində dünya şöhrətli atasının bütün fərdi və ideoloji qənaətlərini onunla birgə yaşayırdı. İlham Əliyev siyasi meydanda çoxdan olsa da, tam aydınlığı ilə Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri qismində vətənpərvər fəaliyyəti ilə nəzərə çarpdı. Sonradan isə cəmiyyət onu Baş nazir kimi qəbul etdi.
Ümummilli liderin ən layiqli varisi İlham Əliyev ona görə güclü idi ki, yaxşı təhsil almışdı, bir neçə aparıcı xarici dildə sərbəst danışmağı bacarırdı, beynəlxalq mədəniyyət tipologiyaları ilə təmasa girməyi dərindən mənimsəmişdi, dünyanın müasir düşüncə texnologiyalarına yiyələnmişdi. Bu baxımdan, onu “rəqibləri” ilə müqayisə etmək çətin idi. Həmin dövrdə Azərbaycanda hakimiyyətə can atan qüvvələrin böyük bir hissəsi, əvvəllər tez-tez deyildiyi kimi, adi bir namizədlik dissertasiyası müdafiə edə bilməmiş aspirantlar, yaxud dissertantlar idilər. Onların nə zamansa sistemli, ardıcıl bir iş görə biləcəklərinə inanmaq mümkün deyildi.
Mükəmməl idarəetmə məktəbi keçmiş, dünya siyasətində bir sıra addımlarını uğurla sınaqdan çıxarmış İlham Əliyevin müstəqil Azərbaycan dövlətinə rəhbərlik estafetini qəbul edərək böyük siyasətə gəlişi ümummilli lider Heydər Əliyevin siyasi, ictimai, əxlaqi məfkurəsi və mədəniyyəti üzərində formalaşmış, Avropa və Şərq dəyərlərinin sintezindən yaranmış bir siyasi marafonun başlanğıcı idi. Siyasi düşərgəyə, cəmiyyətimizin idarəçiliyinə yeni ictimai ruhun gəlişi təzə ideyaların axını demək idi.
Bütün bunların bəhrəsi isə təkcə əldə olunmuş inkişaf tempini qoruyub saxlamaq deyil, həm də qazanılacaq yeni uğurlar, növbəti təcrübə olacaqdı. Modern düşüncəli və yüksək enerjili siyasi xadim olaraq İlham Əliyevin keçdiyi mənəvi, mədəni, intellektual, siyasi məktəb bütöv bir tarix idi.
Ötən 17 ildə Prezident İlham Əliyevin xalq arasında nə qədər böyük hörmət və inama sahib olması həm ölkə daxilində, həm də xaricdə yaxşı məlumdur. Bunun da çox ciddi əsasları var. Dünyada baş verən mürəkkəb proseslərin fonunda, Azərbaycan yüksək dinamika ilə inkişaf edir, ictimai-siyasi sabitlik təmin olunub, ölkədə lider-xalq birliyi sarsılmazdır. Bütün bunlar cənab İlham Əliyevin həyata keçirdiyi mükəmməl siyasətin nəticəsidir. Azərbaycan Prezidentinin gördüyü möhtəşəm, əzəmətli işlər nəticəsində Azərbaycan tarixində olmadığı qədər güclü dövlətə çevrilib.
Daxili siyasətə gəlincə, Azərbaycanda həyata keçirilən quruculuq işləri göz önündədir. Elə bir bölgəmiz yoxdur ki, orada abadlıq, quruculuq işləri getməsin. Həmçinin, sosial-iqtisadi sahədə də böyük nailiyyətlər əldə olunub, bölgələrdə xeyli sayda iş yerləri açılıb, məktəblər, tibb ocaqları, mədəniyyət və idman obyektləri tikilib istifadəyə verilib. Bütün bunlar vətəndaşlarımızın rifahı, sağlamlığı, yüksək biliklərə yiyələnməsi üçündür. Əlbəttə ki, xalqımız cənab İlham Əliyevin bu siyasətini görür və ürəkdən dəstəkləyir.
