İtaliya ilə əlaqələrin inkişafı Azərbaycanın
Avropa İttifaqı ilə münasibətlərinin
genişlənməsinə kömək edə bilər
Avropa İttifaqının üzvü olan İtaliya ilə münasibətlərin
inkişafı ölkəmizin bu qurumla münasibətlərinin genişlənməsinə
də böyük kömək edə bilər.
Bunu
Trend-ə millət vəkili Musa Qasımlı deyib.
Azərbaycan
Prezidenti İlham Əliyevin İtaliyaya səfərinin bir
neçə baxımdan mühüm əhəmiyyətə
malik olduğunu deyən M.Qasımlı qeyd edib ki, bu səfər
hər şeydən əvvəl Azərbaycanın xarici siyasətinin
uğurlu səhifələrindən biridir.
Deputat
İtaliya-Azərbaycan münasibətlərinin dərin tarixi
köklərə malik olduğunu da nəzərə
çatdırıb:
“Hələ orta
əsrlərdə italyan səyyahları
Azərbaycana səfərə gələrək ölkəmizlə
maraqlanırdılar. 1918-1920-ci illərdə Azərbaycan və
İtaliya arasında müəyyən
münasibətlər qurulmuşdu. 1922-ci
ilə qədər iki ölkə
arasında siyasi-diplomatik əlaqələr
bu və ya başqa səviyyədə mövcud olub. Sovet dövründə Azərbaycan SSR mərkəz
vasitəsilə İtaliya ilə əlaqələr
saxlayıb. Azərbaycanda istehsal olunan bəzi məhsullar İtaliyaya
göndərilirdi, müəyyən mədəni əlaqələr
var idi”.
M.Qasımlı
qeyd edib ki, 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini
bərpa etdikdən sonra İtaliya ilə birbaşa, müstəqil
əlaqələrin qurulması üçün imkanlar
yaranıb.
Onun sözlərinə
görə, heç şübhəsiz ki, iki ölkə
arasında münasibətlərdə yeni
səhifəni ümummilli lider
Heydər Əliyevin İtaliyaya səfəri
açıb: "Bu səfərdən sonra Azərbaycan-İtaliya münasibətlərinin
hüquqi müqavilə bazası
genişləndirildi və müxtəlif sahələrdə əməkdaşlıq
inkişaf etdirildi.
Sonrakı dövrlərdə Prezident İlham Əliyevin gərgin səyləri nəticəsində
Azərbaycan-İtaliya münasibətləri tamamilə yeni səviyyəyə yüksəldi".
Bakı
və Neapolun qardaşlaşmış şəhərlər
olduğunu vurğulayan deputat bu gün Azərbaycan-İtaliya
münasibətlərinin geniş perspektivlərinin olması qənaətində
olduğunu da açıqlayıb.
M.Qasımlı
əlavə edib ki, Prezident İlham Əliyevin Romada
apardığı danışıqlar bu perspektivlərin
mövcud olduğunu bir daha göstərir:
“Bu gün
İtaliya dünyanın yeddi
böyük ölkəsindən biridir və dünya siyasətində,
iqtisadiyyatında çəkisi olan
ölkədir. İtaliya Azərbaycanın
ən mühüm ticarət
ortaqlarından biridir. Bu
səfər iki ölkə arasında
münasibətlərin böyük
potensialının və perspektivlərinin olduğunu
göstərdi. Hesab edirəm ki, Prezident İlham
Əliyevin bu səfəri ölkələrimiz
arasında münasibətlərə yeni dinamizm verəcək və yeni
potensialları üzə çıxaracaq”.
Xalq qəzeti.-2020.-22 fevral.-S.6.