Azərbaycanın beynəlxalq aləmdə mövqeyi getdikcə möhkəmlənir

 

Bu gün Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan, beynəlxalq aləmdə böyük nüfuza malik olan bir ölkədir. Bizimlə əməkdaşlıq edən ölkələrin sayı daim artır. Biz dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasına iki dəfə sədrlik etmişik. Biz bütün digər aparıcı beynəlxalq təşkilatlarla çox sıx əməkdaşlıq edirik. Azərbaycan bütün dünyada etibarlı tərəfdaş kimi tanınır, mötəbər beynəlxalq tədbirlərə evsahibliyi edirbuna görə də ölkəmizə böyük hörmət və rəğbətlə yanaşırlar.

 

İlham ƏLİYEV

 

Azərbaycan Respublikasının Prezidenti

 

Rusiyanın məşhur “Vedomosti” nəşrinin altı no­minasiya üzrə ilin personası ilə bağlı illik xüsusi layihəsinin nəticələrinə görə, Azərbaycan Respubli­kasının Prezidenti İlham Əliyev nəşrin oxucuları arasında­kı səsvermədə “İlin siyasətçisi” seçilib. Nəşr yazır: “İlham Əliyevi haqlı olaraq ordusu 2020-ci ildə inamlı hərbi qələbə qazanan, region miqyasına görə isə əsl triumf əldə edən yeganə lider adlandırmaq olar”.

 

Nəzərə alsaq ki, “İlin siyasətçiləri” nominasiyasının namizədləri siyahısında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Belarus Prezidenti Aleksandr Luka­şenko kimi dünyada tanınmış ölkə başçıları olub, onların sırasından möhtərəm Prezidentimizin daha çox səs toplaması böyük uğurdur. Necə deyərlər, Qələbə ardınca, Qələbə! Azərbaycan Ordusunun işğalçı Ermənistan üzərindəki tarixi Qələbənin sevincini hələ də yaşa­dığımız bir vaxtda dövlət başçımı­zın “İlin siyasətçisi” elan olunması sevincimizin üzərinə daha bir sevinc gətirdi.

 

Təbii ki, bu uğur bu günün, dünənin naliyyətlərinin yox, ötən illərin düşünülmüş və məqsədyönlü siyasətin, ölkəmizin həyatında əsaslı dönüş yaradan islahatların, daxilixarici siyasətdə qaza­nılan uğurların, eyni zamanda, Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi, ərazi bütövlüyü­nün təmin olunması istiqamətində atılan qətiyyətli addımların məntiqi nəticəsidir. Cəmi 29 illik müstəqillik tarixi olan bir ölkənin ordusunun dünyanın 50 ən güclülərindən biri ol­ması beynəlxalq aləmin diqqətindən yayına bilməzdi.

 

Azərbaycan XXI əsrdə Zəfər paradı keçirən ilk və yeganə dövlətdir. 30 ilə yaxın davam edən Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini dünyanın ən reytinqli təşkilatları həll edə bilmədikləri halda, Prezident İlham Əliyev rəşadətli ordumuzun gücü ilə 44 gün ərzində icra etdi. Xatırladaq ki, bu il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin imzaladıqları birgə bəyanat Ermənistanın kapitulyasi­yası, ölkəmizin isə tarixi qələbəsidir. Döyüş meydanında darmadağın edildiyini görən Ermənistanın siyasi və hərbi rəhbərliyinin Prezident İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı. Dövlətimizin başçısı dəfələrlə, o cümlədən dünyanın apa­rıcı kütləvi informasiya vasitələrinə müsahibələrində də bəyan etmişdi ki, Ermənistan qoşunların çıxarıl­ması barədə öz üzərinə öhdəlik götürdüyü halda, hərbi əməliyyatlar dayandırılacaq. Elə də oldu. İşğalçı ölkə rəhbərliyi şərtləri qəbul etdi və Azərbaycan müstəqillik tarixində əbədi iz qoydu. Bu Qələbə ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu daha da artırdı. Dünya ictimaiyyətinə də bəlli oldu ki, beynəlxalq aləmin ən reytinqli təşkilatlarının 30 il ərzində həll edə bilmədikləri problemi Prezi­dent İlham Əliyev həll etdi.

