“Ali təhsilin
magistratura səviyyəsi üzrə
ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın, “Rezidenturada həkim-mütəxəssis
hazırlığı aparılan ixtisasların Təsnifatı”nın
və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin
qüvvədən düşmüş bəzi
qərarlarının Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli
Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı
¹ 26 Bakı şəhəri, 30 yanvar 2020-ci il
“Təhsil
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5
sentyabr tarixli 156 nömrəli Fərmanına əsasən, Azərbaycan
Respublikası Təhsil Nazirliyinin təklifini nəzərə
alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara
alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 6, maddə 568; 2012, ¹ 4, maddə 388, ¹ 5, maddə 492; 2013, ¹ 3, maddə 331, ¹ 8, maddə 1003; 2015, ¹ 6, maddə 787; 2016, ¹ 3, maddə 620; 2017, ¹ 2, maddə 289, ¹ 3, maddə 492, ¹ 9, maddə 1735; 2018, ¹ 2, maddə 359; 2019, ¹ 3, maddə 537, ¹ 5, maddə 951) ilə təsdiq edilmiş “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda aşağıdakı dəyişikliklər edilsin:
1. “5. Təbiət ixtisasları qrupu” bölməsinin “060509 Kompüter elmləri” ixtisasına “- Kompüter riyaziyyatı” sətrindən sonra “- Dövlət informasiya sistemlərinin təhlükəsizliyi” və “- Rəqəmsal hökumət” sətirləri əlavə edilsin.
2. “6. Texniki və texnoloji ixtisaslar qrupu” bölməsinin “060606 Neft-qaz mühəndisliyi” ixtisasına “- Yatağın qiymətləndirilməsi və idarə olunması” sətrindən sonra “- Neft-qaz çıxarmada nanotexnologiya” sətri, “060629 Mexatronika və robototexnika mühəndisliyi” ixtisasına “- Kompüterləşdirilmiş inteqrallaşdırılmış istehsalat” sətrindən sonra “- Süni intellekt” sətri və “060640 Geodeziya və xəritəçilik mühəndisliyi” ixtisasına “- Xəritəçilik” sətrindən sonra “- Məsafədən müşahidə” sətri əlavə edilsin.
3. “8. Səhiyyə, rifah və xidmət ixtisasları qrupu” bölməsinin “060801 Əczaçılıq” ixtisasına “- Əczaçılığın təşkili” sətrindən sonra “- Dərman preparatlarının keyfiyyətinin təminatı” sətri əlavə edilsin.
Əli Əsədov
Azərbaycan
Respublikasının Baş Naziri
Xalq qəzeti 2020.- 1 fevral.- S.5.