Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlığı uğurla inkişaf etdirir 

Ölkəmiz bir çox mötəbər qurumlarla əməkdaşlıq edir. Onların sırasında dünya siyasətinin axarını müəyyənləşdirən, iqtisadi, eləcə də humanitar-sosial əlaqələri intensivləşdirən təşkilatlar var. Dövlət müstəqilliyimizin bərpasından bu günədək həyata keçirilmiş hərtərəfli islahatlar sayəsində beynəlxalq münasibətlərin güclü aktoruna çevrilən Azərbaycan bu gün etibarlı tərəfdaş kimi nüfuz qazanmışdır. Prezident İlham Əliyevin yürütdüyü siyasət bu nüfuzu hər keçən gün daha da artırır. Hazırda dünyada beynəlxalq təşkilatların sayında artım müşahidə olunurbu fakt onu göstərir ki, dövlətlərin qarşılıqlı asılılığı da artır. Beynəlxalq təşkilatların sayının artması da dövlətlər arasında daimi əsasla çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi və gücləndirilməsi məsələlərini aktuallaşdırır. Ən əsası, beynəlxalq təşkilatlar dövlətlərin müxtəlif sahələrdəki davranışına təsir göstərmək imkanı da verir.

Bu amilləri nəzərə alan Azərbaycan beynəlxalq təşkilatlarda daim aktiv fəaliyyət göstərməsi ilə fərqlənmiş və milli maraqlarımızın təmin olunmasına yönəlmiş siyasət həyata keçirmişdir. Belə ki, regionalqlobal səviyyədə fəaliyyəti,  eləcə də, beynəlxalq arenada əməkdaşlığı genişləndirən Azərbaycan bir sıra beynəlxalq təşkilatların, o cümlədən Birləşmiş Millətlər Təşkilatının, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının, Avropa Şurasının, İslam Əməkdaşlıq Təşkilatının, Müstəqil Dövlətlər Birliyinin və digər bu kimi nüfuzlu təşkilatların üzvüdür. Ölkəmiz həm də GUAM regional qrupunun təsisçilərindən biridir. Bu təşkilatlarda və regional təşəbbüslərdə iştirakı ilə Azərbaycan  öz milli maraqlarını gerçəkləşdirir.

Ümumiyyətlə, dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz öz xarici siyasətini beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilə edilməməsi prinsipləri əsasında qurmuşdur. Bu prinsipləri rəhbər tutan rəsmi Bakının yürütdüyü xarici siyasət Azərbaycanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və milli təhlükəsizliyinə təhdidlərin və risklərin aradan qaldırılması kimi həyati əhəmiyyətli məqsədə xidmət edir. Xüsusilə qeyd etmək lazımdır ki, milli mənafelərin qorunmasına xidmət edən xarici siyasət kursunun işlənib hazırlanması və gerçəkləşdirilməsi, bütövlükdə, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır və onun güclü dövlətçilik təfəkkürü ölkəmizin beynəlxalq əlaqələrinin düzgün qurulmasına imkan yaratmışdır. Ulu öndər  dünyadaregionda baş verən siyasi hadisə və prosesləri dərindən və hərtərəfli təhlil edərək, ilk növbədə, Azərbaycanın beynəlxalq təşkilatlarda təmsil olunmasına nail olmuş və həmin dövrdə bu qurumların tribunalarından çox bacarıqla istifadə edərək, Ermənistanın Azərbaycana təcavüzünün nəticələri və ölkəmiz haqqında obyektiv məlumatları dünyaya çatdırmışdır.

Heç kimə sirr deyil ki, bu gün Azərbaycan dünyanın iqtisadi cəhətdən ən dinamik inkişaf edən ölkələrindən biridir. Azərbaycan istər regionda, istərsə də beynəlxalq müstəvidə öz yeri, roluxüsusi çəkisi olan ölkədir. Respublikamızın beynəlxalq təşkilatlarda nüfuzunun yüksək olmasının nəticəsidir ki, Azərbaycan 2019-cu ildən etibarən Qoşulmama Hərəkatına sədrlik edir, bir sıra qlobal əhəmiyyətli tədbirlərin keçirildiyi məkana çevrilmişdirbunu, əlbəttə ki, ölkəmizin çox mühüm diplomatik uğuru kimi qiymətləndirmək olar. Azərbaycan beynəlxalq müstəvidə əməkdaşlığa və təhlükəsizliyə fundamental töhfələr verir. Xüsusilə də ölkəmizin regionda həlledici rola malik olması qlobal xarakterli layihələrin reallaşdırılmasını da şərtləndirmişdir. Bundan başqa, Azərbaycan bu gün dünyada sülhyaratma  prosesində də fəal iştirak edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir. Prezident İlham Əliyevin məqsədyönlü xarici siyasəti nəticəsində  keçən dövr ərzində Azərbaycan regionalqlobal əhəmiyyətli iqtisadi, siyasihumanitar layihələrin mərkəzinə çevrilmiş, bir sıra əhəmiyyətli əməkdaşlıq formatlarının təşəbbüskarı olmuşdur. Ötən il Azərbaycan üçün beynəlxalq təşkilatlar və regional təşkilatlarla sıx əməkdaşlıq etməsilə yadda qalmışdır.

