Bakı Avropanın 10 ən romantik şəhərindən biri sayılır.

Rusiyanın “TurStatturizm portalı sevgililərin istirahəti, bayram və həftəsonu günlərində romantik səfərləri üçün Avropanın ən romantik şəhərlərinin reytinqini tərtib edib.    

“TurStat”ın məlumatına görə, romantik turlar və səyahətlər bazarı ildə beş milyondan çox səfəri nəzərdə tutur. 

Sankt-Peterburq, Paris, Minsk, KalininqradPraqa Avropanın 5 ən romantik şəhəri sayılıb. 

Bakı, Amsterdam, Tallinn s. Avropanın 10 ən romantik şəhərlərindən hesab edilib.

Reytinq 2020-ñi ilin fevralında  TurStatsaytının beş mindən çox istifadəçisinin internet sorğusunun nəticələrinə əsasən tərtib edilib.

 

Fəridə Abdullayeva,

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xalq qəzeti.-2020.-15 fevral.-S.7.