X Beynəlxalq Multikulturalizm
Qış Məktəbinin bağlanış mərasimi keçirilib
Fevralın 21-də Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı
ilə keçirilən “Azərbaycan multikulturalizmi modelinin bəşəri
sülhə töhfəsi” adlı X Beynəlxalq Multikulturalizm
Qış Məktəbinin bağlanış mərasimi
keçirilib.
AZƏRTAC xəbər verir
ki, tədbirdə çıxış edən
BBMM-in icraçı direktoru
Rəvan Həsənov Multikulturalizm Məktəbinin
əhəmiyyətindən danışıb. Bildirib
ki, bu kimi
tədbirlər Azərbaycan multikulturalizminin
dünyada tanıdılması
baxımından çox önəmlidir.
Qış Məktəbinin iştirakçılarının
Azərbaycan xalqının qonaqpərvərliyinin əyani şahidi olduqlarını qeyd
edən R.Həsənov deyib: “Multikulturalizm qış və yay
məktəbləri Mərkəzin mühüm
layihələrindən biridir. Bu layihə ildə iki dəfə
təşkil edilməklə Bakı şəhəri ilə
yanaşı, bir sıra bölgələrimizi
də əhatə edir. Prezident
İlham Əliyevin təşəbbüsü
ilə keçirilən bu tədbir
artıq ənənə halı alıb. Tədbirin böyük əhəmiyyəti var. Belə ki, dövlətimizin
başçısı tərəfindən həyata
keçirilən uğurlu multikulturalizm
siyasəti bu tədbir vasitəsilə
beynəlxalq aləmə bir daha nümayiş olunur. Əcnəbi tələbələr Azərbaycan
multikulturalizmi ilə yaxından
tanış olurlar”.
Tədbirdə
Qış Məktəbinin iştirakçılarına
sertifikatlar təqdim edilib.
Qış
Məktəbinin iştirakçıları layihə barədə
xoş təəssüratlarını bildiriblər, Azərbaycan
xalqının qonaqpərvərliyindən məmnun
qaldıqlarını ifadə ediblər.
Sonra Qış Məktəbinin
iştirakçılarının Prezident
İlham Əliyevə müraciəti oxunub.
Xalq qəzeti.-2020.-22 fevral.-S.5.