“Azərbaycan Respublikası Təhsil Nazirliyi işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə həmin Nazirliyin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 505 Bakı şəhəri, 22 dekabr 2020-ci il

 

 

“Təhsil haqqında” və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 19 may tarixli 104-VIQD nömrəli Qanunu­nun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2005-ci il 1 mart tarixli 203 nömrəli, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli, “Azərbaycan Res­publikası Dövlət Gömrük Komitəsinin Akademiyasının Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2013-cü il 8 iyul tarixli 939 nömrəli, “Bakı Xoreoqrafiya Akademi-yasının Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2014-cü il 26 dekabr tarixli 432 nömrəli, “Azərbaycan TurizmMenec­ment Universitetinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2015-ci il 21 dekabr tarixli 710 nömrəli, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2016-cı il 4 avqust tarix­li 1007 nömrəli və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə” 2019-cu il 27 may tarixli 711 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 7 iyul tarixli 1088 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respub­likasının Nazirlər Kabineti qərara alır:

 

“Azərbaycan Respublikası Təhsil Nazirliyi işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə həmin Nazirliyin hesabına köçürülən vəsaitdən istifadə Qaydası” təsdiq edilsin (əlavə olunur).

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

 

Azərbaycan Respublikası Nazirlər

 

Kabinetinin 2020-ci il 22 dekabr

 

 tarixli 505 nömrəli Qərarı ilə               təsdiq edilmişdir. 

 

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə həmin Nazirliyin

 

hesabına köçürülən vəsaitdən istifadə

 

 

QAYDASI

 

1. Ümumi müddəa

 

 

 

1.1. Bu QaydaTəhsil haqqındaAzərbaycan Respublikası Qanununun 17.4-cü 44.2-ci maddələrinə uyğun olaraq tətbiq edilən Azərbaycan Respublikası Təhsil Nazirliyinin (bundan  sonraNazirlik) xəzinə hesabına köçürülən xidmət haqlarından (bundan sonrabüdcədənkənar vəsait) Nazirliyin işçilərinin (bundan sonraişçilər) sosial müdafiəsini gücləndirmək məqsədilə istifadə qaydasını müəyyən edir.

 

 

2. Büdcədənkənar vəsaitdən istifadə qaydası

 

 

2.1.        Büdcədənkənar vəsaitin təyinatı üzrə istifadə edilməsi məqsədilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyində Nazirlik üçün büdcədənkənar xəzinə hesabı açılır.

 

2.2.        Büdcədənkənar vəsaitin Nazirliyin qurumları arasında bölgüsü Nazirliyin müvafiq əmri ilə rəsmiləşdirilir. Büdcədənkənar vəsaitin istifadəsi xərclər smetasına uyğun olaraq həyata keçirilir. Xərclər smetası Azərbaycan Respublikası Nazirlər Kabinetinin       2017-ci il 17 noyabr tarixli 502 nömrəli Qərarı ilə təsdiq edilmişAzərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə”yə uyğun olaraq təsdiq edilir.

 

2.3.        Büdcədənkənar vəsait işçilərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə aşağıdakı istiqamətlər üzrə xərclənir:

 

2.3.1. işçilərin kollektiv fərdi qaydada mükafatlandırılması;

 

2.3.2. işçilərin vəzifə maaşlarına əlavələrin verilməsi;

 

2.3.3. işçilərə maddi yardımın göstərilməsi.

 

2.4. İşçilərin kollektiv mükafatlandırılması aşağıdakı hallarda həyata keçirilir:

 

2.4.1. işlərin vaxtında keyfiyyətlə yerinə yetirilməsi;

 

2.4.2. mühüm dövlət tapşırıqlarının vaxtında yerinə yetirilməsi;

 

2.4.3. qanunla müəyyən edilmiş bayram günləri ilə, həmçinin digər əlamətdar hadisələrlə əlaqədar.

 

2.5.        İşçilərin fərdi mükafatlandırılması aşağıdakı hallarda həyata keçirilir:

 

2.5.1. vəzifə təlimatında nəzərdə tutulan vəzifələrin vaxtında peşəkarlıqla yerinə yetirilməsi, səmərələşdirici təkliflər verilməsi, təşəbbüskarlıq göstərilməsi, işdə yeni forma metodların tətbiqi;

 

2.5.2. rəhbərliyin tapşırıqlarının vaxtında keyfiyyətlə yerinə yetirilməsi;

 

2.5.3. normativ hüquqi aktların layihələrinin hazırlanmasında fərqlənmə.

 

2.6. İşçilər xüsusi əhəmiyyətli vacib tapşırıqların, mürəkkəb işlərin yerinə yetirilməsi ilə əlaqədar, həmçinin layiqli işinə görə bayram digər əlamətdar günlərdə fərdi qaydada (birdəfəlik) mükafatlandırıla bilərlər.

 

2.7. Verilən mükafatların məbləği aylıq vəzifə maaşının 2 (iki) mislindən çox olmamaq şərtilə müəyyən edilir.

 

2.8.        İşçilərin fərdi mükafatlandırılması məqsədilə vəsait qiymətli hədiyyələrin alınmasına da xərclənə bilər.

 

2.9. İşçilərin fərdi mükafatlandırılması əmrlə rəsmiləşdirilir.

 

2.10.      İşçilərə aylıq vəzifə maaşlarının 2 (iki) mislindən çox olmamaqla vəzifə maaşlarına əlavələr verilir. 

 

2.11. Aylıq vəzifə maaşına əlavənin ödənilməsi ayda bir dəfə olmaqla, hər ay üçün növbəti ayın 20-dək, dekabr ayı üçün isə həmin ayın 25-i (dekabrın 25-i qeyri-iş gününə düşdükdə növbəti günü) həyata keçirilir.  

 

2.12.       Vəzifə maaşına əlavə aşağıdakı günlər üçün hesablanmır:

 

2.12.1. işçinin əmək məzuniyyətində olduğu günlər, əmək qabiliyyətini müvəqqəti itirdiyi, həmçinin hamiləliyə doğuşa görə məzuniyyətdə olduğu günlər;

 

2.12.2. işçinin ödənişli yaradıcılıq təhsil məzuniyyətində, qismən ödənişli sosial məzuniyyətdə ödənişsiz məzuniyyətdə olduğu günlər.

 

2.13. İşçilərə maddi yardımın verilməsi əmrlə rəsmiləşdirilir.

 

3. Büdcədənkənar vəsaitin istifadəsinə nəzarət

 

3.1.        Büdcədənkənar vəsaitlərin uçotuMühasibat uçotu haqqındaAzərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirilir.

 

3.2. Büdcədənkənar vəsaitdən istifadə olunmasına dair hesabat Nazirlik tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 502 nömrəli Qərarı ilə təsdiq edilmişAzərbaycan Respublikasının dövlət büdcəsindən maliyyə-ləşən idarə təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə”yə əsasən hazırlanır Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir.

 

 

4. Yekun müddəalar

 

4.1. Büdcədənkənar vəsaitin istifadə olunması ilə bağlı digər məsələlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il      17 noyabr tarixli 502 nömrəli Qərarı ilə təsdiq edilmişAzərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə təşkilat-ların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə”yə uyğun olaraq həyata keçirilir.

 

4.2. Büdcədənkənar vəsaitdən təyinatı üzrə istifadə edilmə-məsinə görə vəzifəli şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.

 

Xalq qəzeti  2020.- 25 dekabr.- S.6.