Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının
Maliyyə Monitorinqi Xidmətinin
yaradılması haqqında” 2018-ci il 25 may tarixli 95 nömrəli
Fərmanında və “Cinayət yolu ilə
əldə edilmiş pul
vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində idarəetmənin
təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər
haqqında” 2019-cu il 30 may
tarixli 1212 nömrəli Sərəncamında
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 may tarixli 95 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 5, maddə 963; 2019, ¹ 3, maddə 415) 4-cü hissəsi aşağıdakı redaksiyada verilsin:
“4. Xidmətdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
4.1. Azərbaycan Respublikasının Prezidentinə:
4.1.1. bu Fərmanın 4.2-ci və 4.3-cü bəndlərində qeyd edilənlər istisna olunmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli;
4.2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə:
4.2.1. Xidmətin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Xidmətin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına razılıq verilməsi;
4.3. Xidmətə:
4.3.1. inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi;
4.3.2. işçilərin əməkhaqlarının (o cümlədən əməkhaqqına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiqi.”.
2. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 may tarixli 1212 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, ¹ 5, maddə 932) 1-ci hissəsində “Vergilər Nazirliyi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 24 fevral
2020-ci il
Xalq qəzeti 2020.- 25 fevral.- S.2.