Prezident İlham Əliyev milli mənəvi dəyərlərimizin, ana dilimizin qorunması və inkişaf etdirilməsi sahəsində də misilsiz xidmətlər göstərir. Bu barədə faktlar kifayət qədər var və biz zaman-zaman bu mövzularla bağlı ətraflı söhbət etmişik. Dövlət başçısı kimi İlham Əliyevin xarici siyasətində isə daim dövlət və milli maraqlarımız qəti şəkildə qorunur. Bu baxımdan, ən təqdir olunası məqamlardan biri dövlətimizin başçısının türk dövlətləri və xalqlarının birliyinin gücləndirilməsi istiqamətində göstərdiyi səylər və təşəbbüslərdir.
Məhz bu siyasətin nəticəsidir ki, türk birliyi son illər daha da güclənib və bu proses irəliyə doğru getməkdədir. Qeyd etdiyim kimi, bu uğurun əldə olunmasında Azərbaycan Prezidentinin müstəsna xidmətləri var. Ona görə də, cənab İlham Əliyev bu gün Türk dünyasının liderlərindən biri kimi qəbul olunur.
İlham Əliyevin yeritdiyi uğurlu siyasətlə Azərbaycan dövləti və xalqı İslam həmrəyliyində də önəmli rol oynayır. Azərbaycan inkişaf etmiş dövlətdir və müsəlman dünyasına qarşı hər hansı konyunktur müdaxilələr olursa, ölkəmiz buna dərhal etiraz edir. Eyni zamanda, müsəlman olduqlarına görə insanlara harda terror damğası vurulursa, Azərbaycan bu yanaşmaya qarşı çıxır. Azərbaycan İslam dünyasındakı inkişafa töhfələr verir və İslam ölkələri ilə bizim çox sıx əlaqələrimiz var. Beynəlxalq İslam təşkilatlarında da biz fəal iştirak edirik. Eyni zamanda, biz İslamı milli-mənəvi dəyər kimi qoruyuruq. Qısa müddət ərzində ölkəmizdə nə qədər ibadətgahlar, məscidlər tikilib və ya bərpa olunub.
Prezident İlham Əliyev 2017-ci ili “İslam həmrəyliyi ili” elan etməklə bütün İslam dünyasına ciddi mesaj verdi. Həmin il çərçivəsində yerli və beynəlxalq tədbirlər keçirildi. Bütün müsəlman dünyası cənab İlham Əliyevin həmrəylik təşəbbüsünü dəstəkləyir. Biz İslam həmrəyliyini iki mənada başa düşürük. Birincisi, İslam daxilində həmrəylik, ikinci isə İslamın dünyada yaratdığı həmrəylikdir. İslam sonuncu din olduğuna görə həmişə bütün dinlərə humansit münasibət bəsləyib, hörmətlə yanaşıb. Bu gün bütün bunlar Azərbaycan dövlətçiliyinin və ideologiyasının təcrübəsində mövcuddur.
Dövlətimizin başçısı İlham Əliyevin sərəncamı ilə 2019-cu ilin Azərbaycanda “Nəsimi İli” elan olunması orta əsrlərin ən qüdrətli söz ustadlarından olan şairin yaradıcılığına yeni baxışın ortaya qoyulması, bu görkəmli şəxsiyyətin irsinin dünya ictimaiyyətinə çatdırılması baxımından böyük məna kəsb etdi. Azərbaycanda hər zaman dövlət rəhbərliyi səviyyəsində söz, ədəbiyyat adamlarına, böyük şəxsiyyətlərə, mütəfəkkirlərə, bu xalqın taleyində böyük rolu olmuş yaradıcı şəxslərə qarşı böyük qayğı və diqqət olub.
Azərbaycan xalqı və dövlətinin azərbaycançılıq ideologiyasını ümumxalq və ümumdövlət məfkurəsi səviyyəsinə yüksəltməsi və inkişaf etdirilib təkmilləşdirilməsi dünya miqyasında çox müxtəlif siyasi proseslər kontekstində baş verir. Azərbaycan xalqının milli ideologiyasının nəinki danılmaz, hətta mübahisəsiz bir üstünlüyü vardır ki, onun mahiyyətində üç tamamilə humanist dəyər komponenti ifadə olunur. Bunlar etnik mənsubiyyət, dini mənsubiyyət və dünyəvi mənsubiyyətdir. Bu ideologiyada öz əksini tapmış fəlsəfədə, eləcə də onun mənsub olduğu xalqın təfəkküründə nə etnik məhdudluq, nə dini dözümsüzlük, nə də antihumanizm yoxdur.
