Azərbaycan Respublikası Nazirlər Kabi­netininAviasiya təhlükəsizliyi personalı­nın seçilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2013-cü il 17 oktyabr tarixli 306 nömrəli, “Həbs yerlərinin daxili intizam Qay­dalarının təsdiq edilməsi barədə” 2014-cü il 26 fevral tarixli 63 nömrəli və “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 25 dekabr tarixli 503 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

¹ 512 Bakı şəhəri, 26 dekabr 2020-ci il

 

 

“İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında”, “İcbari sığortalar haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Mədəniyyət haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanun­larında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 19 may tarixli 113- VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1. Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2013-cü il 17 oktyabr tarixli 306 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunve­ricilik Toplusu, 2013, ¹ 10, maddə 1224; 2014, ¹ 5, maddə 577; 2019, ¹ 5, maddə 948) ilə təsdiq edilmişAviasiya təhlükəsizliyi perso­nalının seçilməsi Qaydası”nın 2.2-ci bəndində “qüsurlarına” sözü “pozuntularına” sözü ilə əvəz edilsin.

 

2. “Həbs yerlərinin daxili intizam Qayda­larının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 8, maddə 1001, ¹ 10, maddə 1295; 2016, ¹ 2 (II kitab), maddə 355, ¹ 9, maddə 1585; 2018, ¹ 9, maddə 1943, ¹ 10, maddə 2170, ¹ 11, maddə 2462; 2019, ¹ 3, maddə 518, ¹ 8, maddə 1460; 2020, ¹ 4, maddə 477) ilə təsdiq edilmişİstintaq təcridxanalarının daxili intizam Qaydaları”nın 5.7.6-cı yarımbəndində “qüsurları” sözü “pozuntuları” sözü ilə əvəz edilsin.

 

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 503 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2019, ¹ 12, maddə 2084) ilə təsdiq edilmiş “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nın 2.1.3-cü yarımbəndində “(sağlamlıq imkanları məhdudluğuna)” sözləri “, o cümlədən, sağlam­lıq imkanları məhdudluğuna” sözləri ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti  2020.- 29 dekabr.- S.4.