Azərbaycanın xarici iqtisadi əlaqələrində yeni mərhələ 

Azərbaycanın beynəlxalq ­nüfuzu, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı getdikcə ­artır. Azərbaycan dünyada, beynəlxalq ­arenada özünü ­etibarlı tərəfdaş və ­etibarlı dost kimi təsdiq edə bilmişdir.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Son 16 ildə Azərbaycanın iqtisadi ­potensialının güclənməsi, reallaşdırılan diversifikasiya siyasəti, müasir texnologiyalara əsaslanan və rəqabətqabiliyyətli məhsul istehsal edən yüzlərlə müəssisənin fəaliyyətə başlaması təbii ki, ölkəmizin xarici iqtisadi əlaqələrində də müsbət meyillərə təkan verib. Belə ki, xarici iqtisadi əlaqələrin coğrafiyası genişlənib, ticarətin əmtəə ­strukturu təkmilləşib.

Azərbaycanın xarici iqtisadi əlaqələrinin genişlənməsində önəmli rol oynayan məsələlərdən biri də respublikamızın nəqliyyat infras­trukturunun müasir dünya standartlarına uyğunlaşdırılması, tranzit potensialının daha da artırılması ilə bağlıdır. Elə buna görə də həyata keçirilən tədbirlər və qlobal miqyaslı təşəbbüslər ölkəmizin sosial-iqtisadi inkişafına əsaslı töhfə verməklə, Azərbaycanı mühüm nəqliyyat qovşağına və dəhlizlərin keçdiyi məkana çevirib.

Son illər ərzində ölkəmizdə nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı irimiqyaslı layihələr həyata keçirilib, bu sahəyə böyük həcmli dövlət investisiyaları yönəldilib. Avtomobil yollarının və dəmir yolu xətlərinin, xüsusilə Gürcüstan, Rusiyaİran istiqamətində ölkə ərazisindən keçən magistral yolların beynəlxalq standartlar əsasında yenidən qurulması, Bakıda və regionlarda beynəlxalq hava limanlarının, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində gerçəkləşdirilən layihələr Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafında əhəmiyyətli rol oynamaqla yanaşı, ölkəmizin tranzit potensialını daha da gücləndirib.

Nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən və əlverişli geostrateji mövqeyə malik olan Azərbaycanda nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində son illər görülən işlər xüsusilə vurğulanmalıdır. Şərq-Qərb nəqliyyat dəhlizi Çinlə Avropa arasındakı ən qısa marşrut olduğundan, tranzit və yükdaşıma baxımından səmərəlidir. Orta hesabla 5400 kilometr uzunluğunda olan Şərq-Qərb nəqliyyat dəhlizinin tranzit müddəti 15 gündür. Əhəmiyyətinə görə “Dəmir İpək yolu” adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsindən sonra isə dəhliz quru xətlə birbaşa Avropaya çıxış imkanı yaradıb.

Azərbaycanda, həmçinin alternativ dəhlizlərdən üstünlüyü ilə seçilən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı ilə bağlı mühüm işlər görülüb. Bu nəqliyyat dəhlizinin önəmli həlqələrindən olan Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi, eləcə də Azərbaycan və İran sərhədində dəmir yolu məntəqələrinin birləşməsi üzrə nəzərdə tutulan inşaat işləri ölkəmiz tərəfindən sürətlə icra edilib.

 

Sözügedən dövrdə beynəlxalq və regional təşkilatlarla aparılan ardıcıl Azərbaycanın xarici iqtisadi əlaqələrinin genişlənməsinə müsbət təsir göstərib. Nəticədə ötən müddət ərzində Azərbaycanın BMT və onun qurumları, Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, eləcə də Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı və s. kimi nüfuzlu beynəlxalq institutlarla əlaqələri daha da möhkəmlənib.

Respublikamızın xarici iqtisadi əlaqələrinin mühüm tərkib hissəsi olan ticarət fəaliyyətini tənzimləyən qanunvericilik də təkmilləşdirilib, mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanan yeni Gömrük Məcəlləsi, “Gömrük tarifi haqqında”, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktlar qəbul edilib.

Azərbaycanın xarici ticarət sahəsindəki uğurunun bəzi səbəbləri Dünya Bankı tərəfindən hazırlanan “Doing Business-2019” hesabatında aydın şəkildə ifadə edilib. Burada ticarət sahəsi üzrə ölkəmizdə ciddi islahatlar aparıldığı, həmin islahatlar sayəsində xarici ticarət təşkilatları üçün daha əlverişli biznes mühitinin formalaşdığı, gömrük nəzarəti və rəsmiləşdirilməsinin daha operativ, şəffaf tətbiq olunması ilə fiziki gömrük yoxlamalarının minimuma endiyi, biznesin dövlət tənzimləmə mexanizminin səmərəliliyinin artdığı, mövcud resurslardan daha optimal yararlandığı diqqətə çatdırılıb.

Statistik göstəricilər də xarici ticarət sahəsindəki uğurları aydın ifadə edir. Son 16 ildə görülmüş tədbirlər nəticəsində Azərbaycanın xarici ticarət tərəfdaşlarının sayı 1,5 dəfə artıb. Bu dövrdə ixrac 5,3 dəfə, o cümlədən, qeyri-neft ixracı 4,1 dəfə, ixrac məhsullarının çeşidi 2,6 dəfə yüksəlib.

