Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2017-ci il
4 dekabr tarixli 527
nömrəli Qərarı ilə təsdiq edilmiş
“Elmi Tədqiqatların Əlaqələndirilməsi
Şurası haqqında Əsasnamə”də dəyişiklik
edilməsi barədə
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı
¹ 23 Bakı şəhəri, 30 yanvar 2020-ci il
“Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli 1009 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 4 dekabr tarixli 527 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 12 (II kitab), maddə 2475) ilə təsdiq edilmiş “Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası haqqında Əsasnamə”nin 5.1-ci bəndində “15” rəqəmləri “26” rəqəmləri ilə əvəz edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri
Xalq qəzeti 2020.- 1 fevral.- S.5.