Soydaşlarımızın ürəyi Vətənlə – Azərbaycanla döyünür

 

Biz istəyirik ki, dünyada yaşayan azərbaycanlılar öz tarixi Vətənləri ilə əlaqələri heç vaxt kəsməsinlər. Daim əlaqədə olsunlar, Azərbaycan ilə bağlı olsunlar. Beləliklə, onlar özlərini daha da rahat hiss edəcəklər. Belə olan halda Azərbaycan dövləti onlara daha da böyük dəstək verə biləcək.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq, 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirməklə tarixi qələbə qazandı. Xalqımız, eləcə də dünya azərbaycanlıları bu şanlı qələbənin xoş ovqatını hələ də yaşamaqdadır. Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi uğrunda gedən döyüşlər, qüdrətli ordumuzun şanlı tarix yazaraq düşmən üzərindəki sarsıdıcı zərbələri, eləcə də işğal altında olan yaşayış məntəqələrimizin, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin işğalçılardan azad edilməsi xalqımızda böyük inamruh yüksəkliyi yaratdı. Xalqımız, habelə dünya azərbaycanlıları bütünlüklə dövlətimizin başçısının ətrafında sıx birləşib.

 

Xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları, nüfuzlu alimlərimiz bəyanatlar yayaraq bu çətin günlərdə Azərbaycana, dövlətimizin başçısına öz dəstəyini ifadə etdi, ölkəmizin haqq işinin qa­lib gələcəyinə əminliklərini bildirdilər və dünya ictimaiyyətini Azərbaycanın ədalətli mövqeyini müdafiə etməyə çağırdılar. Eyni zamanda, xarici ölkələrdə fəaliyyət göstərən minlərlə gənc soyda­şımız, həkimlərimiz Azərbaycan Prezidentinə müraciət edərək ərazilərimizin işğaldan azad edilməsi uğrunda vuruşmağa və xidmət etməyə hazır olduqlarını vurğulayırdılar. Ancaq bunlara ehtiyac yox idi. Çünki düşmənin öhdəsindən gəlməyə, onlara layiq olduqları yeri göstərməyə qadir olan güclü ordumuz var idi. Bu rəşadətli ordu 44 gün ərzində təcavüzkarı diz çökdürdü. Noyab­rın 10-da Ermənistanın siyasi- hərbi rəhbərliyi təslim olduqlarını rəsmən etiraf etdi.

 

Ürəyi Vətənlə döyünən soy­daşlarımızın sevincinin həddi-hüdudu yoxdur. Onlar yaşadıqları və fəaliyyət göstərdikləri ölkələrdə azərbaycanlı olmaqları ilə fəxr edir, qürur duyurlar. Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyuldu. Dünya azərbaycanlarının qürur duyduq­ları bir məsələ də odur ki, 30 il ərzində ən nüfuzlu beynəlxalq təşkilatların nizamlaya bilmədikləri münaqişəni Azərbaycan öz gücü ilə 44 gün ərzində həll etdi. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızdan dövlətimzin başçısına ünvan­lanan təbrik məktublarında da doğma Azərbaycanla, onun lideri, müzəffər Ali Baş Komandan İlham Əliyevlə fəxr etdiklərini bildirirlər.

 

Azərbaycanın bu möhtəşəm qələbəsi dünyanın hər yerində yüksək qiymətləndirilir. Birləşmiş Ərəb Əmirliklərində yaşayan soydaşlarımız Azərbaycanın mədəniyyət paytaxtı, qədim Şuşa şəhərinin işğaldan azad olunması və 30 ilə yaxın davam edən Ermənistan –Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın tarixi qələbəsi münasibətilə silsilə tədbirlər keçiriblər.

 

DubayAbu-Dabi şəhər-lərində yaşayan soydaşlarımız Şuşanın erməni işğalından azad olunmasını, tarixi qələbəmizi yüksək coşğunluqla qeyd edib, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və torpaqlarımızın azadlığı uğrun­da rəşadətlə mübarizə aparan ordumuza dərin minnətdarlıqlarını ifadə ediblər.

 

Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi, Azər-Türk Gənclər Təşkilatının sədri Ülviyyə Cabbarovanın təşəbbüsü ilə Hel­sinki şəhərində Azərbaycanın şan­lı qələbəsinə həsr olunmuşQara­bağ Azərbaycandır!” adlı tədbir də böyük maraqla qarşılanıb. Tədbir iştirakçıları Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin və erməni terrorunun qurbanı olan mülki şəxslərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

 

Sonra çıxış edənlər bildiriblər ki, müzəffər Ali Baş Koman­dan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun qazandı­ğı tarixi qələbə bütün dünya azərbaycanlılarını, o cümlədən, Finlandiyada yaşayan soydaşla­rımızı çox sevindirir. Belə fakrlat onlarcadır. Yeri gəlmişkən, qeyd edək ki, xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarımız hər zaman erməni yalanlarını ifşa etmək və Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırmaq üçün əllərindən gələni əsirgəməyib, bundan sonra da Azərbaycanın milli-mənəvi dəyərlərinin, Qa­rabağın turizm potensialının, tarixi-mədəni sərvətlərinin təbliği istiqamətində davamlı işlər aparıl­ması qərara alınıb.