 

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə son qoyulması, işğal olunmuş ərazilərimizin azad edilməsi və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyüsu­verenliyinin bərpa edilməsi dövlət başçımızın həyata keçirdiyi uğurlu daxilixarici siyasətin prioriteti­dir. Dünyanın müxtəlif ölkələrindən möhtərəm Prezidentimizə ünvan­lanmış təbrik məktubları, həmçinin beynəlxalq miqyaslı aparıcı kütləvi informasiya vasitələrində dərc olunan məqalələr də təsdiqləyir ki, ölkəmizin ərazi bütövlüyüsuverenliyinin təmin olunması, münaqişənin məhz hərbi yolla həlli qətiyyətlə dəstəklənir.

 

Dekabrın 10- da Bakıda Azadlıq meydanında keçirilən Zəfər paradı Azərbaycan Ordusunun gücünü, qüdrətini bütün dünyaya nümayiş etdirdi. Həmin paradda diqqət çəkən məqamlardan biri də 44 günlük Vətən müharibəsində Ermənistan ordusundan qənimət kimi götü­rülmüş silah-sursatın nümayişi oldu. Bu, fakt bir daha təsdiqlədi ki, işğalçı ölkə Azərbaycan Ordu­su ilə müqayisədə qat-qat zəifdir. Bu Qələbə Azərbaycanın dünya birliyindəki reytinqini daha da yüksəltdi. Bu tarixi Qələbədə dünya ictimaiyyətinin ölkəmizə dəstək verməsi Ermənistanın işğalçı siyasətindən əl çəkməməsinin beynəlxalq aləmi də təngə gətirməsindən xəbər verir.

 

Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun səbəbləri beynəlxalq aləmə bəlli idi. Ancaq dünyada mövcud olan ikili standartlar və digər səbəblər münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə problem yaradırdı. Dövlət başçı­mızın həyata keçirdiyi uğurlu xarici siyasət Ermənistanı dünyada işğal­çı, Azərbaycanı isə sülh tərəfdarı kimi tanıtmışdı. Ölkəmizin iqtisadi gücü, haqq tərəfdarı olması Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq hüquq normalarını əsas götürməsi hər kəsə aydın idi. Bu gün Azərbaycan iqtisadi gücünə görə, Ermənistandan qat-qat güclü dövlətdir. Respublikamızın beynəlxalq təşkilatlarla əlaqələrinin genişlənməsi, dünya birliyindəki nüfuzunun artması, beynəlxalq maliyyə qurumlarının Azərbaycanın iqtisadi baxımdan reytinqinin ildən-ilə yüksəlməsi barədə rəyləri, təbii ki, erməni lobbisini, Ermənistanı və havadarlarını çox narahat edirdi. Bununla yanaşı, dövlət başçımızın iştirakı ilə ikitərəfli və çoxtərəfli danı­şıqlarda, qəbul olunmuş sənədlərdə Ermənistanın təcavüzkarlığı getdikcə daha çox dövlət tərəfindən etiraf olunurdu.

 

Azərbaycanın iqtisadi qüdrətinin artması, ordu qurculuğunda həyata keçirilən tədbirlər, iri infrasrtuktur layihələrin reallaşdırılmasında qazanılan təcrübə Ermənistanı iqtisadi cəhətdən taqətdən sal­maq istiqamətindəki vəzifənin yerinə yetirilməsində böyük təsir göstərmişdi. Düşmənlə üz-üzə dayanmaq, döyüşmək, onu məğlub etmək, təkcə hərbi cəbhədə deyil, diplomatiyainformasiya sahələrində də zəruridir. Dövlət baş­çımızın bu sahədəki qələbələri də Ermənistanın 30 illik işğal siyasətini dayandırdı.

 

Xarici siyasətdə əldə edilən uğurlar, ölkəmizlə əməkdaşlıq etmək istəyən ölkələrin çoxalması, həmçinin xarici dövlətlərin ictimai rəyinə təsir imkanlarının artması, Azərbaycanın dünya birliyindəki rey­tinqini getdikcə artırdı. Artıq nüfuzlu beynəlxalq təşkilatlar öz tədbirlərini Azərbaycanda keçirməyə üstünlük verirlər. Bu, həm də respublikamızın dünyada sabit ölkə kimi tanınması­nın göstəricisi idi.

