Həyata keçirilən siyasət nəticəsində xalq-iqtidar birliyi getdikcə möhkəmlənir

Bu gün bütün dünyada sabitlik məkanı kimi tanınan Azərbaycan son 16 ildə misilsiz inkişaf yolu keçib, tarixi uğurlara imza atıb. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi daxilixarici siyasət xəttini şəraitin tələblərinə uyğun olaraq yeniləşdirməklə davam etdirən dövlətimizin başçısı respublika həyatının bütün sahələrini əhatə edən bu dinamik inkişafa, hər bir Azərbaycan ailəsinin rifahının yaxşılaşmasına və təhlükəsizliyinin təmin edilməsinə, milli birliyin və həmrəyliyin möhkəmləndirilməsinə nail olub. Hər bir ölkə vətəndaşının və dövlətimizin maraqları ötən il ərzində də dövlət başçısının həyata keçirdiyi siyasətin mərkəzində olub. Bu müddətdə respublikada hərtərəfli dinamik inkişaf, sabitlik və əmin-amanlıq təmin edilib, beynəlxalq mövqelərimiz daha da möhkəmləndirilib. Prezident İlham Əliyevin yeni iqtisadi modelə keçidlə, iqtisadisosial sahədə islahatların aparılacağı ilə bağlı vədləri ardıcıl olaraq yerinə yetirilib. Hər zaman fəaliyyətində xalqın dəstəyinə arxalanan ölkə rəhbəri daim xalq ilə təmasda olub, vətəndaşları narahat edən problemləri birbaşa onların dilindən dinləyib və bu məsələlərin həlli ilə bağlı müvafiq göstərişlər verib.

Fikrimizin təsdiqi olaraq, 2019-cu ildə Azərbaycan Prezidentinin hər zaman xalqının yanında olduğunu, onların problemlərinin həllinə xüsusi həssaslıqla yanaşdığını bir neçə məqamı xatırlatmaqla diqqətə çatdırmaq istərdik. Belə ki, ötən il fevralın 5-i və 6-da baş verən zəlzələ nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında bir sıra fərdi evlərə, sosialinfrastruktur obyektlərinə ciddi ziyan dəymişdi. Hadisədən dərhal sonra dövlətimizin başçısı dağıntı baş verən ərazidə olmuş, vəziyyətlə yerində maraqlanmış, vətəndaşlarla görüşmüş, təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində göstərişlər vermiş, müvafiq sərəncamla Prezidentin Ehtiyat Fondundan vəsait ayırmışdı.

Qısa müddət ərzində fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində işlərə başlanıldı. Təbii fəlakət nəticəsində dağılan bir sıra evlər təxminən bir ay sonra əsaslı şəkildə təmir edilərək dövlətimizin başçısınınBirinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə sahiblərinə təqdim olundu. Əlbəttə bu, Azərbaycan Prezidentinin, dövlətinin öz vətəndaşına göstərdiyi diqqətin bariz nümunəsi idi.

Yaxud, başqa bir misal. Diqlas” ticarət mərkəzində baş verən yanğından dərhal sonra Prezident İlham Əliyevin sədrliyi ilə müşavirənin keçirilməsi, məsələ ilə əlaqədar komissiyanın yaradılması, yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardımın göstərilməsi “İlham Əliyev hər bir azərbaycanlının Prezidentidirfikrinin təsdiqinə çevrildi.

Bir sözlə, son illərdə dövlət başçısının paytaxtda və bölgələrimizdə vətəndaşlarla keçirdiyi səmimi görüşlər, onların qayğıları ilə yaxından maraqlanması, insanların sosial rifahının yaxşılaşdırılması istiqamətində verilən qərarlar ölkəmizdə xalq-iqtidar birliyini daha da möhkəmləndirib, xalqın Prezidentinə olan inamını daha da artırıb. Bir sözlə, bütün bu amillər, həm də Prezidentxalq birliyi konsepsiyasının əsas qayəsini təşkil edib.

