Azərbaycan Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas
sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi
haqqında” 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli və “Azərbaycan
Respublikasının Kiçik və Orta Biznesin
İnkişafı Agentliyinin fəaliyyətinin
təmin edilməsi haqqında” 2018-ci il 26
iyun tarixli
148 nömrəli fərmanlarında dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas
sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 5, maddə 2056; 2017, ¹ 8, maddə
1521, ¹ 10, maddə 1777; 2018, ¹ 5, maddə
920, ¹ 6, maddə 1196, ¹ 7 (I kitab), maddələr
1496, 1506, ¹ 11, maddə 2287; 2019, ¹ 2, maddələr 218, 236, ¹ 4,
maddə 625, ¹ 5, maddələr 848, 855) aşağıdakı
dəyişikliklər edilsin:
1.1. həmin Fərmanla
təsdiq edilmiş “Azərbaycan
Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol
Xəritəsi” üzrə:
1.1.1. 7.1.1-ci
yarımbəndin “Tədbir 1.1.4: KOS evinin yaradılması” yarımbəndinin ikinci abzasında “Azərbaycanda İxracın
və İnvestisiyaların Təşviqi Fondunun
(AZPROMO)” sözləri “Azərbaycan Respublikasının
İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin” sözləri ilə, 7.2-ci bəndin
dördüncü abzasının
adında “Azərbaycanda İxracın və
İnvestisiyaların Təşviqi Fondu (AZPROMO)” sözləri “Azərbaycan
Respublikasının İxracın və İnvestisiyaların
Təşviqi Agentliyi” sözləri ilə,
7.2-ci bəndin dördüncü
abzasının birinci və ikinci cümlələrində, 7.3-cü bənddə
hər iki halda,
7.3.1-ci yarımbəndin “Tədbir 3.1.1: KOS subyektlərinin
beynəlxalq ticarət əməliyyatlarının müvafiq maliyyə xidmətləri ilə təmin
edilməsi” yarımbəndində və “Tədbir 3.1.2: KOS-un beynəlxalq
standartlara və tələblərə
uyğunlaşdırılmasına dəstək göstərilməsi”
yarımbəndinin ikinci abzasının ikinci cümləsində, 7.3.2-ci yarımbəndin
“Tədbir 3.2.1: İxrac
assosiasiyalarının inkişaf etdirilməsi”
yarımbəndinin ikinci abzasının birinci cümləsində və
beşinci abzasında, 7.4-cü bəndin üçüncü
abzasının birinci cümləsində,
7.4.2-ci yarımbənddə hər
iki halda ismin müvafiq
hallarında “AZPROMO” sözü ismin müvafiq
hallarında “Azərbaycan Respublikasının İxracın və
İnvestisiyaların Təşviqi Agentliyi”
sözləri ilə əvəz edilsin;
1.2. həmin Fərmanla
təsdiq edilmiş “Azərbaycan Respublikasında
ağır sənaye və maşınqayırmanın
inkişafına dair Strateji
Yol Xəritəsi” üzrə:
1.2.1. “10. Tədbirlər Planı” hissəsində:
1. 1.3.1-ci və 1.3.2-ci yarımbəndlərin “Tədbirin adı”, “Əsas icraçı” və “Digər icraçılar” sütunları aşağıdakı redaksiyada verilsin:
¹
Tədbirin adı
Əsas icraçı
Digər icraçılar
1.3.1.
Sənayedə istifadə olunmayan aktivlərin mərkəzi reyestrinin yaradılması
İqtisadiyyat
Nazirliyi
Kənd Təsərrüfatı Nazirliyi
1.3.2.
Mərkəzi reyestrə daxil
olan aktivlərin qiymətləndirilməsi
İqtisadiyyat Nazirliyi
2. həmin
hissəyə aşağıdakı məzmunda 1.3.1-1-ci və
1.3.2-1-ci yarımbəndlər əlavə edilsin:
¹
Tədbirin adı
Əsas icraçı
Digər icraçılar
1.3.1-1.
Sənayedə istifadə olunmayan
təbii resursların mərkəzi reyestrinin
yaradılması
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi
İqtisadiyyat Nazirliyi
1.3.2-1.