Azərbaycan xalqı dünyanın bütün digər xalqları kimi, müəyyən bir etnik mənşəyə, müəyyən bir dini dünyagörüşə mənsubdur və bütün digər xalqlar kimi, müasir dünyanın tərkib hissəsidir. Tarixi taleləri elə gətirib ki, azərbaycanlıların bu gün yalnız beşdən biri müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Təxmini hesablamalara görə, dünya azərbaycanlılarının beşdən dördü öz tarixi Vətənində yüz illərlə necə olmuşdursa, bu gün də eləcə məskundur.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bir siyasətin– dünya azərbaycanlılarının həmrəyliyinin miqyasının genişləndirilməsi siyasətinin müasir mərhələdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi heç bir alternativ qəbul etməyən bir zərurət olub, azərbaycançılıq ideologiyasını zənginləşdirən, ona güclü enerji verən, onun məzmununu bütövləşdirən konseptual hadisədir.
Bu gün Prezident İlham Əliyev tərəfindən azərbaycançılıq ideologiyasının daha da gücləndirilməsi nəticəsində ölkəmizdə yaşayan bütün xalqlar bu ideologiya ətrafında sıx birləşib. Dinindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri cənab İlham Əliyevi dəstəkləyir və onu öz liderləri kimi qəbul edirlər.
Azərbaycan bu gün dünyada sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlıq məkanı kimi tanınır. Ötən il ərzində ölkəmizin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının növbəti Zirvə Görüşünə, Dünya dini liderlərinin II Sammitinə, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünə ev sahibliyi etməsi və növbəti üç ildə bu hərəkata sədrliyin Azərbaycana keçməsi dövlətimizin beynəlxalq müstəvidə artan nüfuzundan xəbər verir.
İslahatlar baxımından son 2 il xüsusilə əlamətdardır. Azərbaycan öz siyasətini bir qayda olaraq
zamanın dəyişən tələblərinə uyğun
qurur. Bu baxımdan, respublikamızda
reallaşdırılan islahatlar xüsusilə səciyyəvidir.
Azərbaycanı fərqləndirən əsas məqamlardan
biri ondan ibarətdir ki, reallaşdırılan islahatlar
kompleks səciyyə daşıyır və dövlət
siyasətinin bütün istiqamətlərini əhatə
edir. Prezident İlham Əliyevin dediyi kimi: “Siyasi
islahatlar, kadr islahatları, struktur islahatları, iqtisadi, siyasi
və sosial sahələrdə aparılan islahatlar bizim
gücümüzü artırmışdır”. Ötən 2 ildə aparılan kadr islahatları da cəmiyyətimiz
tərəfindən böyük rəğbətlə
qarşılanıb. Bütün bunlar
göstərir ki, Azərbaycan xalqı Prezident İlham
Əliyevin həyata keçirdiyi islahatları birmənalı
şəkildə dəstəkləyir.
Bu il də
uğurla davam etdirilən islahatların mühüm bir qismi
iqtisadi sektoru əhatə edir. Mən
iqtisadçı olmasam da, açıqlanan rəqəmlərə
əsasən deyə bilərəm ki, qeyri-neft sektorunda
istehsalın genişlənməsi ilə paralel şəkildə,
ixrac da artır. Son illərdə
respublikamızdan qeyri-neft məhsullarının
ixracının artması məhsullarımızın yüksək
rəqabət qabiliyyətinə malik olduğunu, həmçinin,
“Made in Azerbaijan” brendinə dünya miqyasında inamın
artdığını təsdiqləyir. Azərbaycanda
həyata keçirilən islahatlar nüfuzlu beynəlxalq təşkilatların
hesabatlarında da mühüm yer tutur. Ölkəmiz
bir sıra göstəricilərə görə dünya
miqyasında ön sıralarda dayanır.