Ölkə rəhbəri hər zaman sosial məsələlərin həllinə çox böyük diqqət ayırıb. Təkcə 2019-cu ildə Azərbaycanda 4,2 milyon insanı əhatə edən böyük bir sosial paketin gerçəkləşdirilməsi ilə respublika əhalisinin rifahı xeyli dərəcədə yaxşılaşıb. Minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faiz, bəzi müavinətlər 50 faiz, bəzi müavinətlər 2 dəfə artırılıb. Prezident İlham Əliyevin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” 2020-ci il fevralın 6-da imzaladığı sərəncam pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində növbəti mühüm addım kimi rəğbətlə qarşılanıb.

Xatırladaq ki, sözügedən sərəncamla bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək 16,6 faiz artırılır. Bu, Prezident İlham Əliyevin tapşırığı ilə ötən il sosial ödənişlərin artırılması sahəsində inqilabi addımların atılmasını təmin edən uğurlu sosial islahatların 2020-ci ildə də davam etdiyini göstərir.

Dövlət başçısının rəhbərliyi ilə ötən illərdə uğurla reallaşdırılan sosial-iqtisadi islahatların nəticəsi olaraq respublikamız hazırda qlobal maliyyə, geosiyasiiqtisadi böhrandan uğurla çıxan, özünəməxsus milli inkişaf modelini yaradan dövlətlərdən biri kimi tanınır, adı beynəlxalq aləmdə sosial-iqtisadi göstəriciləri ildən-ilə yüksələn nüfuzlu ölkə kimi çəkilir.

Dövlət Statistika Komitəsinin müvafiq rəqəmləri də bunu aydın göstərir: 2018-ci illə müqayisədə 2019-cu ildə iqtisadi artım 2,2 faiz təşkil edib, o cümlədən, qeyri-neft-qaz sektoru 3,5 faiz, kənd təsərrüfatı 7,2 faiz, qeyri-neft-qaz sənaye məhsulu 14,3 faiz, əhalinin nominal gəlirləri 7,4 faiz artıb.

Son 16 ildə isə ölkəmizdə ümumi daxili məhsul istehsalı 3,4 dəfə, əsas kapitala yönəldilən vəsaitlərin həcmi 2,9 dəfə, dövlət büdcəsinin gəlirləri 20 dəfə, xərcləri 19,8 dəfə, əhalinin nominal gəlirləri 9,9 dəfə, minimum əməkhaqqı 27,8 dəfə, əmək pensiyasının minimum məbləği 10 dəfə artıb, işsizlik səviyyəsi 9,2 faizdən 4,8 faizə, yoxsulluq səviyyəsi 44,7 faizdən 4,8 faizə enib, bu illər ərzində 2 milyon 369 min yeri yaradılıb.

Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində hazırda respublikamızda müasir infrastruktur, istehsalemal müəssisələri yaradılır, yeni yerləri açılır. İlk növbədə, əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasına yönələn bu tədbirlər bir daha təsdiqləyir ki, dövlətimizin başçısının həyata keçirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Son vaxtlar sosial-iqtisadi sahədə aparılan əsaslı islahatlar da Prezident İlham Əliyevin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində reallaşdırılan tədbirlərin davamıdır.

Ötən illər ərzində Azərbaycan texnoloji inkişafa böyük önəm verib və hazırda dünyanın məhdud sayda olan kosmik klubunun üzvüdür, üç peykimiz var. Önəmli nəqliyyat layihələri icra edilib. Bu layihələr, sadəcə olaraq, nəqliyyat layihələri deyil, bu, əməkdaşlıq layihələridir. Çünki nəqliyyat elə bir sahədir ki, qonşu ölkələr və digər bölgə ölkələri bir-birindən asılı olurlar. Azərbaycan açıq dənizlərə çıxışı olmayan bir ölkə kimi artıq beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilib, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycanın ərazisindən keçir.