Mərkəzi reyestrə daxil olan təbii resursların qiymətləndirilməsi
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi
İqtisadiyyat Nazirliyi
3. əlavə
edilmiş 1.3.1-1-ci və 1.3.2-1-ci
yarımbəndlərin “İcra müddəti”
sütununa müvafiq olaraq “2017”, “2018–2020” rəqəmləri daxil edilsin;
4. 2.1.1-ci, 2.1.2-ci və 3.1.1-ci yarımbəndlərin “Digər icraçılar” sütununda “AZPROMO” sözü “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi” sözləri ilə əvəz edilsin;
1.3. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
1.3.1. 4.3-cü bəndin yeddinci
abzasının üçüncü
cümləsində “Turizm
Şurasının” sözləri “Dövlət Turizm Agentliyinin” sözləri
ilə əvəz edilsin;
1.3.2. “7. Strateji hədəflər” hissəsində 7.1-ci bəndin birinci abzasının ikinci cümləsində, 7.1.4-cü yarımbəndin “Tədbir 1.4.4: 2020-ci ildən sonra çimərlik turizminin təşviqi üzrə fəaliyyət planının hazırlanması” yarımbəndinin birinci abzasının birinci cümləsində, 7.2.1-ci yarımbəndin “Tədbir 2.1.2: Turizm sektorunun inkişafı istiqamətində düzgün koordinasiyanın qurulması məqsədilə işçi qrupların yaradılması”, “Tədbir 2.1.3: Strateji Yol Xəritəsinin prioritetlərinin nəzərdən keçirilməsi və icrasına başlanılması üçün mövcud proqramlara zəruri dəyişikliklərin edilməsi məqsədilə təkliflərin verilməsi” və “Tədbir 2.1.4: Prioritetlərin həyata keçirilməsi üçün monitorinq sisteminin yaradılması” yarımbəndlərinin birinci abzaslarının birinci cümlələrində, 7.2.5-ci yarımbəndin “Tədbir 2.5.2: Azərbaycanda aviaşirkətlərin sayının artırılması məqsədilə uyğun qiymətə xidmətlər təklif edən şirkətlərin və milli aviaşirkətlərin formalaşdırılmasının dəstəklənməsi” yarımbəndinin üçüncü abzasının ikinci cümləsində, 7.3.1-ci yarımbəndin “Tədbir 3.1.2: Naftalan nefti əsasında mövcud və yeni sağlamlıq məhsullarının təşviqi” yarımbəndinin birinci abzasının ikinci cümləsində, “Tədbir 3.1.3: Qalaaltı, Naftalan və Duzdağdakı mövcud yerləşdirmə alternativlərində, sağlamlıq xidməti göstərən müəssisələrdə və turistlər üçün digər cəlbedici yerlərdə bərpa və yenidənqurma işlərinin aparılması” yarımbəndinin birinci abzasının birinci cümləsində, “Tədbir 3.1.4: Bakı və Naftalan arasında sürətli və yüksəkkeyfiyyətli avtobus və qatar xidmətlərinə başlanılması” yarımbəndinin birinci abzasının ikinci cümləsində, 7.3.2-ci yarımbəndin “Tədbir 3.2.1: Nəqliyyat seçimlərinin yaxşılaşdırılması” yarımbəndinin birinci abzasının üçüncü cümləsində, “Tədbir 3.2.2: Qış turizm mərkəzlərində iclas, beynəlxalq konfrans və digər işgüzar tədbirlərin keçirilməsi” yarımbəndinin birinci abzasında, 7.4.1-ci yarımbəndin “Tədbir 4.1.1: Turizm sahəsində peşə təhsili və təlimi proqramlarının əlaqələndirilməsi üçün işçi qrupun yaradılması” yarımbəndinin birinci abzasında, “Tədbir 4.1.5: Digər sektor nümayəndələri üçün maarifləndirici seminarların təşkili” yarımbəndinin birinci abzasında ismin müvafiq hallarında “Turizm Şurası” sözləri ismin müvafiq hallarında “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin;
1.3.3. “7. Strateji hədəflər” hissəsində
“7.2.1. Prioritet 2.1. Turizm
Şurasının fəaliyyətinin təşkili” sözləri
“7.2.1. Prioritet 2.1. Turizm
sektorunda koordinasiyanın təşkili”
sözləri ilə, “10. Tədbirlər Planı” hissəsində
isə “2.1. Turizm Şurasının fəaliyyətinin
təşkili” sözləri “2.1. Turizm sektorunda koordinasiyanın təşkili”
