Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün TƏDBİRLƏR PLANI

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 13 fevral tarixli  Sərəncamı ilə  təsdiq edilmişdir

Sıra

¹-si

Tədbirin adı

Əsas icraçı

Digər icraçılar

İcra göstəriciləri

İcra

müddəti (illər üzrə)

1

2

3

4

5

6

1. Əmək bazarının tənzimlənməsi sahəsində normativ hüquqi bazanın və institusional strukturun təkmilləşdirilməsi

1.1.

Əmək bazarının tənzimlənməsi istiqamətində Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “İşsizlikdən sığorta haqqında”, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarda müvafiq dəyişiklik edilməsi ilə bağlı təkliflərin hazırlanması

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Təhsil Nazirliyi, Dövlət Miqrasiya Xidməti, İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

Təqdim olunmuş normativ hüquqi aktların

layihələri

2020–2021

1.2.

Layiqli əməyin təmin olunması və qeyri-formal məşğulluğun qarşısının alınması məqsədilə minimum əməkhaqqının mərhələlərlə artırılmasına dair təkliflərin hazırlanması

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi

Minimum əməkhaqqının məbləği

2020–2025

1.3.

İşəgötürənlərin işçilərin bacarıqlarının artırılmasında və kadr hazırlığında iştirakını stimullaşdırmaq üçün müvafiq normativ hüquqi bazanın və iqtisadi həvəsləndirmə mexanizmlərinin yaradılmasına dair təkliflərin hazırlanması

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası cəlb edilməklə

Təqdim olunmuş normativ hüquqi aktların layihələri

2022–2023

1.4.

Əmək miqrasiyası kvotasının müəyyən edilməsi və iş icazələrinin verilməsi prosedurunun təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Dövlət Miqrasiya Xidməti, İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi

Təqdim olunmuş normativ hüquqi aktların layihələri

2020–2021

1.5.

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazələri verilməsi sisteminin tam elektronlaşdırılması

Dövlət Miqrasiya Xidməti

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

Tam

elektronlaşdırılmış sistemin fəaliyyət göstərməsi

2020–2022

1.6.

İş yerlərində əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə riayət olunmasına dövlət nəzarətinin gücləndirilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası cəlb edilməklə

Həyata keçirilmiş tədbirlər və əhatə dairəsi

2020–2025

1.7.

Əlilliyi olan şəxslər üçün inklüziv əmək şəraitinin yaradılması məqsədilə müvafiq təkliflərin hazırlanması

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası cəlb edilməklə

Hazırlanmış təkliflər əsasında həyata keçirilmiş tədbirlər

2021–2022

1.8.

Beynəlxalq əmək standartlarına uyğun olaraq qadınların əməyinin tətbiqi qadağan olunan iş yerlərinin siyahısının təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

İqtisadiyyat Nazirliyi, Səhiyyə Nazirliyi, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası cəlb edilməklə

Təqdim olunmuş normativ hüquqi aktların layihələri

2020–2021

1.9.

İşaxtaran və işsiz şəxslərin işə düzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslərin vahid reyestrinin yaradılması

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası cəlb edilməklə

Vahid reyestrin fəaliyyət göstərməsi və həmin reyestrə daxil edilən subyektlərin sayı

2020–2021

1.10.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında və “DOST” mərkəzlərində müasir standartlara cavab verən yeni məşğulluq xidmətləri modelinin formalaşdırılması

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Yerli icra hakimiyyəti orqanları

Yeni məşğulluq xidmətləri modelinin əhatə dairəsi və hər il bu xidmətlərdən istifadə edən orta hesabla 120 min istifadəçi

2020–2022

1.11.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılmış “Məşğulluq” altsisteminin (MAS) inkişaf etdirilməsi, MAS-da vakansiyalar bankının yaradılması və fəaliyyətinin təmin edilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi,

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

“Məşğulluq” altsisteminin fəaliyyət göstərməsi və tam avtomatlaşdırılmış məşğulluq xidmətləri, o cümlədən vakansiyalar bankı və orada hər il ərzində  yerləşdirilmiş orta hesabla 20000 vakansiya

2020

1.12.

İşəgötürənlərlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları arasında əlaqə mexanizminin təkmilləşdirilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası cəlb edilməklə

“Məşğulluq” altsistemi vasitəsilə işəgötürənlərlə əlaqə mexanizminin qurulması

2020–2021

1.13.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarını idarəetmə sisteminin formalaşdırılması məqsədilə bu qurumların (o cümlədən rəhbər və mütəxəssislərin) fəaliyyətinin nəticəəsaslı keyfiyyət göstəricilərinin hazırlanması və tətbiqi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Nəticəəsaslı keyfiyyət göstəricilərinin təsdiqlənmiş siyahısı və hesabatlar

2022–2023

1.14.

Regionların sosial-iqtisadi inkişaf prioritetləri nəzərə alınaraq, işsiz və işaxtaran şəxslər üçün regional peşə təhsili mərkəzləri şəbəkəsinin genişləndirilməsi və idarəetmə sisteminin təkmilləşdirilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Təhsil Nazirliyi, yerli icra hakimiyyəti orqanları

Yeni yaradılmış 4 regional peşə təhsili mərkəzi (Lənkəran və Şəki şəhərləri, Quba və Bərdə rayonları) və idarəetmə sisteminin təkmilləşdirilməsi ilə bağlı  həyata keçirilmiş tədbirlər

2020–2025

1.15.

Əlilliyi olan şəxslərin, xüsusilə gənclərin  sosial reabilitasiyası işinin gücləndirilməsi məqsədilə regionlarda əlilliyi olan şəxslər üçün peşə-əmək reabilitasiya mərkəzləri şəbəkəsinin genişləndirilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Səhiyyə Nazirliyi, yerli icra hakimiyyəti orqanları

Yeni yaradılmış bir Peşə-Əmək Reabilitasiya Mərkəzi

2021–2025

                             2. İşçi qüvvəsinin bacarıqlarının inkişaf etdirilməsi və əmək standartlarının təkmilləşdirilməsi

2.1.

“Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”nin tələblərinə uyğun peşə təhsili, orta ixtisas və ali təhsil sisteminin təkmilləşdirilməsi

Təhsil Nazirliyi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

“Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”nin tələblərinə uyğun yenilənmiş təhsil standartları, hazırlanmış nümunəvi kurikulumlar, qiymətləndirmə və akkreditasiya standartları, yaradılmış Milli Kvalifikasiya Reyestri

2020–2025

2.2.

Əmək bazarının tələblərini əks etdirən peşə və kvalifikasiya standartlarının hazırlanması mexanizminin yaradılması

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Təhsil Nazirliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası cəlb edilməklə

Formalaşdırılmış normativ hüquqi baza

2020

2.3.

İqtisadiyyatın əsas sahələri üzrə əmək bazarında prioritet peşələrə dair peşə və kvalifikasiya standartlarının hazırlanması, mövcud standartların yenilənməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası cəlb edilməklə

400 peşə və kvalifikasiya standartlarının hazırlanması və 500 peşə və kvalifikasiya standartlarının yenilənməsi

2020–2025

2.4.

“Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”nin tələblərinə uyğun qeyri-formal və informal təhsil vasitəsilə əldə edilən səriştələrin tanınması, peşə və kvalifikasiya standartları əsasında işçi qüvvəsinin sertifikasiyası sisteminin formalaşdırılması

Təhsil Nazirliyi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası cəlb edilməklə

Səriştələrin tanınması və işçi qüvvəsinin sertifikasiyası sisteminin fəaliyyət göstərməsi

2021–2025

2.5.

Peşə və kvalifikasiya standartlarının hazırlanması, habelə peşə hazırlığı və əlavə təhsil sisteminin təkmilləşdirilməsi sahəsində tədbirlərdə işəgötürənlərin iştirakının artırılması məqsədilə işəgötürənlərin və aidiyyəti orqanların nümayəndələrindən ibarət “Bacarıqların artırılması üzrə sahə komissiyaları”nın yaradılması

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası cəlb edilməklə

Yaradılmış 14 sahə komissiyası

2020–2021

2.6.