 

Son 17 il ərzində Azərbaycanda bütün sahələr üzrə sürətli inkişaf dövrü yaşanır. Ölkəmizin beynəlxalq nüfuzu yüksək dərəcədə artmış­dır. Bu gün Azərbaycan Ordusu dünyanın 50 ən güclülərindəndir. Beynəlxalq təşkilatlarla əməkdaşlıq, nüfuzlu qurumlara sədrlik etmək və bu müddət ərzində qarşıya qoyulmuş vəzfələrin uğurlu icrası ölkəmizin beynəlxalq aləmdəki mövqeyini daha da möhkəmləndirib. Bu gün Azərbaycan dünya miqya­sında çox böyük hörmətə layiq ölkə kimi öz fəaliyyətini davam etdirir . Qoşulmama Hərəkatının Bakıda ke­çirilmiş Zirvə görüşü bunu bir daha təsdiqlədi. Azərbaycanın Qoşulma­ma Hərəkatına üzv olduqdan cəmi 8 il sonra belə mötəbər bir təşkilatın çox mühüm beynəlxalq tədbirinə ev­sahibliyi etməsi ölkəmizin müstəqillik tarixində böyük əhəmiyyət kəsb edir.

 

Biz BMT-dən sonra dünya miqyasında ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatına sədrlik edirik və 2022-ci ilədək bunu davam etdirəcəyik. Bu, 120 ölkənin rəyi əsasında yekdil qərarla əldə edilib. Deməli, dünya birliyinin ən azı üçdəiki hissəsi Azərbaycanı dəstəkləyir və bizim siyasətimizi bəyənir. Həmçinin, ölkəmizin bu nəhəng təşkilata sədrlik etmək kimi statusa malik olması da, Azərbaycanın etibarlı tərəfdaş mövqeyini daha da gücləndirəcək, ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf etdirilməsi baxımından mühüm dividendlər qazandıra­caq. Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etməsi ölkəmizin dünya birliyində qazandığı böyük nüfuzunun göstəricisidir.

 

Prezident İlham Əliyev QH-də sədrlik dövrü üçün əsas prioritetlərimizi də açıqlayıb və qeyd edib ki, bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı maraqla­rın qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən Bandunq prinsipləri Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşür. Dövlətimizin başçısı Azərbaycanın Qoşulma­ma Hərəkatına sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini prinsipləri üzərində quracağını, ölkəmizin QH-nın beynəlxalq münasibətlər sistemindəki rolununüfuzunu daha da yüksəltmək, dünyada sülhü və təhlükəsizliyi möhkəmləndirmək və dayanıqlı inkişafa və ədalətin təmin olunması üçün var gücü ilə çalışacağını qeyd edib.

 

Xatırladaq ki, Qoşulmama Hərəkatının üzvləri bloklara qoşul­mayan, öz ərazisində xarici hərbi baza yerləşdirməyən, beynəlxalq münasibətlər sistemində möv­cud olan münaqişələrin sülh yolu ilə həll olunmasına dair möv­qe ortaya qoyan bir hərəkatdır. Bu hərəkat üzv dövlətlərin milli müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyinin qorunması çərçivəsində imperi­alizm, müstəmləkəçilik və post-müstəmləkəçilik, irqçilik və hər hansı xarici müdaxilə, zorakı kənar təsir və təzyiq, eləcə böyük güclərin münaqişə zəminində yaratdıqları ço­xüzvlü hərbi və siyasi bloklara qarşı formalaşıb. Ərazi bütövlüyümüzün dəstəklənməsi üçün ölkəmizin digər dövlətlərin suverenliyi və ərazi bütövlüyünə, onların beynəlxalq sərhədlərinin toxunulmazlığına hörmət prinsiplərinə ciddi riayət edən bu nüfuzlu qurumda iştirak Ermənistan --Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində haqlı möv­qeyimizin üzv dövlətlərin diqqətinə çatdırılması baxımından da çox əhəmiyyətlidir.