sözləri ilə əvəz edilsin;
1.3.4. 7.2.4-cü
yarımbəndin “Tədbir 2.4.1: Beynəlxalq hava limanlarında, eləcə də bütün sərhəd buraxılış məntəqələrində
viza verilməsi mexanizminin
asanlaşdırılmasının nəzərdən
keçirilməsi” yarımbəndinin birinci
abzasının üçüncü
cümləsində və 7.2.5-ci yarımbəndin “Tədbir
2.5.1: 1.1-ci prioritetdə müəyyən edilmiş Bakı şəhərinin
2017–2020-ci illər üzrə marketinq və
kommunikasiya planına paralel
olaraq liberal hava nəqliyyatı üzrə
razılaşmaların əldə edilməsi məqsədilə
işçi qrupun
yaradılması” yarımbəndinin birinci
abzasının ikinci cümləsində
“Turizm Şurasının tərkibində”
sözləri “Dövlət Turizm Agentliyinin daxilində” sözləri ilə əvəz
edilsin;
1.3.5. 7.1.3-cü yarımbənddə “Tədbir
1.3.6: Azərbaycan Respublikasının diplomatik
nümayəndəliklərində turizm
nümayəndələrinin təyin olunması və
onların fəaliyyətinin təşkili” sözləri “Tədbir
1.3.6: Xarici prioritet bazarlarda
nümayəndəlik ofislərinin yaradılması” sözləri
ilə əvəz edilsin və həmin
yarımbəndin birinci abzasının birinci cümləsində “Mədəniyyət
və Turizm Nazirliyi müvafiq dövlət qurumları ilə
birlikdə” sözləri “Azərbaycan Turizm
Bürosu” sözləri ilə, “Azərbaycan
Respublikasının diplomatik nümayəndəliklərində
turizm nümayəndələri təyin
edərək, onların fəaliyyətini” sözləri “turizm nümayəndəlik ofislərinin
yaradılmasını” sözləri ilə əvəz edilsin;
1.3.6. “10. Tədbirlər planı” hissəsi
üzrə:
1. 1.3.6-cı yarımbəndin “Tədbirin
adı” sütununda “Azərbaycan
Respublikasının diplomatik nümayəndəliklərində
turizm nümayəndələrinin təyin
olunması və onların fəaliyyətinin təşkili”
sözləri “Xarici prioritet
bazarlarda nümayəndəlik ofislərinin
yaradılması” sözləri ilə əvəz edilsin;
2. 3.1.3-cü
yarımbəndin “Digər icraçılar” sütunundan
“, Turizm Şurası” sözləri
çıxarılsın;
3. 4.1.1-ci və
4.1.2-ci yarımbəndlərin “Əsas icraçı” sütununda “Turizm
Şurası” sözləri “Dövlət Turizm
Agentliyi” sözləri ilə əvəz edilsin və “Digər icraçılar” sütunundan “Dövlət Turizm
Agentliyi,” sözləri
çıxarılsın;
4. 4.1.5-ci
yarımbəndin “Əsas icraçı” sütununda
“Turizm Şurası” sözləri
“Dövlət Turizm Agentliyi”
sözləri ilə əvəz edilsin və
“Digər icraçılar” sütunundan
“Dövlət Turizm Agentliyi”
sözləri çıxarılsın;
1.3.7. “Mündəricat” hissəsinin 7.1.1-ci yarımbəndində, “1. QISA XÜLASƏ” hissəsinin “Cədvəl 1. Strateji Yol Xəritəsi çərçivəsində görüləcək tədbirlər üzrə gözlənilən nəticələr” bölməsinin 1.1-ci bəndinin ikinci sütununda, “4. Strateji baxış” hissəsinin 4.2-ci bəndinin dördüncü abzasının ikinci cümlələrində, “7. Strateji hədəflər” hissəsinin 7.1-ci bəndinin birinci abzasının birinci və ikinci cümlələrində, 7.1.1-ci yarımbəndinin adında, “Tədbir 1.1.1: Milli Turizm Təbliğat Bürosunun yaradılması” yarımbəndinin adında və birinci abzasının birinci cümləsində, “10. Tədbirlər planı” hissəsinin 1.1-ci bəndinin adında, 1.1.1-ci yarımbəndinin “Tədbirin adı” sütununda, 1.1.3-cü, 1.1.4-cü, 1.2.1–1.2.4-cü, 1.2.7–1.2.9-cu, 1.2.11-ci, 1.2.12-ci, 1.3.1–1.3.5-ci, 1.4.5-ci, 1.4.8-ci, 2.3.4-cü yarımbəndlərinin “Əsas icraçı” sütununda, 1.1.5-ci, 1.2.5-ci, 1.2.6-cı, 1.2.13-cü, 1.4.3-cü, 1.4.6-cı, 2.3.1-ci, 2.3.2-ci, 2.5.3-cü, 3.1.2-ci, 3.1.4-cü, 3.2.1-ci və 3.2.3-cü yarımbəndlərinin “Digər icraçılar” sütununda “Milli Turizm Təbliğat” sözləri “Azərbaycan Turizm” sözləri ilə, “4. Strateji baxış” hissəsinin 4.2-ci bəndinin beşinci abzasının dördüncü cümləsində “Milli Turizm Təbliğatı” sözləri “Azərbaycan Turizm” sözləri ilə əvəz edilsin;