Beynəlxalq təcrübə əsasında iş yerlərində təlim, stajkeçmə mexanizminin yaradılması, habelə ikili peşə təhsili (“dual təhsil”) sisteminin tətbiqi imkanlarının araşdırılması istiqamətində müvafiq təkliflərin hazırlanması

Təhsil Nazirliyi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası cəlb edilməklə

Zəruri normativ hüquqi baza və təhsil (təlim) proqramlarının mövcudluğu

2020–2021

2.7.

Ali təhsil, orta-ixtisas və peşə təhsili müəssisələrində istehsalat təcrübəsinin keyfiyyətinin artırılması, bu sahədə işəgötürənlərlə təhsil müəssisələri arasında əlaqələrin gücləndirilməsinə dair müvafiq təkliflərin hazırlanması

Təhsil Nazirliyi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası cəlb edilməklə

Hazırlanmış təkliflər və həyata keçirilmiş tədbirlər

2020–2021

2.8.

Dövlət qulluqçularının əlavə təhsilinin təşkili və peşə bacarıqlarının təkmilləşdirilməsi

Dövlət İdarəçilik Akademiyası

Dövlət İmtahan Mərkəzi

İl ərzində təşkil edilən təlimlər və təlimlərə cəlb olunan ən azı 3000 dövlət qulluqçusu

2020–2025

2.9.

Dövlət qulluğunun təbliği və təşviqi ilə bağlı Bakı şəhərində və regionlarda yerləşən ali təhsil müəssisələrində maarifləndirmə işinin həyata keçirilməsi

Dövlət İmtahan Mərkəzi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələri

İl ərzində tədbirlərdə iştirak edənlərin sayı və hazırlanmış broşürlər

2020–2025

 3. Aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi və səmərəliliyinin artırılması, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin əmək bazarına inteqrasiyasının gücləndirilməsi

3.1.

Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi işinin gücləndirilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları

Hər il aktiv məşğulluq tədbirlərinə cəlb olunan orta hesabla 25000 nəfər (əsasən də, xüsusi internat məktəblərini bitirən gənclər), əlilliyi olan şəxslər, qadınlar, məcburi köçkünlər və cəzaçəkmə

müəssisələrindən azad olunmuş şəxslər

2021–2025

3.2.

Peşəyönümü tədbirlərinin səmərəliliyinin artırılması məqsədilə peşə standartları əsasında metodiki vəsaitlərin (peşə profilləri) hazırlanması

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Təhsil Nazirliyi

Hazırlanmış 100 peşə profili

2020–2023

3.3.

Karyera məsləhəti üzrə mütəxəssislərin hazırlanması üçün tədris bazasının yaradılması

Təhsil Nazirliyi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Hazırlanmış kurikulum, təlim materialları

2020–2023

3.4.

Ümumi təhsildə peşəyönümünə dair məsləhət xidmətlərinin təkmilləşdirilməsi üçün infrastrukturun gücləndirilməsi

Təhsil Nazirliyi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Pilot layihə olaraq 10 məktəbdə peşəyönümü məsləhət

xidmətlərinin daha səmərəli həyata keçirilməsi üçün infrastrukturun yenilənməsi

2021–2025

3.5.

Əmək bazarında ayrı-ayrı peşə və ixtisaslara  tələbat barədə dolğun və real məlumatları özündə əks etdirən Mərkəzləşdirilmiş Karyera Portalının yaradılması

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi

Rəqəmsal karyera portalının fəaliyyət göstərməsi

2022–2024

3.6.

Gənclərin peşəyönümünün təşkili məqsədilə ali, orta ixtisas və peşə təhsili müəssisələrində karyera mərkəzlərinin yaradılmasının və karyera məsləhət xidmətləri göstərilməsinin dəstəklənməsi

Təhsil Nazirliyi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Yeni yaradılmış 20 karyera mərkəzi və il ərzində bu xidmətlərdən istifadə edənlərin sayı

2020–2025

3.7.

Əməkqabiliyyətli əhalinin sosial yardımlardan və müavinətlərdən asılılığını azaltmaq məqsədilə passiv sosial müdafiədən (ünvanli dövlət sosial yardımı) aktiv sosial müdafiəyə (əmək bazarına inteqrasiya) keçidin təmin edilməsi məqsədilə təkliflərin hazırlanması

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

İqtisadiyyat Nazirliyi

Təqdim olunmuş normativ hüquqi aktların layihələri

2020–2021

3.8.