Siyasimakroiqtisadi sabitlik, investorların hüquqlarının etibarlı qorunması, əlverişli coğrafi mövqe, zəngin təbii ehtiyatlar, yüksək ixtisaslı işçi qüvvəsi Azərbaycanı xarici investisiyalar üçün cəlbedici ölkəyə çevirməklə bərabər, ticarət əməkdaşlığına da müsbət təsir göstərib. Xatırladaq ki, bugünədək Azərbaycan Respublikası hökuməti ilə xarici dövlətlər arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında 50-yə yaxın saziş imzalanıb.

Azərbaycanın ixrac potensialı da gücləndirilib. İdxaldan asılılığın azaldılması, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi qeyri-neft məhsulları ixracının genişləndirilməsi dövlət başçısının sosial-iqtisadi siyasətinin prioritetləri kimi qəbul edilib.

Bütün bunlar hökumətin ölkədə investisiya fəaliyyətinin genişləndirilməsini, biznes mühitinin yaxşılaşdırılmasını, sənaye istehsalının artırılmasını qeyri-neft sektorunun inkişaf etdirilməsini daim diqqətdə saxlamasından xəbər verir. Bununla bağlı qarşıya qoyulan əsas hədəflər isə sahibkarların ixrac potensialının gücləndirilməsi, potensial tərəfdaşların tapılması birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsidir. Məhz bunun nəticəsidir ki, bu gün ölkədə qeyri-neft sektorunun şaxələndirilməsi, qeyri-neft sənayesinin inkişafı, Azərbaycan məhsullarının ixrac coğrafiyasının genişləndirilməsi məqsədilə intensiv tədbirlər həyata keçirilir, xarici ölkələrə ardıcıl olaraq ixrac missiyaları təşkil edilir, nüfuzlu beynəlxalq sərgilərdə Azərbaycan şirkətlərinin iştirakı təmin olunur. Qeyri-neft ixracının stimullaşdırılması, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə indiyədək xarici ölkələrə 29 ixrac missiyası, o cümlədən bu ilin əvvəlindən 4 xarici ölkəyə (Çin, Polşa, Latviya, Qətər) 5 ixrac missiyası həyata keçirilib. Azərbaycan məhsulları 24 beynəlxalq sərgidə nümayiş olunub. Bu tədbirlər çərçivəsində Azərbaycan məhsullarının ixracına dair razılaşmalar sifarişlər əldə edilir, müqavilələr imzalanır.

Azərbaycanın xarici iqtisadi əlaqələrinin gücləndirilməsi ticarət əməliyyatlarının genişlənməsinə öz müsbət təsirini göstərib. Belə ki, Statistika Komitəsinin məlumatına görə, keçən ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının hüquqifiziki şəxsləri dünyanın 190 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 117 ölkəyə məhsul ixrac olunub, 181 ölkədən isə idxal edilib.

Gömrük orqanlarında qeydiyyatı aparılan, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmayan ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla ötən ilin yanvar-noyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 30 milyard 40,5 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 17 milyard 655,8 milyon dollar, idxalın dəyəri 12 milyard 384,7 milyon dollar olub. Bunun nəticəsində 5 milyard 271,1 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

Onu da xatırladaq ki, 2018-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3,2 faiz artıb, real ifadədə isə 2,2 faiz, o cümlədən idxal 5,6 faiz, ixrac 0,3 faiz azalıb. Bu dövr ərzində ölkədən 1 milyard 781,1 milyon dollar dəyərində qeyri neft-qaz məhsulları ixrac edilib ki, bu da 2018-ci ilin eyni dövrünə nisbətən faktiki qiymətlərlə 16,3 faiz, real ifadədə isə 10,3 faiz çoxdur.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, ixracın 29,6 faizini İtaliyaya, 13,9 faizini Türkiyəyə, 6,6 faizini İsrailə, 5,2 faizini Hindistana, 5,1 faizini Almaniyaya, 4,1 faizini Çinə, 3,8 faizini İspaniyaya, 3,6 faizini Rusiyaya, 3,1 faizini Çexiyaya, hər biri 2,9 faiz olmaqla FransaGürcüstana, 2,6 faizini Birləşmiş Krallığa, 2 faizini Xorvatiyaya, 1,9 faizini Portuqaliyaya, 1,8 faizini Ukraynaya, 10,9 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (34,9 faiz), Türkiyəyə (20,4 faiz), İsveçrəyə (9,2 faiz), Gürcüstana (8,5 faiz), Ukraynaya (2,6 faiz), İtaliyaya (2,2 faiz), Çinə (2 faiz), Yunanıstana (1,9 faiz), İrana (1,3 faiz), Niderlanda (1,3 faiz), Qazaxıstana (1,3 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 16,7 faizi Rusiya, 12 faizi Türkiyə, 9,8 faizi İsveçrə, 9,6 faizi Çin, 5,8 faizi ABŞ, 5,1 faizi Almaniya, 3,5 faizi Ukrayna, 3,4 faizi İran, 3,2 faizi Kanada, 2,7 faizi İtaliya, 2,4 faizi Avstraliya, 1,8 faizi Fransa, 1,7 faizi Birləşmiş Krallıq, hər biri 1,6 faiz olmaqla Qazaxıstan və Yaponiya, 19,1 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

Bütün yuxarıda ­sadalananlar hökumətin ölkədə investisiya fəaliyyətinin genişləndirilməsini, biznes mühitinin yaxşılaşdırılmasını, sənaye istehsalının artırılmasını və qeyri-neft sektorunun inkişaf etdirilməsini daim diqqətdə saxlamasından xəbər verir. Bununla bağlı qarşıya qoyulan əsas hədəflər isə sahibkarların ixrac potensialının gücləndirilməsi, potensial tərəfdaşların tapılması və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsidir.

 

Xalq qəzeti.-2020.-1 fevral.-S.1.