“Cəzaçəkmə müəssisələrində cəza çəkən narkoloji xəstə məhkumların məcburi müalicəsinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 yanvar tarixli 14 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

¹ 55    Bakı şəhəri, 19 fevral  2020-ci il

“Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Miqrasiya Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 8 oktyabr tarixli 1677-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 noyabr tarixli 1564 nömrəli Sərəncamının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 yanvar tarixli 14 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 2 (II kitab), maddə 357; 2018, ¹ 8, maddə 1814) ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrində cəza çəkən narkoloji xəstə məhkumların məcburi müalicəsinin aparılması Qaydaları”nın 4.11-ci bəndinə “məhkumlar” sözündən sonraPsixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz” sözləri əlavə edilsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

Xalq qəzeti  2020.- 22 fevral.- S.9.