Birləşmiş Millətlər Təşkilatı (BMT) dünyanın ən nüfuzluuniversal təşkilatıdır və bu statusu nəzərə alaraq ulu öndər Heydər Əliyev BMT – Azərbaycan əlaqələrinə xüsusi önəm vermişdi.  Məhz BMT çərçivəsində çoxtərəfli əməkdaşlıq Azərbaycana nisbətən qısa müddətdə beynəlxalq aləmdə öz mövqelərini möhkəmləndirməyə, istər üzv dövlətlər, istərsə də təşkilatın özü ilə sıx əlaqələr yaratmağa imkan vermişdi.  Belə ki, ümummilli liderin müdrik və ardıcıl siyasəti nəticəsində BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi ilə əlaqədar dörd qətnaməsi qəbul olunmuşdur. Dağlıq Qarabağ münaqişəsi ətrafında real vəziyyət və nizamasalma prosesində Azərbaycanın sülhsevər mövqeyi, daxilixarici siyasəti barədə dünya birliyinə geniş və hərtərəfli məlumat verilməsini özünün başlıca vəzifəsi hesab edən rəsmi Bakı ölkəmizin BMT-yə üzvlüyünün ilk günlərindən onun əsas strukturlarında bu istiqamətdə fəal aparmağa başlamışdı. Bununla yanaşı, Azərbaycan – BMT münasibətləri çərçivəsində ölkəmiz müxtəlif layihələrlə bağlı uğurla əməkdaşlıq edir. Bundan əlavə, UNESKO, UNİCEF və BMT-nin digər xüsusiləşdirilmiş təşkilatları ilə əməkdaşlığımızı da vurğulamaq olar.

Azərbaycan dünyanın ikinci güc mərkəzi sayılan Avropa İttifaqı ilə əlaqələrə də xüsusi əhəmiyyət verir. Dünyada baş verən bütün siyasi hadisə və proseslərə təsir etmək imkanlarına malik olan Avropa İttifaqı ilə imzalanmış “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi”ndə (TƏS) tərəflər arasında siyasi və ticarət sahəsində əməkdaşlıq, Azərbaycanın qanunvericiliyinin Avropanın hüquq sisteminə uyğunlaşdırılması məsələləri öz əksini tapmışdır. Azərbaycanın əlverişli coğrafi vəziyyəti, zəngin təbii ehtiyatları Avropa İttifaqı üçün strateji əhəmiyyət kəsb edir və tərəflər arasında əlaqələr əsas etibarilə müxtəlif proqramlar çərçivəsində həyata keçirilir. Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır. Avropaya qaz təchizatının şaxələndirilməsi istiqamətində “Köhnə qitə”nin səylərinə dəstək verən Azərbaycan "Cənub Qaz Dəhlizi” layihəsinin reallaşmasına nail olmuşdur. Uzunluğu 3500 kilometr olan bu layihə Xəzər regionundan qaz təchizatını Avropa bazarlarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişəcək. Unutmaq lazım deyil ki, bu layihə Avropaya qazın nəqlinə alternativ kimi deyil, Avropaya qaz təchizatının şaxələndirilməsi məqsədilə həyata keçirilmişdir. Bundan başqa, təşkilatın 23 üzv ölkəsi ilə ikiqat vergitutmanın aradan qaldırılması, 18 ölkəsi ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalanmış və 14 üzv ölkə ilə Hökumətlərarası Komissiya yaradılmışdır. Həmçinin tərəflər arasında vizaların sadələşdirilməsi və icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında sazişlər imzalanmış və hər iki saziş 1 sentyabr 2014-cü il tarixində qüvvəyə minmişdir.

