Qalibiyyət lideri

 

XX əsrin 20-ci ilini başa vurmaqdayıq. İl sonlarında, Dünya Azərbaycanlılarının Həmrəylik GünüYeni il münasibəti ilə bir-birimizi təbrik edərkən işlətdiyimiz cümlələr 30 ilə yaxındır ki, eyni məzmunlu olurdu:Arzu edirəm, gələn bayramı, Yeni ili Şuşada qarşılayaq!” Bu il həmin arzumuz çin olub, inamımız doğrulub. Bu inamı bizə bəxş edən müzəffər Ali Baş Komanda­nımız başda olmaqla Azərbaycan Silahlı Qüvvələridir!

 

Cənab Ali Baş Komandana çox minnətdarıq! Uzun illərin həsrətinə son qoyuldu. Xalqın inamı özünə qaytarıldı. Generallarımız, zabitlərimiz, əsgərlərimiz, məcburi köçkünlərimiz, ev- eşiyi dağılmış mülki əhali – bir sözlə, qədirbilən xalqımız İlham Əliyevin dövlət və siyasət xadimi, ölkə rəhbəri olaraq, necə gərgin işlədiyini Vətən müharibəsində bir daha gör­dü. Cənab Prezidentin, xüsusilə, şəhid ailələri, yaralı hərbçilərimizlə bağlı diqqət-qayğısı bir örnək təşkil edir. İlham Əliyevin dövlət idarəetmə məktəbi, ustad diplomatiya dərsləri, dövlət-xalq birliyinin təntənəsini yaşat­ması 44 gün ərzində, xüsusilə, parlaq şəkildə özünü göstərdi.

 

44 günü niyə qabardıram?

 

Birincisi, ona görə ki, o, 44 gündə əldə etdiyimiz uğura gələn yol var­dı. İllərin zəhməti vardı o möhtəşəm günlərdə. Məqsədyönlü siyasətin, o cümlədən, iqtisadi siyasətin, beynəlxalq siyasətin, ordu quruculu­ğunun, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinin nəticələri iştirak edib 44 günlük Vətən müharibəsində...

 

İkincisi, biz o günlərdə verdiyimiz mücadilə nəticəsində böyük bir tarixi sınaqdan keçdik və zəfər qazandıq.

 

Üçüncüsü, dünyanın düz vaxtı qərar qəbul edib, rəhbərlik etməklə, müharibə dövründə dövlətə rəhbərlik etmək eyni tutula bilməz.

 

Dördüncüsü, 44 gün 44 gü­nün özündə qalmayıb, öz nəticələri ilə böyük sabahımızı şəkilləndirir, bu günümüzdə iştirak edir, həm də gələcəyimizdə iştirak edəcək. Demək, əldə edilmiş nəticələrin qo­runması, uğurların davaminkişaf etdirilməsi əsas mövzudur. Və bütün bu amillərdən danışarkən, məhz Ali Baş Komandanın titanik səylərini minnətdarlıqla vurğulayırıq. Xalqa müraciətlər, “twit”lər, xarici media orqanlarına hər biri bir hadisə kimi müsahibələr, diplomatik görüşlər, say­sız-hesabsız telefon zəngləri və s...

 

Bizim nəsil 44 gün müddətində 44 ilin miqyasında hadisələrin şahidi, işti­rakçısı oldu. Bu günləri bizə yaşadan Tanrımıza şükürlər olsun!

 

Çəkinmədən deyirik, dövlətə İlham Əliyev kimi dünya miqyaslı siyasi və dövlət xadiminin başçılıq etməsi, hərb meydanında da, siyasi-diplomatik meydanda da qələbələrimizin rəhnidir, özüdür. Dost da, düşmən də bir daha gördü ki, Azərbaycanın müstəqil xarici siyasəti var. Ölkəmizin beynəlxalq münasibətlər sisteminin layiqlinüfuzlu üzvünə çevrilməsi tarixi gerçəklikdir, qəbul edilməli, hesablaşıl­malı həqiqətdir!

 

Cənab İlham Əliyevin prezident­liyi dövrünə aid, dövlət başçısının fəaliyyətinin elmi-nəzəri, konseptual təhlili zaman-zaman, ayrı-ayrı alimlər, araşdırmaçılar tərəfindən işlənib. İnanıram ki, bundan sonra yazılacaq əsərlər, indiyədək formalaşdırılmış nəzəri bazaya da əsaslanaraq, Vətən müharibəsindəki zəfərimizlə daha da zənginləşəcək.

 

Necə çətin dövrlərdə necə düz­gün qərarlar verilib? – Gələcəyin Azərbaycanında xoşbəxt nəsillər oxusun, öyrənsin, qürur duysun. Bu, bir dövlətçilik irsi kimi gələcək nəsillərə ünvanlanmalıdır.

