Prezident İlham ƏLİYEV: Həyata
keçirilən siyasətin əsas məqsədi dövlətin
möhkəmlənməsi, xalqın rifahı, sabitliyin
təmin edilməsidir
Azərbaycan uzun illər ərzində sabitlik yolu ilə gedir. Ölkəmizdə mövcud olan sabitlik Azərbaycan xalqının iradəsi ilə təmin edilir. Bizim apardığımız siyasət xalq tərəfindən dəstəklənir. Siyasət konkret işlərlə ölçülür. Bizim siyasətimizin təməlində konkret işlər, real inkişaf, söz yox, əməl dayanır və verilən hər bir söz həyatda öz əksini tapır. Ona görə də xalq tərəfindən bizə göstərilən etimad yüksək səviyyədədir və sabitliyin, əmin-amanlığın əsas şərtləri məhz budur.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycanda 2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi
inkişafına dair qəbul edilən
Dövlət proqramları ölkəmizin ümumi
inkişafında önəmli rol
oynayıb. Bu proqramların icrası
respublikamızın hərtərəfli tərəqqisinin təmin
edilməsinə, paytaxtla bölgələr
arasında fərqin azalmasına səbəb olub.
Təsadüfi deyil ki,
proqramların qəbulundan sonra regionlarda onlarla kiçik, orta və böyük həcmli müəssisələr
istifadəyə verilib, müasir
infrastruktur yaradılıb, turizm inkişaf edib, aqrar sektorda
məhsul istehsalı dəfələrlə artıb.
Prezident İlham Əliyevin bölgələrə
mütəmadi səfərləri regional
proqramların icrasını sürətləndirməklə
bərabər, rayonların hərtərəfli
inkişafının təmin edilməsi, yeni
iş yerlərinin yaradılması və
əhalinin həyat səviyyəsinin yüksəldilməsi
sahəsində görülən işlərə güclü təkan verib.
Dövlət başçısı həmin
proqramların icra olunduğu
dövr ərzində 2 minə yaxın infrastruktur obyektinin
açılış və təməlqoyma mərasimlərində
iştirak edib, istehsal təyinatlı müəssisələrin
fəaliyyəti ilə tanış olub, sahibkarlarla görüşlər keçirib, qaldırılan məsələlərlə
maraqlanıb və problemlərin həlli məqsədilə müvafiq strukturlara konkret tapşırıqlar verib.
Ölkə rəhbəri yerlərdə
olunan müraciətləri və dövlət
proqramlarının tələblərini nəzərə alaraq bölgələrdəki şəhər
və rayonların sosial-iqtisadi
inkişafının sürətləndirilməsi istiqamətində
çox sayda sərəncam
imzalayıb. Bunu nəticəsində
regionlarda müasir istehsal, sənaye, emal və
sosial təyinatlı obyektlər istifadəyə
verilib.
Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda bütün bunlar barədə ətraflı danışıb, görüləcək işlər haqqında geniş məlumat verib. Proqramda reallaşdırılması nəzərdə tutulan tədbirlərin əvvəllər həyata keçirilən layihələrin məntiqi davamı olduğunu bildirib.
Üç regional
Dövlət proqramının nəticələrinə
qısa baxış
Dövlət
başçısı dördüncü
regional Dövlət Proqramının
icrasının birinci ilinin
yekunlarına həsr olunan konfransdakı
nitqində bundan öncəki üç proqram çərçivəsində
mühüm tədbirlər gerçəkləşdirildiyini,
bununla belə hələ görüləsi
işlərin çox olduğunu
diqqətə çatdırıb.
Prezident İlham
Əliyevin konfransda səsləndirdiyi rəqəm
və faktlar da regional proqramların tarixi
əhəmiyyəti haqqında aydın təsəvvür
yaradır. Son 16 il ərzində
əldə olunan həmin göstəricilərin
bir qisminə diqqət yetirək:
–Azərbaycan iqtisadiyyatı 3,4 dəfə
artıb;
–sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı
2 dəfə, xarici ticarət dövriyyəsi
6,4 dəfə, ixrac 7,6 dəfə, o cümlədən qeyri-neft
ixracı 5,2 dəfə artıb;
–2003-cü ildə 1,8 milyard dollar həcmində olan valyuta ehtiyatları keçən ilin yekunlarına görə, 51 milyard, hazırda isə 52 milyard dollara çatıb;
–yoxsulluq təxminən 50
faizdən 4,8 faizə düşüb;
– son 16 ildə orta əməkhaqqı 11 dəfə, orta pensiya 8 dəfə
artıb, 300 mindən çox məcburi köçkünə,
6700 şəhid ailəsinə ev, mənzil
verilib;
–2003-cü ildə Azərbaycanda
qazlaşdırmanın səviyyəsi 51 faiz
idisə, hazırda bu rəqəm 96 faizə
çatıb;
–bu müddətdə 16 min 700 kilometr avtomobil yolu salınıb,
Azərbaycanın qonşu ölkələrlə
avtomobil magistralları müasirləşdirilib.
