Milli Məclisə seçkilər normal keçdi
Demokratik ölkələrin seçki təcrübəsi
göstərir ki, hər bir
seçkinin uğurunu
təmin edən şərtlər sırasında siyasi iradə və ictimai-siyasi
sabitlik amilləri ilə yanaşı, təkmil
seçki qanunvericiliyinin
də olması mühüm önəm
daşıyır. Bu baxımdan 1995-ci ildə qəbul edilən müstəqil
Azərbaycanın ilk Konstitusiyası
respublikamızda demokratik standartlara
cavab verən azad, ədalətli,
obyektiv seçkilərin keçirilməsi
üçün əsas prioritetləri
müəyyənləşdirib. Əsas Qanunda
təsbit olunan müddəalara istinadən
Azərbaycanda seçkilərin hüquqi
bazası formalaşdırılıb.
Konstitusiyanın
4-cü maddəsinə görə, xalqın seçdiyi səlahiyyətli
nümayəndələrindən başqa heç kəsin
xalqı təmsil etmək, xalqın adından danışmaq
və xalqın adından müraciət etmək hüququ
yoxdur. Əsas Qanunun 56-cı maddəsinə əsasən, Azərbaycan
Respublikası vətəndaşlarının dövlət
orqanlarına seçmək və seçilmək, habelə
referendumda iştirak etmək hüququ var.
Azərbaycanın
Seçki Məcəlləsi də demokratik standartlara
uyğun tərtib olunmaqla, seçkilər sahəsində
bütün şəffaflıq və qanunçuluq prinsiplərini
özündə əks etdirir. Qüvvəyə mindikdən
sonra məcəlləyə bir sıra dəyişikliklər
də edilib ki, bütün bunlar ümumilikdə seçki
institutlarının daha səmərəli fəaliyyət
göstərməsinə, seçki prosesi ilə bağlı
şikayətlərin daha çevik, operativ
araşdırılmasına, seçici siyahılarının
dəqiqləşdirilməsinə, seçkiləri
müşahidə prosesinin asanlaşdırılmasına,
namizədlərin təbliğat-təşviqat, vətəndaşların
seçki hüququnun realizəsi imkanlarını
yaxşılaşdırmağa, bir sözlə, seçkilərin
daha şəffaf, demokratik şəraitdə keçirilməsinə
xidmət edib.
Milli Məclisə fevralın 9-da keçirilən seçkilərdə də bunun bir daha şahidi olduq. Parlament seçkilərinin əsas nəticəsi və ortaya qoyduğu başlıca reallıq isə Prezident İlham Əliyevin liderliyinin, rəhbərliyi altında keçirilən siyasətin alternativsizliyini bir daha təsdiq etdi.
Bu, dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycanda keçirilən sayca altıncı parlament seçkiləri idi. Seçkilərdə seçicilərin maneəsiz səs verməsi üçün məntəqələrdə hər cür şərait yaradılmışdı. Havanın soyuq, yağıntılı olmasına baxmayaraq, insanlarda ruh yüksəkliyi var idi. Əsas məqsəd hər bir kəsin seçkilərdə fəal iştirak etmək, vətəndaşlıq vəzifəsinin öhdəsindən gəlmək və layiqli namizədə səs vermək idi.
Mənim diqqətimi daha çox çəkən məqam o oldu ki, belə soyuq hava şəraitinə baxmayaraq, seçicilər davamlı şəkildə məntəqələrə gəlib səs verir, öz vətəndaşlıq məsuliyyətlərini dərindən anlayırdılar. Yaxşı bilirdilər ki, ölkənin gələcəyi onların səsverməsindən çox asılıdır. Eyni zamanda, belə bir mütəşəkkillik Azərbaycan əhalisinin öz taleyinə özü məsuliyyət daşıdığından xəbər verirdi.
Ölkəmizin həyatında mühüm hadisə olan Milli Məclisə seçkilərə çalışdığım tibb müəssisəsinin işçiləri də ölkəmizdə dönməz xarakter alan islahatların yeni mərhələsinə dəstək verdilər.
Beynəlxalq və yerli
müşahidəçilərin əksəriyyəti
seçkidən sonra verdikləri
açıqlamalarda seçkiqabağı dövrdə heç bir pozuntunun olmadığını, bütün namizədlər, siyasi
partiyalar üçün
lazımi şəraitin yaradıldığını bəyan
etdilər. Seçkini izləmək üçün ölkəmizdə akkreditə
olunan xarici kütləvi-informasiya
vasitələri də parlament seçkilərinə
geniş yer
ayırmaqla onun demokratik
və şəffaf keçirildiyini bütün dünyaya
yaydılar.
Ləman Süleymanova,
həkim-dietoloq
Xalq qəzeti.-2020.-15 fevral.-S.4.