“Xüsusi karantin rejimi dövründə
Azərbaycan Respublikasının ərazisində fəaliyyət
göstərən təhsil müəssisələrinin fəaliyyətinin
təşkilinə dair əlavə tədbirlər
barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 oktyabr tarixli 430 nömrəli
Qərarında dəyişiklik edilməsi
haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN QƏRARI
¹ 510 Bakı şəhəri, 25
dekabr 2020-ci il
“Sanitariya-epidemioloji salamatlıq
haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə
və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il
28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq
edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəlik-lərin
əmələ gəlməsi, yaxud yayılması təhlükəsi
yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri
tədbirlərin görülməsi Qaydaları”na əsasən
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara
alır:
“Xüsusi karantin rejimi
dövründə Azərbaycan Respublikasının ərazisində
fəaliyyət göstərən təhsil müəssisələrinin
fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər
barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2020-ci il 29 oktyabr tarixli 430 nömrəli Qərarının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, ¹ 10,
maddə 1318; Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2020-ci il 30 noyabr tarixli 475 nömrəli Qərarı) 5-ci hissəsində
“2020-ci il dekabrın 30-dək” sözləri “2021-ci il
yanvarın 31-dək” sözləri ilə əvəz edilsin.
Əli ƏSƏDOV
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti
2020.- 27 dekabr.- S.2.