Mindən çox kəndin yolu abadlaşdırılıb.
–16 il ərzində kəndlərdə
su təminatını
yaxşılaşdırmaq üçün
1500-dən çox artezian
quyusu qazılıb, yüzlərlə kənddə
modul tipli sutəmizləyici
qurğular quraşdırılıb;
–Azərbaycan orbitə çıxarılan üç peyklə kosmik
dövlətə çevrilib;
–yeddi aeroport
tikilib.
Əlbəttə, ötən illərdə sosial-iqtisadi layihələrin gerçəkləşdirilməsi nəticəsində yuxarıda sadalanan uğurların sayını daha da artıra bilərik. Lakin əsas məqsəd belə yüksək göstəricilərin əldə olunmasının səbəbini diqqətə çatdırmaqdır ki, bu barədə dövlətimizin başçısı sözügedən konfransda deyib: “Bu layihələrin aparıcı qüvvəsi, təşəbbüskarı, təşkilatçısı, əsas maliyyə yükünü öz üzərinə götürən ölkə bizik – Azərbaycandır və bunu etmişik. Bu layihələrin hər biri tarixi əhəmiyyət daşıyır. Bu layihələrin, ümumiyyətlə, görülən işlərin hamısı Azərbaycan xalqı qarşısında böyük xidmətlərdir. Çıxışımın əvvəlində dediyim kimi, uğurlu inkişafımızı, sabitliyi şərtləndirən, cəmiyyətdə xoş əhval-ruhiyyəni formalaşdıran bizim siyasətimiz və addımlarımızdır. Nəyi demişiksə, onu da etmişik. Bir dənə də icra edilməmiş vəd yoxdur. Heç kim bunu tapa bilməz. 2003-cü ildə və ondan sonrakı illərdə nəyi demişəmsə, onu da etmişəm. Ona görə bizim sözümüzə də, işimizə də xalq tərəfindən böyük inam var. Mən həmişə demişəm ki, bizim sözümüzün qüvvəti imzamız qədər olmalıdır və bu gün bu, belədir”.
Dördüncü regional proqramın ilk ilinin uğurları
Həyata keçirilən məqsədyönlü
siyasət və struktur islahatları sayəsində 2019-cu ildə
ölkəmizdə makroiqtisadi
sabitlik təmin edilib, iqtisadi artım prosesləri sürətlənib və
iqtisadiyyatın dayanıqlı
inkişafı yeni mərhələyə daxil
olub.
İqtisadiyyatın şaxələndirilməsi, regionların
potensialının reallaşdırılması
hesabına iqtisadi inkişafın daha da sürətləndirilməsi
ilə bağlı ölkə rəhbəri tərəfindən həyata
keçirilən strategiya
və dördüncü
regional proqramın icrası
bu istiqamətdə müstəsna rol oynayıb. Son illərdə
aparılan nəhəng
sosial infrastruktur quruculuğu işləri regionların mənzərəsini
tamamilə dəyişib.