Xüsusi qeyd olunmalıdır ki, ­­

Aİ-nin Şərq Tərəfdaşlığı və Aİ ölkələrinin dövlət və hökumət başçılarının, Avropa Komissiyası və Aİ Şurasının rəhbərlərinin, habelə Avropa ParlamentiAİ-nin digər strukturlarının yüksək vəzifəli rəsmilərinin iştirakı ilə 2015-ci ildə Riqada keçirilmiş Zirvə görüşündən sonra Aİ –Azərbaycan münasibətlərində keyfiyyət və mahiyyətcə yeni gündəliyə keçid təmin edilmişdi. Belə ki, dövlətimizin göstərdiyi israrlı mövqe nəticəsində, Aİ rəhbər şəxslərinin ölkəmizə səfərləri təşkil edilmiş və TƏS-i əvəzləyəcək yeni ikitərəfli saziş layihəsi üzrə danışıqlara Aİ tərəfindən mandat verilmişdi. Beləliklə, Aİ tərəfi ilə dialoqda daha bərabərhüquqlu ruhda əməkdaşlığın bünövrəsi qoyulmuşdu. Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan Avropa İttifaqı ilə münasibətlərin inkişafında maraqlıdır və bunu dövlət siyasətinin prioriteti hesab edir: “Bu gün Azərbaycan Asiya ilə Avropa arasında yerləşən, regionumuzda dərin kökləri, Avropa ilə güclü əlaqəsi olan, Avropa dəyərlərini paylaşan bir ölkədir. Biz Avropa təsisatlarından aldığımız dəstəyə görə minnətdarıq. Əminəm ki, qarşıdakı illərdə Azərbaycan ilə Avropa İttifaqı arasındakı əməkdaşlıq uğurla davam edəcək və tezliklə bizim qarşımızda yeni imkanlar açacaq yeni saziş imzalayacağıq”.

Azərbaycan Avropa Şurası ilə münasibətlərində də qarşılıqlı və faydalı əməkdaşlığa üstünlük verir. Ölkəmiz bu beynəlxalq təşkilata üzv olduğu zamandan, indiyədək demokratiyanın inkişafı, insan haqlarının və azadlıqlarının qorunması, vətəndaş cəmiyyətinin qurulması yolunda böyük uğurlar qazanmışdır. Bundan başqa, ötən müddət ərzində Avropa Şurası ilə əlaqələrin genişləndirilməsi istiqamətində önəmli addımlar atılmış, əlaqələrin daha da dərinləşdirilməsi məqsədilə bir sıra qarşılıqlı səfərlər həyata keçirilmişdir. Azərbaycan Avropa Şurasına üzv olduğu müddətdə qurumun bir sıra önəmli sahələri əhatə edən sənədlərinin hazırlanmasının və qəbulunun iştirakçısı olmuşdur. Avropa Şurasının tamhüquqlu və fəal üzvü kimi bu qurumla əməkdaşlıq edən və həmin əməkdaşlığı gündən-günə gücləndirən Azərbaycan Şuranın insan haqlarının qorunması, demokratik proseslərin inkişaf etdirilməsi, qlobal problemlərin həllinə yardım göstərilməsi, beynəlxalq öhdəliklərə vicdanla əməl edilməsi kimi prinsiplərini hər zaman rəhbər tutur.

Bir sözlə, bütün ölkələrlə dostluğa və beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük önəm verən Azərbaycan xarici siyasət kursunda beynəlxalq təşkilatlarla münasibətlərin qurulmasını və inkişaf etdirilməsini prioritet istiqamətlərdən biri hesab edir. Məhz belə siyasi kursun nəticəsi olaraq da Azərbaycan bu gün dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının – BMT, ATƏT,  Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər mötəbər qurumların üzvü kimi onların işində yaxından iştirak edir. Ötən illərdə Azərbaycanın üzv olduğu və əməkdaşlıq etdiyi bütün beynəlxalq təşkilatlarla əlaqələri daha da genişlənmiş və möhkəmlənmişdir. Prezident İlham Əliyevin həyata keçirdiyi dinamik, intensivçevik xarici siyasi kurs sayəsində milli maraqlarımız hər zaman təmin olunmuşdur və belə siyasət nəticəsində Azərbaycan dünyanın dialoq mərkəzlərindən birinə çevrilmişdir. Bu siyasət sayəsində ölkəmizin çoxaspektli fəaliyyəti beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndilir və həmin amil Azərbaycanın bundan sonra da nüfuzlu beynəlxalq qurumlarla əlaqələrinin daha da inkişaf edəcəyinə olan inamı artırır.

Səbuhi MƏMMƏDOV,

Xalq qəzeti  2020.- 9 fevral.- S.5.