 

Cənab İlham Əliyev bir dövlət və siyasət xadimi olaraq, əcdadımızın şanlı keçmişini, milli qürurumuzu bütün kəsafətlərə, gərginliklərə, üzüntülərə baxmayaraq, inam, qətiyyət və prinsi­piallıqla gələcəyə daşıyır. Bu, özünə inam, xalqına inam, öz qəlbində xalqı­na, Vətəninə bəslədiyi duyğulara inamo duyğuları ən mürəkkəb şəraitdə belə əməli müstəvi üzərində ustalıqla təcəlla etdirməkdən keçir! Gələcək nəsillərə güclü Azərbaycan dövləti miras qoymaq amalına sahib olmaq! Cənab Prezidentin tarixi uğurunun sirri buradadır, məncə.

 

Prezident İlham Əliyev öz qarşısına strateji hədəflər qoyano hədəflərə necə, nə vaxtadək, kiminlə çatmaq pla­nında alternativlərin ən yaxşısını seçən liderdir. O, çağdaş tələblərə cavab verən, rəqabətə davamlı iqtisadi siste­min yaradıcısıdır. Məhz İlham Əliyevin məqsədyönlü siyasəti ilə respublikamız yeni infrastruktur layihələrin meydanı oldu, ölkəmizdə yeni iqtisadi, sosial, mədəni infrastruktur formalaşdırıldı. Çağdaş dövlət və vətəndaş cəmiyyəti quruculuğu, cəmiyyət yaşamının bütün sahələrini əhatə edən islahatlar... İlham Əliyevin adı ilə bağlıdır.

 

Prezidentin özünün dediyi kimi, “Həyata keçirilən siyasətin mərkəzində insan amilidurur. Dövlət başçımızın siyasətində humanizm prinsipinin, multikulturalizm ənənəsinin inki­şaf etdirilməsi, eləcə də, güclü milli birlik və vətəndaş həmrəyliyi xüsusi istiqamət təşkil edir.

 

Beləliklə, Prezident İlham Əliyev hələ 17 il öncə qarşıya qoyduğu, bəyan etdiyi strateji hədəflərə nail olunması üçün bütün sferalarda uğur qazanıb. Bura istər beynəlxalq miq­yasda, istərsə ölkə daxilində görülmüş məqsədyönlü, ardıcıl siyasət, bir sözlə, “güclü dövlət” konsepsiyası daxildir.

 

İlham Əliyev qurucu, birləşdirici, xalqın istək və arzularını həyata keçirə bilən, dövlətin, xalqın maraqlarını ən ali məqsəd olaraq öz siyasətinin mərkəzinə qoyan, buna görə də, qədirbilən xalqımızın yüksək etimad göstərdiyi, etibar etdiyi liderdir.

 

Azərbaycan Prezidenti məhz praqmatik siyasətçidir: Prezidentin siyasətini təhlil edən yerlixari­ci mütəxəssislərin də vurğuladığı kimi, o, hadisələri, prosesləri dəqiq qiymətləndirir, önəmli məsələlərin elmi cəhətdən əsaslandırılmış həlli yollarını təqdim edir, verdiyi vədləri gerçəkləşdirir. 44 günlük Vətən müharibəsində olduğu kimi!

 

Heç təsadüfi deyil ki, Preziden­tin Ermənistan haqqında təhlilləri, uğursuz dövlətin “gələcəyi” haqqında proqnozları indi erməni cəmiyyətinin əsas müzakirə mövzularındandır. O cəmiyyət ki, öz siyasi-hərbi rəhbərliyi tərəfindən illərlə qəflət yuxusuna veril­mişdi... Artıq kimsə daşları ətəyindən töksün, kimsə daşları ətəyinə yığsın, bizim üçün fərq etməz. Azərbaycanın uğur qatarı kəsafətləri yara-yara irəliləyir, daha da irəliləyəcək! Hər kəs öz gələcəyini özü müəyyənləşdirir – şəxs olaraq da, xalq olaraq da, dövlət olaraq da...

 

Dövlətimiz var olsun!

 

İndi bütün dünya azərbaycanlıları, Azərbaycan dostları hamımız birbi­rimizi işğalçı düşmən üzərində tarixi zəfər münasibəti ilə təbrik edir, sevin­cimizi bölüşürük. Bu zəfərin memarı, müzəffər Ali Baş Komandanımızı bir daha tarixi qələbə və doğum günü münasibəti ilə ürəkdən təbrik edir, ən xoş diləklərimi yetirirəm!

 

Sizinlə qürur duyuruq, cənab Prezident!

 

Qənirə PAŞAYEVA,Milli Məclisin Mədəniyyət komitəsinin sədri

 

Xalq qəzeti 2020.- 30 dekabr.-S.4.