 

Yekun sənədə, ilk dəfə olaraq, yeni bənd daxil edildi. Bu bənddə dövlət və hökumət başçıları güc yolu ilə ərazilərin zəbt edilməsinin yolverilməzliyini vurğulayır və təsdiq edirlər ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğal edilməsi nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq, bu ərazilərdə iqtisadi fəaliyyətlər də daxil olmaqla, bu cür vəziyyətin saxlanması üçün hər hansı kömək göstərməyəcək. Burada bilavasitə işğalçı ifadəsindən istifadə olunur. Bu, Ermənistanın 120 dünya dövləti tərəfindən işğalçı kimi tanınması deməkdir.

 

Həmin sənəddə diqqət çəkən məqaqmlardan biri də dövlət və hökumət başçılarının nasist hərəkatının, neo-nasizminVaffen SS təşkilatının keçmiş üzvlərinin, onlara abidə və heykəllərin ucadılması, nasist keçmişi, na­sist hərəkatı və neo-nasizmin qəhrəmanlaşdırılması naminə icti­mai nümayişlərin keçirilməsi, eləcə də anti - hitler koalisiyasına qarşı döyüşmüşnasist hərəkatının iştirakçıları ilə birliyi etmiş şəxslərin milli azadlıq hərəkatının iştirakçıları kimi qələmə verilməsidir. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin MDB Dövlət başçıları Şurasının Aşqabadda keçirilmiş sammitində Ermənistanda Qare­gin Njdenin qəhrəmanlaşdırılması ilə bağlı səsləndirdiyi tezislərə beynəlxalq səviyyədə verilən dəstəyin göstəricisi idi.

 

Yekunda qəbul olunmuş Bakı Bəyannaməsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi səylərinə ciddi dəstək ifadə olunub: Biz dövlət və hökumət başçıları Azərbaycanın müstəqilliyi, su­verenliyi və ərazi bütövlüyünə möhkəm dəstəyimizi ifadə edirik və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə bağlı səyləri ilə həmrəyliyimizi ifadə edirik”.

 

Bu gün Azərbaycanın beynəlxalq münasibətlər sistemində güclü ölkə olması, nüfuzunun ilbəil artması tanınmış ictimai-siyasi xadimlər tətəfindən də etiraf olunur. Artıq Azərbaycan dünyada qalib, öz haqq işi uğrunda sona qədər mübarizə aparan ədalətli dövlət kimi qəbul olunur. Regionun lider dövləti kimi, baş verən istənilən məsələ ilə əlaqədar ölkəmizin maraqları nəzərə alınır. Dünyanın başı üzərini koronavirus pandemiyası alan zaman dövlət başçımızın təşəbbüsü ilə Türk Şurasının və Qoşulmama Hərəkatının təmas qrupu formatında videokonfrans şəklində COVID-19 pandemiyasına həsr olunmuş zirvə görüşlərinin keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir. Əslində, Azərbaycan bu təşəbbüslə çıxış edib problemi qlobal səviyyədə müzakirəyə çıxar­maqla bir daha dünya üçün nümunə oldu.

 

Prezident İlham Əliyev COVID-19 pandemiyasına qarşı mübarizədə qlobal liderlik missiya­sını uğurla həyata keçirir. Dövlət başçısının bu mübarizədə həmrəylik nümayiş etdirmək məqsədilə BMT Baş Assambleyasının xüsusi sessi­yasının çağırılması təşəbbüsü dün­yanın 130-dan çox ölkəsi tərəfindən dəstəkləndi və xüsusi sessiya keçirildi. Həmin sessiyada dövlət başçımızın çıxışı böyük maraqla dinlənildi. Bu, möhtərəm Preziden­timizin beynəlxalq miqyasda xüsusi liderlik qabiliyyətinə malik şəxsiyyət kimi qəbul olunduğunu, ölkəmizin dünya birliyində reytinqinin getdikcə yüksəldiyini bir daha təsdiqlədi.

 

Azərbaycanın beynəlxalq aləmdə nüfuzu getdikcə artmaqda­dır. Bu nüfuzun qazanılması qalib ölkənin fateh sərkərdəsi – Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasətin nəticəsidir. Rusiyanın “Vedomosti” nəşrinin seçimi bunun bir daha təsdiqidir.

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti 2020.- 30 dekabr.- S.3.