Azərbaycan sosial dövlət
olduğu üçün xalqın rifah halı dövlətimizin
siyasətində başlıca yer tutur. Son illərdə
ölkəmizdə reallaşdırılan islahatlar
sırasında sosial məzmunlu islahatların əhatə dairəsi
daha geniş olub. Azərbaycan sosial dövlətdir.
Prezident İlham Əliyev dəfələrlə
bəyan edib ki, ölkədə həyata keçirilən
siyasətin mərkəzində vətəndaşlarımızın
maraqları dayanır. Bu strateji kursa
uyğun olaraq respublikamızda son illərdə bilavasitə
insanların rifah halının daha da
yaxşılaşmasına, gəlir imkanlarının
artmasına hesablanan məqsədli sosial paketlər uğurla həyata
keçirilib.
Prezident İlham Əliyev
qeyd edib ki, gələcək illərdə iqtisadi
imkanlarımız genişləndikcə sosial sahəyə
bundan da böyük diqqət göstəriləcək. Ümumilikdə,
Azərbaycan son 17 ildə bu sahədə möhtəşəm
nailiyyətlər əldə edib. Sosial-iqtisadi,
humanitar, mədəni sahələrdə mühüm
uğurlar qazanıb. Bir sözlə,
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
möhtəşəm tarix yazır.
Nəhayət, Prezident, Ali Baş
Komandan İlham Əliyevin yeritdiyi mükəmməl,
müdrik, tarazlı daxili və xarici siyasət
xalqımıza 34 ildən bəri hədsiz bəlalar, faciələr
və məhrumiyyətlər gətirmiş Qarabağ
münaqişəsinin həllini Azərbaycanın bu ilin
payızında qələbə ilə başa
çatdırmasını təmin etdi. Azərbaycan rəhbərinin
hərbi və siyasi, diplomatiya və informasiya cəbhələrində
apardığı misilsiz döyüş Silahlı Qüvvələrimizin
dünya müharibələri tarixində görünməmiş
bir strategiya və taktika ilə 30 ildə işğal
olunmuş ərazilərimizi 44 gündə azad etməsi ilə
nəticələndi.
Erməni
işğalçılarına qarşı Azərbaycan
xalqının 44 günlük müzəffər hərbi,
ictimai, siyasi, diplomatik və informasiya mübarizəsində
Prezident, Ali Baş Komandan İlham Əliyevin sözü–xalqa
müraciətləri, dünyanın müxtəlif nüfuzlu
informasiya vasitələrinə verdiyi müsahibələr son
dərəcə önəmli və təsirli rol oynadı. Həmişə
vaxtında deyilmiş, kifayət qədər mürəkkəb
hadisələrin, gərgin, qaynar, hər cəhətdən
sürəkli və ideoloji ehtiraslarla zəngin proseslərin
mahiyyətini böyük analitik istedad və intellektlə
şərh edən, başlıcası isə Azərbaycan
xalqının iradəsini bütün təfsilatı ilə əks
etdirməyin parlaq ifadəsi olaraq ortaya çıxan bu
möhtəşəm söz, heç şübhəsiz, ana
dilimizin də tarixinə ən mötəbər mənbələr
– müqəddəs Vətən müharibəsi mətnləri
kimi tarixə yazıldı.
Əlbəttə, qüdrətli Azərbaycan
Silahlı Qüvvələrinin Ali Baş Komandanının
Qarabağ savaşının informasiya cəbhəsində
“ballistik raket” rolu oynayan, strateji hədəfləri
dağıdan sözü, ilk növbədə, onunla əlamətdardır
ki, deyildiyi günlərdə hadisələrə, sadəcə,
təsir göstərməklə deyil, bir xalqın taleyini həll
edən prosesləri də yönəltməklə, milli ruhu mərkəzləşdirib,
həqiqətən, dəmir bir yumruğa, sarsılmaz mənəvi
qüvvəyə çevirməklə öz tarixi
missiyasını uğurla həyata keçirdi.