Fikrimizin təsdiqi olaraq, bir neçə göstəriciyə diqqət
yetirək. Belə ki, 2019-cu ildə:
–ölkənin 10 bölgəsində
fəaliyyət göstərən
sənaye zonalarında
istehsalın ümumi həcmində 2,6 dəfə artım qeydə alınıb;
–sahibkarlığın inkişafına dövlət
dəstəyi göstərilməsi
sayəsində Sahibkarlığın
İnkişafı Fondu
tərəfindən güzəştli
kreditlərin verilməsi
işləri davam etdirilib. Bu prosesin dövlət
büdcəsinə əlavə
yük yaratmadan həyata keçirilməsi
üçün kreditləşdirmə
geri qaytarılan vəsaitlər hesabına
təmin edilib, 1573 sahibkarlıq subyektinə
175 milyon manat məbləğində güzəştli
kredit verilib;
–ixracın təşviqi və qeyri-neft məhsullarının ixracı
zamanı çəkilən
xərclərin bir hissəsinin qaytarılması
mexanizmi çərçivəsində
yerli ixracatçılara
9 milyon manata yaxın vəsait qaytarılıb;
–əvvəlki illə müqayisədə 2019-cu ildə
kənd təsərrüfatı
emal müəssisələrinin
ixracı 14 faiz artıb;
–aqrar sektorun inkişafında böyük
rol oynayan 33 rayonda 51 aqropark və yerli fermer
təsərrüfatının yaradılması ilə bağlı plan əsasında
2019-cu ildə 16 aqropark
və ya fermer təsərrüfatında
işlər başa çatdırılıb;
–2019-cu ildə gəlirlərin şəffaflaşdırılması və uçotun dürüstləşdirilməsi istiqamətində həyata
keçirilən sistemli
tədbirlər nəticəsində
regionlar üzrə dövlət büdcəsinə
817 milyon manat və ya proqnozdan
163 milyon manat artıq vəsaitin daxil olması təmin edilib;
–2005-ci illə müqayisədə
regionların qeyri-neft
sektoru üzrə ümumi vergi daxilolmalarının xüsusi
çəkisi 2 dəfə
artaraq 15 faizə çatıb;
–əmək bazarının
leqallaşması və
yeni iş yerlərinin yaradılması
hesabına məcburi dövlət sosial sığorta haqqı üzrə regionlardan daxilolmalar 28 faiz artıb, o cümlədən
qeyri-dövlət sektorunda
artım 50 faiz olub;
–işsizlikdən sığorta
haqqı üzrə regionların daxilolmaları
39 faiz, o cümlədən
qeyri-dövlət bölməsində
70 faiz artıb. Eyni zamanda,
regionlarda fərdi sahibkarların sayında
12 mindən çox artım qeydə alınıb.
Qarşıda duran vəzifələr...
Konfransda dördüncü regional proqramın
ikinci ilində bir sıra vəzifələrin
yerinə yetirilməsi
qarşıya mühüm
vəzifə kimi qoyulub. Məsələn, toplantıda regional inkişafın mühüm
sahəsi sayılan aqrar sektorda həyata keçirilən
islahatların davam etdirilməsi xüsusi vurğulanıb. Bildirilib ki,
bu, əsas etibarilə ərzaq təhlükəsizliyi komponentlərinin,
həmçinin vətəndaşların
məşğulluğunun təmin
edilməsinə xidmət
edir. Hazırda ölkəmiz bir
çox məhsullar üzrə öz daxili tələbatını
ödəməyə qadirdir.
Eyni zamanda, idxal komponentlərindən asılı
olan məhsullar üzrə idxalı əvəz edəcək istehsal sahələrinin yaradılması üçün
əlverişli imkanlar
mövcuddur. Bu istiqamətdə kiçik
və orta biznesin inkişafına dövlət dəstəyi
mexanizminin səmərəsinin
artırılması bu
cür sahibkarlıq subyektlərinin, xüsusilə
qadın və gənc sahibkarların ümumi daxili məhsulda, məşğulluqda
iştirak payının
daha da yüksəldilməsi
üçün zəruri
tədbirlər görülür.
Konfransda kiçik biznesin və məşğulluğun
genişlənməsinə imkan yaradan amillərdən
biri olan turizmin daha da
inkişaf etdirilməsi,
regionlarda dağ-mədən
sənayesi ətrafında
yeni sənaye klasterlərinin formalaşdırılması,
iqtisadiyyatın bütün
sahələrində əmək
məhsuldarlığının artırılması üçün
mövcud potensialın
reallaşdırılması nəzərdə tutulub.
Şübhəsiz ki, dördüncü
regional Dövlət proqramında
nəzərdə tutulan
vəzifələr, eləcə
də Azərbaycan Prezidentinin bununla bağlı verdiyi tapşırıqlar bölgələrimizin
simasının daha da müasirləşməsinə,
insanların rifahının
daha da yaxşılaşmasına
öz töhfəsini
verəcək, milli iqtisadiyyatın dünya iqtisadiyyatında və qlobal dəyər zəncirində layiqli yerini təmin etməsini sürətləndirəcək.
Vaqif BAYRAMOV
Xalq qəzeti 2020.- 8 fevral.- S.1.