 

Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla, rəşadətli ordumuzun parlaq qələbəsi bütün dünyada böyük əks-səda doğurub. Təsadüfi deyidir ki, Rusiyanın nüfuzluVedomosti” nəşri altı nominasiya üzrə ilin personası ilə bağlı illik xüsusi layihəsinin nəticələrinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev nəşrin oxucuları arasındakı səsvermədə “İlin siyasətçisi” seçilib. Nəşr yazır: “İlham Əliyevi haqlı olaraq ordusu 2020-ci ildə inamlı hərbi qələbə qazanan, region miqyasına görə isə əsl triumf əldə edən yeganə lider adlandırmaq olar”.

 

Qeyd edək ki, “İlin siyasətçiləri” nominasiyasının namizədləri siyahısında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Belarus Prezidenti Aleksandr Lukaşenko da olub. Bəli, belə bir şad xəbərlə təkcə ölkə əhalisinin yox, dünya azərbaycanlılarının da qürur hissi keçirmək haqları var.

 

Başa vurmaqda olduğumuz 2020-ci ildə dünyanı bürüyən koronavirus pandemiyası, işğalçı Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhədində törətdiyi təxribat və xalqımızın möhtəşəm zəfəri ilə başa çatan 44 günlük Qarabağ müharibəsi Azərbaycan diasporu üçün də sınaq dövrü oldu. Prezi­dent, müzəffər Ali Baş Komandan İlham Əliyevə və ölkəmizə hər za­man dəstək nümayiş etdirən, əsl həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə olduğu kimi çatdırıl­masında, işğalçı Ermənistanın yalanlarının ifşa olunmasında böyük səylər göstərən Azərbaycan diasporu bu sınaqdan uğurla çıxdı.

 

Dünyanın müxtəlif ölkələrində məskunlaşmış azərbaycanlıların bir bayraq altında fəaliyyət göstərməsi də qazanılan tari­xi qələbədə öz müsbət təsirini göstərdi. Soydaşlarımızın yaşa­dıqları və fəaliyyət göstərdikləri ölkələrdə Ermənistanın işğal­çılıq siyasəti, törətdikləri terror aktları, soyqırımıları, barbarlığı, tarixi-mədəni abidələrimizin yerlə yeksan edilməsi, mülki əhalinin ağır artileriya silahla­rından atəşə tutulması və qətlə yetirilməsi barədə verdikləri məlumatlar ermənilərin amansız və qəddar omaları barədə inamı daha da möhkəmləndirmişdi. Məhz bu amillərə görə diaspor təşkilatlarının möhkəmləndirilməsi, onların fəaliyyətlərinin keyfiyyətcə yeni mərhələyə keçməsi prioritet vəzifə kimi qarşıya qoyulub.

 

Xaricdə yaşayan azərbaycanlıların təşkilatlan-dırılmasının əsası ulu öndər Heydər Əliyevin 1993-cü ildə ölkəyə rəhbərliyi dövründə qoyu­lub. Dünya azərbaycanlılarının həmrəyliyi və birliyi ulu öndərin qarşıya qoyduğu prioritet vəzifələrdən biri olmuşdur. Hələ 1991-ci ildə Naxçıvanda ümum­milli liderin təşəbbüsü ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi elan edilmiş­di. Müdrik şəxsiyyət xalqın təkidli xahişi ilə Azərbaycana siyasi hakimiyyətə qayıdışından sonra – 2001-ci il may ayının 23-də im­zaladığı sərəncamla bu möhtəşəm məqsədin gerçəkləşdirilməsi istiqamətində qətiyyətli addım atdı. Dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizin doğma vətənləri ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onların arasında həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birlikərin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin birgə müzakirəsi zərurətini nəzərə alaraq Dünya azərbaycanlılarının I qurultayının keçirilməsini reallaşdırdı.

 

2001-ci il noyabr ayının 9-10-da Bakıda keçirilən tədbirdə 36 ölkədən 200-dən çox təşkilatı təmsil edən 406 nümayəndə və 63 qonaq iştirak etmişdir. Qurultayda Azərbaycan Respublikası 130-dan çox dövlət və ictimai qurumlardan, müxtəlif təşkilatlardan, 25 siyasi partiyadan 702 nümayəndə və 844 qonaq ilə təmsil olunmuşdur. Dünya azərbaycanlılarının I qurul­tayı xaricdə soydaşlarımızın ümu­mi məqsəd, vahid ideya ətrafında birləşməsi yolunda böyük addım, gələcəyə istiqamətlənmiş önəmli tədbirlərdən biri kimi yadda qaldı. Xaricdəki həmvətənlərimizlə sis­temli aparılmasını təşkil etmək, soydaşlarımız arasında milli birliyi möhkəmləndirmək məqsədilə xüsusi dövlət qurumunun yara­dılması ideyasının irəli sürülməsi qurultayın əsas qayəsini təşkil edirdi.