Xalqa müraciətlərdə bu
sözü, bir tərəfdən, informasiya təfərrüatı
və dəqiqliyi, məntiq dərinliyi və
ardıcıllığı hərəkətə gətirdisə,
digər tərəfdən, xalq danışıq sintaksisinin
lakonizmi, təravətli leksikon, xüsusilə o günlərin
kontekstində hər cəhətdən yerinə düşərək
ruhları coşduran, dildən-dilə gəzən
nüfuzedici frazeologiya cilalayırdı. Və Ali Baş
Komandanın nitqində ana dilinin qüdrətli intonasiyası
elə bir qürurla səsləndi ki, yüz illər
keçsə də bu səsi hər kəs eşidəcək
– dost da, düşmən də...
Prezident İlham Əliyev
işğaldan azad edilmiş hər bir şəhərimizin, qəsəbəmizin,
kəndimizin adını elə bir şövqlə çəkirdi
ki, tək onun yox, hər bir sözünə diqqət kəsilmiş
dinləyicilərin də ruhu bədəndə
oynayırdı: “adlarımızı dəyişdiriblər”,
“biabırçı adlar qoyublar”, “mən bu adı dəyişdirdim”.
Bu “mən” bir şəxsin yox, dövlət
başçısının timsalında bir millətin “mən”i
idi. Və bu “mən” heç bir maneəsiz “biz”ə
çevrildi: “Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.
Doğrudan da, harada praqmatika
varsa, orada həm semantika var, həm də sintaktika. Nüfuzlu beynəlxalq informasiya
vasitələrinə müsahibələrində Azərbaycan
rəhbəri İlham Əliyevin diplomatik səviyyəsi, beynəlxalq
məsələlər üzrə peşəkarlığı
nə qədər aydın görünsə də, bundan az
önəmli olmayan başqa bir üstünlüyü də
var idi: o, lideri olduğu xalqın ərazi
bütövlüyü uğrunda apardığı mübarizənin
heç bir şübhə doğurmayan həqiqətini bəyan
edirdi, yorulmadan və özünəməxsus baş komandan cəsarəti
ilə bütün dünyaya çatdırırdı ki, bu həqiqət
hansısa subyektiv, yaxud separatist marağın ifadəsi yox,
ümumdünya və humanist tələblərdən, BMT-nin əsaslandığı
birgəyaşayış prinsiplərindən irəli gələn
obyektiv təzahürdür.
Dövlət başçımız
bu taktiki əsaslandırmalı strateji
açıqlamalarında təkzibolunmaz şəkildə
sübut edirdi ki, Ermənistan öz təcavüzkar və sərsəm
“rəhbərlər”inin şəxsində bütövlükdə
insanlığa qarşı cinayət işlətmiş, haqq-ədaləti
tapdalamış, cəzasız qalacağını güman edərək
get-gedə daha da azğınlaşmışdır. Hər kəs görürdü ki, Azərbaycan
Prezidentinə verilən suallarda həmin həqiqəti ortaya
çıxarmaq əvəzinə, onu dumanlandırmaq, “əzabkeş
erməni” mifini müdafiə eləmək istəyi daha
çox qabardılır.
Azərbaycan liderinin
apardığı bu informasiya savaşında onu da görməmək
mümkün deyildi ki, İlham Əliyev elə ilk kəlmələrindən
illər boyu qəlibləşdirilib söz istehkamına
çevrilmiş erməni mifini amansızlıqla
dağıdır, erməni faşizminin iç
üzünü açıb göstərir, onun bölgədəki
özbaşınalığını, Ermənistandakı
cinayətkar rejimi, havadarlarına güvənərək qəsbkarlığın
miqyasını daha da genişləndirmək barədə xam
xəyallara düşən Paşinyan
qudurğanlığını qətiyyətlə ifşa
edir.
Ola bilsin ki, müəyyən
qədər qəribə səslənsin, ancaq mənə elə
gəlir ki, Azərbaycan Prezidenti İlham Əliyevin rus, eləcə
də ingilis dilindəki müsahibələrinə ana dilinin
ruhu çökmüşdü. Və dərindən mənimsədiyi
bu xarici dillərdə də dövlət başçımız
Azərbaycan həqiqətlərini dünyada eşidilən
bir ucalıqdan səsləndirdiyi üçün, sanki, bu məqamda
da “azərbaycanca” danışırdı”.
