“Dövlət ekoloji
ekspertizasını həyata keçirən Ekspert
Komissiyası haqqında Əsasnamə”nin təsdiq edilməsi
barədə
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
¹ 31 Bakı şəhəri,
5 fevral 2020-ci il
“Ətraf mühitin mühafizəsi
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikasının
2018-ci il 12 iyun tarixli 1176-VQD nömrəli Qanunu-nun tətbiqi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5
iyul tarixli 163 nömrəli Fərmanının 1.1.3-cü
yarımbəndinin icrasını təmin etmək məqsədilə
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara
alır:
1. “Dövlət ekoloji ekspertizasını həyata keçirən Ekspert Komissiyası haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
Əli Əsədov
Azərbaycan
Respublikasının Baş Naziri
Xalq qəzeti 2020.- 8 fevral.- S.2.