 

2002-ci il iyulun 5-də ulu öndər Heydər Əliyev “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haq­qında” Fərman imzaladı. Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi və Xaricdə Yaşa­yan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin təsis olun­ması ilə diaspor quruculuğunun gücləndirilməsi, xarici ölkələrdə yaşayan soydaşlarımızın bir bay­raq altında fəaliyyət göstərməsi yolunda qətiyyətli addım oldu.

 

Bu, bir həqiqətdir ki, Azərbaycana rəhbərlik edənlərin heç biri xaricdə yaşayan soy­daşlarımızın problemlərinin həlli məsələsinə ümummilli lider Heydər Əliyev qədər önəm verməmişdi. Məhz dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu istiqamətdə həyata keçirilən tədbirlər və qəbul edilən qanunvericilik aktları istər daxildə, istərsə də qürbətdə yaşayan soydaşlarımız arasında müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə və gələcəyinə inam yaratdı, onların Vətənlə əlaqələrinin genişləndirilməsi üçün əlverişli şərait yaradıldı.

 

Ölkəmizin diaspor siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə qədəm qoyub, soydaşlarımızın təşkilatlanması, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılma­sı, ölkəmizin təbliği istiqamətində mühüm əhəmiyyətli işlər görülüb. Dövlət başçımızın “Biz həmişə xaricdə yaşayan azərbaycanlıların həyatı, taleyi, işləri ilə maraq­lanırıq. Çalışırıq ki, onlara öz dəstəyimizi verək. İstəyirik ki, onlar olduqları ölkələrdə rahat yaşasınlar, yaxşı mövqe tutsun­lar, onların yaxşı imkanları olsuneyni zamanda, öz doğma Vətəninə də xidmət etsinlər” – fikri bu istiqamətdə qətiyyətli addımla­rın atılmasına rəvac verib.

 

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan diasporunun əldə etdiyi nailiyyətlərin sırasında 2004-cü ilin oktyabrında Moskva­da Azərbaycan və Rusiya prezidentlərinin iştirakı ilə keçirilən Ümumrusiya Azərbaycanlıları Konqresinin II qurultayını, 2006-cı il martın 16-da Bakıda keçirilən Dünya azərbaycanlılarının II qurultayını, 2007-ci il noyabrın 17-19-da Bakıda baş tutan Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayını, 2008-ci il dekab­rın 18-19-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının ic­lasını və 2011-ci ilin 5-6 iyul tarixində Bakıda keçirilən Dünya Azərbaycanlılarının III Qurultayını, 2016-cı ilin 3-4 iyununda keçirilən IV qurultayı və digər tədbirləri qeyd etmək olar. Bu tədbirlərdə əsas məqsəd diaspor qarşısın­da duran vəzifələri müəyyən etmək, Azərbaycan lobbiçiliyi­ni keyfiyyətcə yeni mərhələyə keçirmək, xarici ölkələrdə ya­şayan azərbaycanlıların sosial, mənəvi, iqtisadi fəaliyyətinə və diasporun mütəşəkkil qüvvə kimi təşkilatlanmasına dəstək vermək, ölkəmiz haqqında əsl həqiqətlərin olduğu kimi çatdırılmasına maddi və mənəvi dəstək vermək olub.

 

Bu gün ölkəmizin maraqla­rına xidmət edən lobbi qurucu­luğu istiqamətindəki fəaliyyətin uğurlarında, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin təbliği işində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əvəzedilməz xidmətləri xüsusi qeyd edilməlidir. Mehriban xanımın rəhbərliyi və təşəbbüsü ilə Heydər Əliyev Fon­dunun həyata keçirdiyi humanitar layihələr müxtəlif beynəlxalq təşkilatlarda, ayrı-ayrı dövlətlərdə və dini icmalarda ölkəmiz haqqın­da müsbət imicin formalaşdırılma­sına böyük təsir göstərib. Məhz bu layihələrin köməyi ilə ölkəmiz barədə həqiqətlər daha geniş yayılıb, Ermənistanın işğalçılıq siyasəti nəticəsində xalqımızın üzləşdiyi problemlər barəsində ətraflı məlumatlar yayılıb və nəticədə soydaşlarımızın yaşadıq­ları ölkələrdə lobbi quruculuğuna münbit zəmin yaranıb.

 

Dövlət başçımızın həyata keçirdiyi uğurlu daxilixari­ci siyasət sayəsində bu gün xaricdə yaşayan soydaşlarımızın fəaliyyəti, diaspor təşkilatlarının koordinasiyası dövrün tələblərinə uyğun qurulur.

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti  2020.- 29 dekabr.- S.5.