Bu yerdə yada salaq ki, XX əsrin
sonu, XXI əsrin ilk illərində ümummilli lider Heydər
Əliyev ölkədə, eləcə də beynəlxalq aləmdə
Azərbaycan dilinin siyasi mövqeyini, nüfuzunu görünməmiş
bir səviyyəyə yüksəltdi. Həmin ənənəni
davam etdirən öndər atanın öndər oğlu xalqa
müraciətlərilə ana dilinə müzəffər bir
ordunun Ali Baş Komandanının nitq enerjisini
qazandırdı. Elə bir enerji ki,
dilimizin və xalqımızın buna illər boyu ehtiyacı
vardı.
Uzun illər məişət
sferası ilə hüdudlanmış ifadələr qırx
günün içində ərazi bütövlüyü
uğrunda mübarizə tariximizin “açar sözlər”inə
çevrildi: “Cəbrayıla yol çəkirdin, sərxoş
olub Cıdır düzündə rəqs edirdin, nə oldu bəs,
Paşinyan”, “məsciddə donuz saxlayanın özü
donuzdur”, “başından elə vurmuşuq ki, cəhənnəmə
getdi, gora getdi, gorbagor oldu”, “iti qovan kimi qovuruq”, “siçan kimi
deşik axtarır gizlənməyə”, “ora-bura zəng eləyir,
onun-bunun dabanını yalayır”, “yoxdur status-kvo, yoxdur təmas
xətti, hamısını vurub dağıtmışıq”,
“dəmir yumruq endirdik başlarına”, “nəyi nə vaxt etməyi
mən bilirəm”, “nə demişik, onu da eləmişik” və
s.
Xalq dilinin dərinliklərindən
çıxarılaraq ehya edilmiş, tarixi mübarizənin tərcümanına
çevrilmiş həmin ifadələri, yəqin ki, ən
modern, ən rəsmi, ən normativ söz-terminlər belə,
bu enerji və səmimiyyətlə əks etdirə bilməzdi.
Məsələnin mahiyyəti isə bundan ibarətdir ki,
yuxarıda yalnız az bir hissəsini
xatırlatdığımız ifadələri informasiya
müharibəsi cəbhəsinə beynəlxalq dillərin ən
modern, ən rəsmi, ən normativ terminologiyasını
müfəssəl bilən, Qarabağda tarixi qələbəmizi
heç kimin təsəvvür edə bilməyəcəyi hərbi-siyasi
layihə gücündə həyata keçirən qalib lider
– söz cəbhəmizin də Ali Baş Komandanı olan
Prezident İlham Əliyev gətirdi.
Ümummilli lider Heydər Əliyevin
timsalında Azərbaycan xalqı əsrlərın və
minilliklərin qovuşub ayrıldığı nadir bir tarixi
məqamda real istəklərindən əlavə, romantik
ideallarını da gerçəkləşdirmiş əfsanəvi
liderin ətrafında görünməmiş bir vüsət
və coşqu ilə səfərbər olunmuş, mərkəzəqaçma
impulsu ilə toparlanmışdı. Bu dünya
şöhrətli siyasət və dövlət xadimi Heydər
Əliyevin şəriksiz və misilsiz qələbəsi idi.
Həmin qələbələr yolunu XXI əsrin
ilk iki onilliyində isə ölkə daxilində və beynəlxalq
aləmdə ulu öndərin siyasi Prezident İlham Əliyev
uğurla davam etdirdi.
Bu gün Prezident İlham Əliyevin
rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə
də xarici siyasətində əldə edilən hər bir
uğur, məxsusi olaraq onun Ali Baş Komandanlığı
altında Azərbaycanın ərazi
bütövlüyünün təmin edilməsi ulu öndər
Heydər Əliyevin zəkasının təcəssümü,
onun irsən qoyub getdiyi milli tərəqqi ideyalarının təzahürüdür.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev ötən 17 ildə mənsub olduğu
xalqın və dünyanın gözləri
qarşısında belə bir lider kimi yüksəlib, qəbul
olunub.
Nizami CƏFƏROV,
Milli Məclisin deputatı, akademikSiyasi varisliyə
sadiqliyin təntənəsi
Xalq qəzeti
2020.- 26 dekabr.- S.4.