Beyləqan: ötən ilin uğurları ümumi
inkişafa yeni dinamizm gətirib
Beyləqan Rayon Mədəniyyət Mərkəzində keçirilən ümumrayon yığıncağında 2019-cu ildə sosial-iqtisadi inkişafın yekunları nəzərdən keçirildi, iştirakçıların diqqəti cari ilin başlıca hədəflərinə yönəldildi. Məruzə və çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurla gerçəkləşdirilən növbəti regional inkişaf dövlət proqramının Beyləqanda da sürətli yeniləşmə və yüksəlişə önəmli köməyi vurğulandı.
Yığıncaq iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər gül dəstələri qoydular, mədəniyyət mərkəzinin foyesində Beyləqanda istehsal edilən məhsulların sərgisinə baxdılar.
Hesabat yığıncağında məruzə ilə çıxış edən Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev bildirdi ki, 2019-cu il beyləqanlılar üçün Prezident İlham Əliyevin fevralın 13-də rayona səfəri ilə əlamətdar və yaddaqalan olub. Səfər çərçivəsində dövlət başçısı Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolunun, Beyləqan Olimpiya İdman Kompleksinin, Tarix-Diyarşünaslıq muzeyinin, “Beyləqan-1” elektrik yarımstansiyasının açılışında iştirak edib, rayon ərazisində yeni inşa edilmiş hərbi hissədə yaradılan şəraitlə tanış olub. Dövlətimizin başçısı Beyləqan şəhərində yerləşən Mədəniyyət və İstirahət parkında rayon sakinləri ilə görüşüb, onların həyat şəraiti ilə maraqlanaraq müvafiq tapşırıqlar verib.
Məruzəçi bildirdi ki, ötən il rayonda istehsal, quruculuq, tikinti və abadlıq işləri uğurla davam etdirilib, əhalinin zəruri xidmətlərə tələbatının ödənilməsi təmin edilib. Əksər sahələrdə qazanılan uğurlar ümumi inkişafa yeni dinamizm gətirib. 2019-cu ildə ümumi məhsul buraxılışının həcmi 528,11 milyon manat olub. Bu, 2018-ci ilin müvafiq dövrünə nisbətən 232,8 milyon manat çoxdur. İl ərzində 52,81 milyon manatını sənaye, 123,6 milyon manatını kənd təsərrüfatı məhsulları istehsal edilib, 54,5 milyon manatlıq tikinti-quraşdırma işləri görülüb.
Rayon iqtisadiyyatının aparıcı sahəsi olan kənd təsərrüfatında
qazanılan uğurlardan söz
açan RİH başçısı qeyd etdi ki,
ötən il 9,7 min hektarda pambıq əkilib, 29,4 min
ton məhsul toplanıb. Əvvəlki illə
müqayisədə 7 min 523 ton çox pambıq
əldə edilib. 12 min
431 hektarda taxıl, 558,7 hektarda
şəkər çuğunduru, 385 hektarda kartof, 1293 hektarda tərəvəz, 413,5 hektarda
bostan məhsulları, 60 hektarda
paxlalı bitkilər, 483 hektarda soya əkilib. Hesabat dövründə heyvandarlıq da
inkişaf edib: qara malın sayı əvvəlki ilə nisbətən
258 baş artaraq 59 min 194-ə, xırda mal isə
2747 baş artaraq 302 min 759-ə çatıb. 8 min ton ət, 40
min ton süd, 25 min ədəd
yumurta, 596 ton yun istehsal edilib.
Keçən il Beyləqan
şəhərinə Beyləqan-Daşburun
və Şəfəq
qəsəbəsi ərazisindən
giriş yollarında işıq dirəkləri
yenilənərək müasir
işıqlandırma təmin
edilib, yol kənarlarında abadlıq
işləri aparılıb,
yaşıllıqlar salınıb.
Mücirəddin Beyləqani
adına park yenidən qurulub, Veteranlar parkı bərpa olunub. Sərdar Mirəliyev küçəsində
böyük Azərbaycan
şairi İmadəddin
Nəsiminin 650 illik yubileyi münasibətilə
Nasimi parkı salınıb. İmamdəddin Nəsiminin 650 illik yubiləyi ilə əlaqədar rayonda 10 min
ədəd müxtəlif
növ ağaclar əkilib.
Beyləqan şəhərinin küçələrində
ümumilikdə 33 min 352 kvadratmetr
əraziyə asfalt örtüyü döşənib,
332,9 kvadratmetr divar dekorativ daşla bəzədilib. Yeni işıq qurğuları
Beyləqan şəhərinə
xüsusi yaraşıq
verir. Hazırda Beyləqan şəhərində
36 mənzilli yaşayış
binasının tikintisi
davam etdirilir.
Yığıncaqda
təhsil, səhiyyə,
mədəniyyət, idman
sahələrində əldə
edilən nailiyyətlər,
gənclərin və
digər sosial qrupların problemlərinin
həlli ilə bağlı həyata keçirilən tədbirlərdən,
əhalinin elektrik, qaz, su təminatı
və digər zəruri xidmətlərə
tələbatının ödənilməsi
istiqamətində görülən
işlərdən də
ətraflı bəhs
edildi. Məruzə və çıxışlarda
uğurlarla yanaşı,
problemlərə də
toxunuldu, onların həllinə kömək
edəcək təkliflər
səsləndi.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul
əməkdaşı Əflatun
Rufiyev yığıncaqda
çıxış edərək,
respublikamızda müxtəlif
sahələrdə əldə
olunan uğurlardan,
2019--2023-cü illərdə regionların sosial-iqtisadi inkişafı dövlət
proqramının icrasının
ilk ilinin yekunlarına
həsr olunan konfransda Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrdən
danışdı.
Yığıncağın sonunda qəbul
edilmiş qərarda
2020-ci ildə beyləqan
rayonunun sosial-iqtisadi inkişafının əsas
hədəfləri, nəzərdə
tutulan ümumrayon tədbirləri əksini tapdı.
Ziyəddin SULTANOV,
Xalq qəzeti 2020.- 22 fevral.- S.11.