Özünüməşğulluğa cəlb edilmiş və biznes planlarını uğurla icra edən iştirakçıların “ABAD” mərkəzlərinin və KOB evlərinin xidmətlərinə istiqamətləndirilməsi üçün təkliflərin hazırlanması

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

Hazırlanmış və təqdim olunmuş təkliflər

2020–2021

3.9.

Özünüməşğulluq üzrə təlim proqramlarının təkmilləşdirilməsi və özünüməşğulluğun əhatə dairəsinin genişləndirilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Təlim proqramında dəyişiklik, il ərzində özünüməşğulluğa orta hesabla 10000 nəfərin cəlb edilməsi

2020

3.10.

Peşə hazırlığı üzrə səriştəəsaslı modul təlim proqramlarının hazırlanması və yenilənməsi

Təhsil Nazirliyi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Hər il hazırlanmış və yenilənmiş 10 modul təlim proqramı

2020–2025

3.11.

Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin, xüsusilə gənclərin, əlilliyi olan şəxslərin əmək bazarına cəlb olunması üçün peşə hazırlığı kurslarının səmərəliliyinin artırılması, bu sahədə mütərəqqi təhsil metodlarından istifadə etməklə səriştəyönümlü modul təlimin tətbiqinin genişləndirilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi

Hər il ən azı 2500 nəfərin təlimlərə cəlb edilməsi, o cümlədən 1500 nəfərin modul proqramlar əsasında təlimləndirilməsi

2020–2025

3.12.

İşsiz və işaxtaran şəxslərin müvəqqəti işlərlə təmin edilməsi məqsədilə mütərəqqi texnologiyaların tətbiqi ilə əmək birjasının fəaliyyətinin təkmilləşdirilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

Yaradılmış elektron əmək birjası

2020–2022

3.13.

İşsiz şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi məqsədilə haqqı ödənilən ictimai işlərin əhatə dairəsinin genişləndirilməsi, təşkili mexanizminin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Yerli icra hakimiyyəti orqanları

Mexanizmlərdə dəyişiklik, yaradılmış DOST– İŞ mərkəzləri vasitəsilə hər il orta hesabla 30000 nəfərin haqqı ödənilən ictimai işlərə cəlb olunması

2020–2021

3.14.

İşsiz şəxslər üçün fərdi məşğulluq proqramlarının hazırlanması işinin təkmilləşdirilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

“Məşğulluq” altsistemi vasitəsilə fərdi məşğulluq proqramlarının hazırlanması və həyata keçirilməsi

2023–2025

3.15.

Kvota müəyyən edilmiş müəssisə, idarə və təşkilatlarda sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin işlə təmin edilməsinə nəzarətin gücləndirilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Nəzarət mexanizmində dəyişiklik və kvota əsasında işlə təmin olunanların sayı

2020–2025

3.16.

Əməkqabiliyyətli qeyri-fəal əhalinin sayına dair statistik məlumatlar əsasında bu kontingentin bir qisminin (xüsusilə gənclərin və qadınların) əmək bazarına cəlb olunması ilə bağlı təkliflərin hazırlanması

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Dövlət Statistika Komitəsi

Təqdim olunmuş təkliflər və həyata keçirilmiş tədbirlər

2020–2021

4. Sosial dialoqun inkişaf etdirilməsi və qeyri-formal əmək münasibətlərinin qarşısının alınması

4.1.

Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın imkanlarından daha səmərəli istifadə edilməsinə dair təkliflərin hazırlanması

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası cəlb edilməklə

Təqdim olunmuş təkliflər və həyata keçirilmiş tədbirlər

2020–2021

4.2.

