Azərbaycan öz ədalətli
fəaliyyətinin növbəti mərhələsinə start verir
Regional inkişafın bütün
istiqamətləri Bakının addımlarından
asılı olacaq
Dövlət başçımızın ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul qələmə almaq istədiyim sətirlərdən əvvəl düşmən tapdağından azad edilmiş ərazilərimizdəki vəziyyəti göz önünə gətirmək istəyirəm. Erməni faşistlərinin törətdiyi viranəliklərin, xarabazarlıqların, barbarlığın, insana aid olmayan əməllərin miqyası dünya ictimaiyyətini mat qoymaqdadır.
Mən artıq bir neçə dəfə ictimaiyyət qarşısında bu məsələni qaldırmışam ki, regiona yeni canlanma gətirilməlidir. Regionda yeni inkişaf olmalıdır. Azərbaycan buna hazırdır. Azərbaycan iqtisadi və hərbi baxımdan güclüdür. Ölkəmiz çox geniş beynəlxalq dəstəyə malikdir. Ölkəmiz bu gün BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilata – Qoşulmama Hərəkatına sədrlik edir. Əlbəttə, biz bunu işimizin bir hissəsi kimi icra edəcəyik ki, uzunmüddətli sabitlik və təhlükəsizlik təmin olunsun.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycanın böyük şairi Məhəmməd Füzulinin adını daşıyan və vaxtilə həmin ada layiq inkişaf etdirilmiş Füzuli şəhərinin qalıqlarını görəndə Şərqin böyük söz səltənətini yaradanlardan olmuş Əfzələddin Xaqaninin “Mədain xərabələri” əsəri yada düşür. O əsər ki, müdrik ustad orada müasir siyasi liderlərin xarakterini göstərirmiş kimi min illər boyu ölməyəcək fikirləri qələmə almışdır. Xaqani sanki XXI əsrin 20-ci ilində fəaliyyət göstərən Azərbaycan lideri haqqında söz açırdı :
Can yandırsan insana,
məmləkətə, yurduna,
Arxalana bilərsən
öz xalqına,
orduna.
Bununla belə,
həmin uzaqgörənliklə
dolu fikirlərdən heç bir sətir belə aralanmamış, sanki bugünki Ermənistan rəhbərliyinin düşüncəsini
“xarakterizə edir”:
Zülmkarlıq dağıdar,
bərbad eylər
ölkəni,
Ədalət səadətlə
abad eylər
ölkəni.
Ermənistan rəhbərliyi,
sözün həqiqi
mənasında, öz
xalqına zülm elədi və uzun illər boyu vasitəçi missiyası altında onlara himayədarlıq edənlər, indi minnətçi donunda Azərbaycana gəlir və ölkəmizin müzəffər Ali Baş
Komandanından soruşurlar
ki, biz İrəvana gedəndə orada sizin hansı təkliflərinizi yada salaq? Amma gecikiblər. Çünki ilham Əliyev
onların İrəvanda
deməli olduqları fikirləri son 17 ildə
20-30 dəfə məhz
vasitəçilərin özlərinə
xatırlatmışdı.
“Mən həmsədr dövlətlərin
başçılarından olan Prezident Putinin dedikləri ilə razılaşıram
ki, Dağlıq Qarabağ münaqişəsi
artıq tarixə qovuşub. Mən də həmin
fikirdəyəm”, -- deyən
dövlət başçımız
təəssüf etdiyini
bildirdi ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb.
Halbuki bunu etmək üçün onlar 28 il
ərzində müvafiq
mandata sahib idilər:
“Mən son 17 il ərzində danışıqlarda
iştirak etmişdim.
Lakin müharibə zamanı dediyim kimi, Minsk qrupunun ideyalarla çıxış etmək
və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti
olsa da, bunlar heç bir nəticə verməmişdir. Reallıq bundan
ibarətdir”.
Dövlət başçımız Ermənistanın
minnətçilərinə xatırlatdı ki, bu ölkənin indiki rəhbəri Nikol Paşinyan danışıqlar prosesini
tamamilə məhv etmişdir. Onun təxribatçı hərəkətləri
və bəyanatları
danışıqları mənasız
etmişdir: “Onun Azərbaycan dövlətinə
və xalqına qarşı təxribatçı
və təhqiredici əməllərinə, bəyanatlarına
cavab verilməli idi və biz onu ciddi şəkildə
cəzalandırdıq. Beləliklə, o, öz məğlubiyyətini
etiraf etməyə, atəşkəs üçün
yalvarmağa məcbur
oldu. Əslində o, bunu 44 günlük
müharibə əsnasında
hər gün edirdi və gündə bir neçə dəfə dünya liderlərinə zəng edirdi. Onun zəng etmədiyi avropalı lider tapmaq çətin olar. O, atəşkəsin
təmin edilməsini xahiş edirdi. Lakin o, mənim şərtlərimə
əməl etmək istəmirdi. Halbuki mənim yeganə şərtim var idi … torpaqlarımızdan çıx! Əks təqdirdə, Azərbaycanın
dəmir yumruğunu görəcəksən”.
Çıxmadı və ona görə
də, həm Azərbaycanın “dəmir
yumruğu”nu görərək
ömürlük rüsvay
oldu, həm də münaqişə bitəndən sonra minlərlə əsgər
anasının İrəvanın
mərkəzinə toplaşaraq
“Mənim oğlumun ya ölüsünü, ya da dirisini
qaytar! Yoxsa ölkədən rədd olacaqsan!” etirazlarını hər gün eşitmək cəzasına məhkum oldu. Azərbaycan Prezidentinin hələ illər əvvəl dediyi “Erməni əsgəri ölmək istəmirsə, onun Azərbaycan torpaqlarında
nə işi var?” – haqlı
sualına İrəvan
ziyalılarının olduqca
konkret reaksiyasını
oxumuşuq: “Erməni
əsgərləri Azərbaycan
torpaqlarında ölmək
istəmirlər, onları
oraya məcburən, zorla göndərirlər”.
