“Əlilliyi olan şəxslərin reabili­tasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın təsdiq edilməsi, Azərbaycan Respub­likası Nazirlər KabinetininXü­susi nəqliyyat almaq üçün tibbi göstərişləri olan əlillərin avtomobilmotorlu araba ilə təmin edilməsi qaydaları haqqında” 1993-cü il 5 avqust tarixli 433 nömrəli Qərarında dəyişiklik edilməsi və “İkinci Dünya müharibəsi iştirakçılarının protez-ortopediya məmulatları, əlillərin, sağlamlıq imkanları məhdud uşaq­ların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərək ziyan çəkmiş vətəndaşların protez-ortope­diya məmulatları, əlil kreslo-veloara­baları, texnikibaşqa reabilitasiya vasitələri ilə təmin edilməsi Qayda­larının təsdiq edilməsi haqqında” 2002-ci il 8 iyul tarixli 103 nömrəli Qərarının ləğv edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 501 Bakı şəhəri, 18 dekabr 2020-ci il

 

 

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası­nın 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidenti­nin 2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanının 1.1.18-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1. “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” təsdiq edilsin (əlavə olunur).

 

2. Xüsusi nəqliyyat almaq üçün tibbi göstərişləri olan əlillərin avtomobilmotorlu araba ilə təmin edilməsi qaydaları haqqında” Azərbaycan Res­publikası Nazirlər Kabinetinin 1993-cü il 5 avqust tarixli 433 nömrəli Qərarının 1-ci, 2-ci və 3-cü hissələri ləğv edilsin.

 

3. “İkinci Dünya müharibəsi iştirak­çılarının protez-ortopediya məmulatları, əlillərin, sağlamlıq imkanları məhdud uşaqların, fövqəladə hallarda insan­ların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərək ziyan çəkmiş vətəndaşların protez-ortopediya məmulatları, əlil kreslo-veloarabaları, texnikibaşqa reabilitasiya vasitələri ilə təmin edilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Res­publikası Nazirlər Kabinetinin 2002-ci il 8 iyul tarixli 103 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2002, ¹ 7, maddə 443; 2008, ¹ 2, maddə 130; 2011, ¹ 1, maddə 54; 2016, ¹ 2 (II kitab), maddə 377, ¹ 11, maddə 1976) ləğv edilsin.

 

4. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmişİcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazır-lanması və qəbul edilməsi qay­dası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

 Xalq qəzeti  2020.- 24 dekabr.- S.4.