Baş Kollektiv Sazişdə və yeni bağlanılacaq sahə (tarif) sazişlərində, habelə kollektiv müqavilələrdə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 30 oktyabr tarixli 602 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın prioritetlərinin (inklüziv məşğulluğun təmin edilməsi, peşə təhsili və peşə hazırlığı, iş yerində təlim, peşə standartları, sosial müdafiə, əmək standartları və s.) nəzərə alınması

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

İqtisadiyyat Nazirliyi Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası cəlb edilməklə

Baş Kollektiv Sazişdə və sahə (tarif) sazişlərində, kollektiv müqavilələrdə nəzərə alınmış prioritetlər

2020–2025

4.3.

Məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası cəlb edilməklə, yerli icra hakimiyyəti orqanları

Təqdim olunmuş təkliflər və həyata keçirilmiş tədbirlər

2020–2021

4.4.

Korporativ sosial məsuliyyətin inkişafı istiqamətində təkliflərin hazırlanması

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası cəlb edilməklə, yerli icra hakimiyyəti orqanları

Təqdim olunmuş təkliflər və həyata keçirilmiş tədbirlər

2022–2023

4.5.

Peşə və sahə assosiasiyaları yaradılmasının dəstəklənməsi

Yerli icra hakimiyyəti orqanları

Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası cəlb edilməklə

Yeni yaradılmış peşə və sahə assosiasiyaları

2020–2023

4.6.

Beynəlxalq Əmək Təşkilatının Azərbaycan Respublikasının qoşulmadığı  konvensiyalarının ratifikasiya edilməsi imkanlarının araşdırılması və bununla bağlı müvafiq təkliflərin hazırlanması

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Xarici İşlər Nazirliyi Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası və  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası cəlb edilməklə

Təqdim olunmuş təkliflər və həyata keçirilmiş tədbirlər

2021–2022

4.7.

Qeyri-formal məşğulluğun qarşısının alınmasına yönəldilmiş kompleks tədbirlərin (normativ hüquqi aktların təkmilləşdirilməsi, inzibatçılığın təkmilləşdirilməsi, nəzarət tədbirlərinin gücləndirilməsi, monitorinq və qiymətləndirmə sisteminin qurulması, məlumatlandırma və təbliğat işlərinin təşkili) həyata keçirilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

“Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı” çərçivəsində görülmüş işlər

2020–2025

5. Əmək bazarının monitorinqi və proqnozlaşdırılması sisteminin inkişaf etdirilməsi

5.1.

Əmək bazarı və sosial müdafiə məsələləri üzrə proqnozlaşdırma sisteminin yaradılması, fəaliyyətinin təmin edilməsi və potensialının artırılması

Əmək və

Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Hazırlanmış hesabatlar və məlumat bazaları, keçirilmiş təlimlər

2020–2025

5.2.

Milli və regional səviyyələrdə demoqrafik proseslərin əmək bazarına təsirinin orta və uzunmüddətli proqnozlarının hazırlanması metodologiyasının təkmilləşdirilməsi, bu sahədə məlumat bazasının və potensialın inkişaf etdirilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

İqtisadiyyat Nazirliyi, Dövlət Statistika Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası

Təkmilləşdirilmiş metodologiya, məlumat bazalarında  dəyişiklik, hazırlanmış hesabatlar, keçirilmiş təlimlər

2020–2022

5.3.

Əmək məhsuldarlığının qiymətləndirilməsinə dair beynəlxalq təcrübənin öyrənilməsi və bu sahədə statistikanın təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması

Dövlət Statistika Komitəsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,

İqtisadiyyat Nazirliyi

Beynəlxalq təcrübəyə uyğun olaraq hazırlanmış hesabat və təkliflər

2021–2022

5.4.

Təhsil müəssisələri tərəfindən məzunların əmək bazarına adaptasiyası vəziyyətinin öyrənilməsi üzrə dövri müayinələr aparılması ilə bağlı tövsiyələrin hazırlanması

Təhsil Nazirliyi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Hazırlanmış tövsiyələr

2020–2025

5.5.

Təhsil müəssisələrinə tələbə qəbulunda nəzərdə tutulan ixtisasların əmək bazarının tələblərinə uyğunluğunun təmin edilməsi üçün təkliflərin hazırlanması

Təhsil Nazirliyi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi

Təqdim olunmuş təkliflər və həyata keçirilmiş tədbirlər

2020–2021

 

Xalq qəzeti.-2020.-15 fevral.-S.8-9