Azərbaycan UNESKO-nun
Hökümətlərarası Komitəsinin 14-cü sesiyasının bürosunun sədr müavini
seçilib
Parisdə
UNESCO-nun baş qərargahında qurumun mədəni
özünüifadə müxtəlifliyinin qorunması və
təşviqi haqqında Konvensiyasının Hökumətlərarası
Komitəsinin 14-cü sessiyasının Bürosuna üzvlər
seçilib.
Azərbaycan Hökumətlərarası Komitənin Bürosunun sədr müavini vəzifəsinə seçilib.
Beləliklə, ölkəmiz UNESCO-nun baş qərargahında qurumun mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 2005-ci il Konvensiyasının Hökumətlərarası Komitəsinin 14-cü sessiyasının Bürosunun sədr müavini vəzifəsini bir il müddətində icra edəcəkdir.
Məlumat verdiyimiz kimi, Sessiyada Azərbaycanı Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva və UNESKO yanında daimi nümayəndəliyimizin rəhbəri, səfir Anar Kərimov təmsil edib.
Xalq qəzeti 2020.- 15 fevral.- S.4.