“Xüsusi karantin rejimi ilə
bağlı əlavə tədbirlər barədə” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında dəyişiklik
edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN QƏRARI
¹ 511 Bakı şəhəri, 25
dekabr 2020-ci il
“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respub-likası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, ¹ 9, maddələr 1209, 1231, ¹ 10, maddələr 1274, 1275, 1278, 1283, 1298, 1314, 1315; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 noyabr tarixli 443 nömrəli, 19 noyabr tarixli 450 nömrəli, 5 dekabr tarixli 484 nömrəli və 8 dekabr tarixli 488 nömrəli qərarları) 1.1.15-ci yarımbəndi aşağıdakı redaksiyada verilsin:
“1.1.15. 2021-ci il 2 yanvar saat 00:00-dan 4 yanvar saat 06:00-dək, 9 yanvar saat 00:00-dan 11 yanvar saat 06:00-dək, 16 yanvar saat 00:00-dan 18 yanvar saat 06:00-dək, 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək, 30 yanvar saat 00:00-dan 31 yanvar saat 06:00-dək ictimai nəqliyyatın hərəkətinin dayandırılması.”.
2. Bu Qərar 2020-ci il 28 dekabr tarixindən qüvvəyə minir.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti
2020.- 27 dekabr.- S.2.