Bu, bizim heç
bir iddiamız, düşmənçiliyimiz olmayan
erməni xalqının
cavabı idi. Ancaq Ermənistan rəhbərliyi
öz xalqına Əfzələddin Xaqaninin
dediyindən də betər zülmlər etdi.
Ekspertlərin fikrincə, Ermənistan rəhbərliyinin öz xalqına etdiyi zülm və işgəncələr təkcə
çoxsaylı əsgər
ölümləri ilə,
xalqın dilənçi
kökündə yaşamasıyla,
ölkə iqtisadiyyatının
çökməsiylə bitmir. Ermənistan rəhbərliyi
işğal edilmiş
Azərbaycan şəhər
və kəndlərini
tamamilə qarət edəndən sonra bütün bina və qurğuları vəhşicəsinə məhv
etdirməklə son əsrlərdə
özünü dünyanın
ən sivil xalqlarından biri kimi təqdim etməyi bacarmış ermənilərin vəhşi
dəstələrindən, yırtıcılardan ibarət
olduğunu sübut etdi. Beynəlxalq aləmdəki “savadlı
ermənilər” cidd-cəhdlə
çalışırlar ki,
işğal edilmiş
Azərbaycan ərazilərindəki
son vəziyyəti göstərən
videolentlər dünya
mətbuatının arxivindən
yığışdırılsın.
Yəni oğurlansın:
“ Həmin hərəkətlərin erməni
xalqının yox, Ermənistan rəhbərlərinin,
siyasətçilərinin adına
yazılmasıyla xalqımızı
bu rüsvayçılıqdan
xilas edə bilərik” – deyə erməni ziyalıları itirilmiş “nüfuz”un dalınca ağlayırlar.
Bu barədə söz açan Azərbaycan Prezidenti dəfələrlə olduğu
kimi, Minsk qrupunun minnətçilərini qəbul
edərkən də konkret faktlar dilə gətirdi: “Füzulidə bir dənə də olsun salamat bina
yox idi, hər şey yerlə-yeksan edilmişdir.
Bir dənə də bina tapılmadı ki, orada bayrağımızı
qaldıraq. Ağdamda isə
tamamilə dağıdılmamış
yeganə tikili məscidin binasıdır.
Araşdırdıqda məlum oldu
ki, onlar Ağdamda məscid binasını məsafə
ölçmək üçün
saxlayıblarmış”.
Bu məqamda rus ədəbiyyatının
görkəmli simalıarından
olan Mixail Lermontovun “Buludlar” ( “Tuçi”) şeirindəki bir məqam yada düşür. Şair buludlara xitabən
deyir ki, sizin daim, əbədiyyən
soyuq olmağınızın
səbəbi odur ki, vətəniniz yoxdur. Fikrimcə, yerinə düşür.
Ermənilər ona görə
viranəlik törədən,
tarixi – mədəni abidələrə qənim
kəsilən, qaniçən,
terrorçu, təxribatçı,
işğalçı və
şərəfsizdirlər ki, onların vətəni yoxdur. Vətəni
olan şəxs kiminsə evini-ocağını,
yurdunu, vətənini
yandırmazdı, dağıtmazdı,
xaraba qoymazdı.
Hamının yadındadır. Alman faşistləri işğal
etdikləri ərazilərə
öz “SS”- çilərini,
gestapoçularını rəhbər
təyin edir və heç yeri dağıtmırdılar.
Erməni faşistləri isə
törətdikləri bütün
barbarlıqlardan sonra dünya televiziyalarındakı
minlərlə videolenti
yox etməyə çalışırlar. Edə bilməyəcəklər.
O ki qaldı, Minsk qrupunun yeni minnətçilərinə,
onlar Bakıda Prezident İlham Əliyevin arqumentləri qarşısında, sözün
həqiqi mənasında,
heç nə deyə bilmədilər. Gücləri “regionda başlanacaq
yeni inkişaf tendensiyasında biz də iştirak etmək istəyirik” – deməyə
çatdı.
Yazını tamamlamaq
istəyirdim ki, sosial şəbəkədən
İrəvandakı vəziyyətlə
bağlı daha bir xəbər gəldi: “Ermənistan paytaxtı zəlzələ
olubmuş kimi silkələnir”. Əgər elədirsə,
mən bu yazıda Məhəmməd
Füzuli və Əfzələddin Xaqanidən
sonra Nizami Gəncəvini də xatırlatmalı oluram.
Şeyx Nizami “Sirlər xəzinəsi”ndəki
“Nuşirəvanla bayquşların
söhbəti”ndə xatırladırdı
ki, bu adam hakimiyyətdə
qaldıqca, hələ
çox xarabalıqlar
törədiləcək. Yəni Nikol
Paşinyan Ermənistan
rəhbərliyindədirsə, əsgər anaları İrəvanda hələ
çox zəlzələlər
törədəcəklər.
Regiona Azərbaycanın gətirdiyi
reallıqlar isə ondan ibarətdir ki, dövlətimiz öz ədalətli fəaliyyətinin növbəti
fazasına start verir. Artıq hamı
qəbul edir ki, regional inkişafın bütün istiqamətləri
Bakının addımlarından
asılı olacaq.
Çünki artıq Qarabağ Azərbaycandır!
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti
2020.- 26 dekabr.- S.6.