Azərbaycan dövlət idarəetmə sistemində modernləşmənin, şəffaflığın təmin edilməsi və idarəetmədə yeni fəaliyyət üslubunun formalaşdırılması istiqamətində də böyük uğurlara imza atıb. Prezidentin 2012-ci il 13 iyul tarixli fərmanı ilə yaradılan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi –“ASAN xidmət” şəffaflığın artırılması, vətəndaşlara xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubdamüasir innovasiyaların tətbiqi ilə göstərilməsini təmin etməklə yanaşı, bütün dünyada yeninadir bir idarəetmə modeli kimi qəbul olunub.

Az bir vaxt ərzində “ASAN xidmət” dövlət xidmətləri sahəsində yeni mədəniyyəti təqdim edən milli brendə çevrilib. Prezident İlham Əliyev ötən il dekabrın 5-də Şamaxıda “ASAN həyat” kompleksinin açılışı mərasimindəki çıxışında bununla bağlı ətraflı bəhs edib. Dövlətimizin başçısı “ASAN xidmət”in bundan sonra da öz yüksək keyfiyyətini saxlayacağına əminliyini bildirərək, bu qurumun cəmiyyətimizin ictimai şüurunda da inqilabi dəyişikliklərə səbəb olduğunu vurğulayıb: “Çünki ictimai xidmətlər sektoru həmişə çox problemli sektor idi və vətəndaşlar çox əziyyət çəkirdilər. Bürokratiya, süründürməçilik, korrupsiya, rüşvətxorluq xidmət sektorunun əsas problemləri idi. “ASAN xidmət”in fəaliyyətə başlamasından sonra artıq bu sahədə tam şəffaflıq təmin edilibdir”.

Bütün bunlar deməyə əsas verir ki, hazırda Azərbaycanda innovativ idarəetmə vasitəsilə yaradılan inklüziv, səmərəli və insanyönümlü İKT əsaslı dövlət xidməti sistemi uğurla fəaliyyət göstərir. Bununla da sosial xidmətlərin reallaşmasında dövlət qulluqçuları ilə vətəndaşlar arasındakı məsafə qısalır və ünsiyyət şəffaflaşır. Dövlət isə bu uğurlu nəticəyə xidmətlərin müasirləşdirilməsinə bütün hökumət qurumlarının birgə yanaşması, “ASAN xidmət” mərkəzlərin yaradılması və yenilikçi “e-hökumət” xidmətlərinin tətbiq edilməsi, xidmətin keyfiyyətinin yüksəldilməsi və bu xidmətlərlə vətəndaşların məmnunluğunun artırılması ilə nail olur.

Azərbaycanda aparılan islahatlar, həyata keçirilən mühüm tədbirlər ölkə vətəndaşları ilə yanaşı, beynəlxalq ictimaiyyət tərəfindən də böyük maraqla izlənilir və müxtəlif beyin mərkəzləri tərəfindən yüksək qiymətləndirilir. Düşünülmüş addımların nəticəsidir ki, Azərbaycan “Doing Business 2019” hesabatında dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilib. Həmçinin Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. Bu hesabatda Azərbaycan 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək, 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın bir çox dövlətlərini geridə qoymaqla Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlib.

Məhz yuxarıda qeyd edilən məqamları nəzərdə tutan Prezident İlham Əliyev çıxışlarının birində deyib: “Bütün bu nailiyyətlər deməyə əsas verir ki, inkişafımız bundan sonra da uğurlu olacaq, gələcəyimiz parlaq olacaquğurlu gələcəyimizin əsas şərti daxili sabitlikdir. Sabitliyin də təminatçısı Azərbaycan xalqıdır, onun rəyidir, onun bizə verdiyi dəstəkdir. Xalq-iqtidar birliyi Azərbaycanın uğurlu inkişafının əsas amillərindən biridireyni zamanda, dinlərarası münasibətlər də bizim gücümüzü artırır”.

V.BAYRAMOV,

Xalq qəzeti 2020.- 9  fevral.- S.1;2.