1.4. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd
təsərrüfatı məhsullarının istehsalına və
emalına dair Strateji Yol Xəritəsi” üzrə:
1.4.1. 7.1.1-ci
yarımbəndin “Tədbir 1.1.5: Ərzaq məhsullarının
istehsalı, idxalı, ehtiyatları və ticarət axınları
üzrə vahid elektron
informasiya portalının
yaradılması” yarımbəndinin birinci
abzasında, 7.6.1-ci yarımbəndin “Tədbir 6.1.1: Regionlarda meyvə, tərəvəz, kartof və bostan məhsulları
üzrə topdansatış və logistika
xidmətlərini həyata keçirən bazar
infrastrukturu obyektlərinin qurulması”
abzasının birinci cümləsində
və 7.6.2-ci yarımbəndin “Tədbir 6.2.2: Kənd
təsərrüfatı və ərzaq məhsulları
üzrə tədarük sisteminin inkişaf etdirilməsi” abzasının ikinci cümləsində “Ərzaq məhsullarının
tədarükü və təchizatı” sözləri “Aqrar tədarük və təchizat” sözləri
ilə əvəz edilsin;
1.4.2. “10. Tədbirlər planı” hissəsi
üzrə:
1. 1.1.5-ci, 1.2.1-ci, 1.2.2-ci, 1.2.3-cü, 5.3.3-cü, 5.3.4-cü, 5.3.6-cı, 6.1.3-cü və 6.2.3-cü yarımbəndlərin “Digər icraçılar/Tövsiyə” sütununda “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC” sözləri “Aqrar tədarük və təchizat” ASC” sözləri ilə, 6.1.1-ci və 6.2.2-ci yarımbəndlərin “Əsas icraçı” sütununda “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC” sözləri “Kənd Təsərrüfatı Nazirliyi” sözləri ilə əvəz edilsin, 6.1.1-ci və 6.2.2-ci yarımbəndlərin “Digər icraçılar/Tövsiyə” sütunundan “Kənd Təsərrüfatı Nazirliyi,” sözləri çıxarılsın;
2.
1.3.2-ci, 7.3.4-cü, 7.4.1-ci, 8.1.1-ci, 8.2.3-cü, 8.4.1-ci,
8.4.2-ci, 8.4.3-cü, 8.4.5-ci və
8.4.6-cı yarımbəndlərin “Əsas icraçı” sütununda “Nazirlər Kabineti”
sözləri “Kənd Təsərrüfatı Nazirliyi” sözləri ilə əvəz edilsin, “Digər icraçılar/Tövsiyə”
sütunundan “Kənd Təsərrüfatı
Nazirliyi, ” sözləri
çıxarılsın;
3. 3.2.4-cü, 4.5.2-ci, 4.7.1-ci
yarımbəndlərin “Digər icraçılar/Tövsiyə”
sütununa
“Nazirliyi,” sözündən sonra, 4.4.2-ci və
8.1.4-cü yarımbəndlərin “Digər
icraçılar/Tövsiyə” sütununa
“Ədliyyə Nazirliyi,” sözlərindən
sonra “Qida Təhlükəsizliyi
Agentliyi,” sözləri, 5.1.1-ci və 5.1.2-ci yarımbəndlərin “Digər
icraçılar/Tövsiyə” sütununa
“Nazirliyi” sözündən sonra “, Qida Təhlükəsizliyi
Agentliyi” sözləri və 8.2.9-cu
yarımbəndin “Digər icraçılar/Tövsiyə” sütununa “yerli”
sözündən əvvəl “Qida Təhlükəsizliyi
Agentliyi, ” sözləri əlavə
edilsin;
4.
4.5.1-ci və 4.5.3-cü yarımbəndlərin “Əsas
icraçı” sütununda “Aqrolizinq” ASC” sözləri “Kənd Təsərrüfatı
Nazirliyi” sözləri ilə əvəz edilsin, “Digər icraçılar/Tövsiyə”
sütunundan “Kənd Təsərrüfatı
Nazirliyi, ” sözləri
çıxarılsın;
5.
9.3.1-ci yarımbəndin “Əsas icraçı” sütununda “Ədliyyə Nazirliyi”
sözləri “Kənd Təsərrüfatı Nazirliyi” sözləri ilə əvəz edilsin, “Digər icraçılar/Tövsiyə”
sütununa “İqtisadiyyat”
sözündən əvvəl “Ədliyyə Nazirliyi,
” sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 6, maddə 1238, ¹ 10, maddə 1991, ¹ 11, maddə 2287; 2019, ¹ 3, maddə 411, ¹ 4, maddə 619, ¹ 5, maddələr 839, 855, ¹ 6, maddə 1027) ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nın 4-cü hissəsinin “Göstərdiyi xidmətlər” sütununda “AZPROMO-nun” sözü “Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
25 fevral 2020-ci il
Xalq qəzeti 2020.- 27 fevral.- S.3.