Tovuzda bütün sahələrdə inkişaf var
Tovuz rayonunda
2019-cu ilin sosial-iqtisadi
inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olunmuşdur.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuş, ümummilli liderin əziz xatirəsini ehtiramla yad etmiş, Mədəniyyət Mərkəzinin foyesində təşkil olunmuş fotostendlərə baxmış, rayonun sosial-iqtisadi inkişafını əks etdirən video çarxı izləmişlər.
Rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov hesabat məruzəsi etmişdir. Qeyd olunmuşdur ki, 2019-cu il Tovuz rayonu üçün də uğurlu olmuşdur. Ötən il rayon iqtisadiyyatının əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi əvvəlki ilə nisbətən müqayisəli qiymətlərlə 11,6 faiz artaraq 482 milyon 246 min manat təşkil etmişdir. Bunun 66 faizi istehsal, 34 faizi isə xidmət sahələrinin payına düşür. Əvvəlki illə müqayisədə sənayedə 6,7 faiz, kənd təsərrüfatında 10 faiz, tikintidə 37,6 faiz, nəqliyyatda 26,6 faiz, rabitədə 13,3 faiz, ticarətdə 2,9 faiz artım olmuşdur. 2019-cu ilin yanvar-dekabr aylarında sənaye xarakterli xidmətlərin həcmi 16 milyon 880 min manat təşkil etmiş və 2018-ci illə müqayisədə 6,7 faiz çoxalmışdır. Hesabat dövründə büdcə gəlirləri 10 milyon 338 min manat proqnoza qarşı 14 milyon 288 min manat olmuşdur.
Rayon iqtisadiyyatının 45,6 faizini təşkil edən kənd təsərrüfatı sahəsində də müsbət dinamika hiss olunur. Hesabat dövründə rayon üzrə 220 milyon 49 min manat dəyərində 385 min 113 ton kənd təsərrüfatı məhsulları, o cümlədən, 50 min 52 ton dənli bitkilər istehsal olunmuşdur. Dənli bitkilərin məhsuldarlığı keçən illə müqayisədə 0,3 faiz artaraq 32,4 sentner, o cümlədən, buğdanın məhsuldarlığı 33 sentner olmuşdur.
Ötən il rayonda 158 min 706 ton kartof istehsal olunmuşdur. Məhsuldarlıq 33,5 sentner artaraq 250,5 sentnerə yüksəlmişdir.
Artıq
kartofçuluqla məşğul
olan iri fermer təsərrüfatları
meydana gəlir. “Azərbaycan Respublikası regionlarının
2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı”na
uyğun olaraq, məhsulun saxlanılması
və münasib vaxtda satılması məqsədilə
22 min 500 ton tutumu olan soyuducu anbar kompleksinin tikintisinə başlanmışdır. Logistik mərkəz
kimi fəaliyyət göstərəcək bu
obyektin tikintisi regionda kartofçuluğun
inkişafına əhəmiyyətli
təsir göstərəcəkdir.
Bu mövsümdə fermerlər
38,4 hektar istixanalarda 3072 ton məhsul
yetişdirmişlər. Məhsul satışından
4 milyon 100 min manat gəlir əldə olunmuşdur.
Hesabat ilində
20 hektar sahədə yeni üzüm bağları salınmış
və bununla da üzümlüklərin
ümumi sahəsi 745 hektara çatdırılmışdır.
Mövsüm ərzində rayonda
16 min 283 ton məhsul istehsal
olunmuşdur. Ötən illə müqayisədə
məhsuldarlıq 44 sentner
artaraq 245,6 sentnerə
çatmışdır.
Aşağı Quşçu kəndində
3 min tonluq üzüm
emalı müəssisəsi
yaradılmışdır. Keçən
il müəssisə
ilk dəfə olaraq fermerlərdən münasib
qiymətlərlə məhsul
qəbul etmişdir. Burada müasir texnologiyalar əsasında alkoqollu
içkilərin istehsalı,
süzülərək qablaşdırılması,
hazır məhsul şəklində bazarlara
çıxarılması planlaşdırılır.
Ötən il 26 hektar sahədə yeni müasir meyvə bağları salınmış və rayonda bağların ümumi sahəsi 1395 hektara çatdırılmışdır.
Mövsüm ərzində
bağlardan əvvəlki
ildəkindən 4095 ton çox
olmaqla 21 min 756 ton məhsul
götürülmüşdür.
Rayonda ötən il heyvandarlığın inkişafı
sahəsində də
müsbət nəticələr
əldə edildiyi qeyd olunmuş və bildirilmişdir ki, əvvəlki illə müqayisədə
ət istehsalı 3,1 faiz, süd istehsalı 10,8 faiz, yumurta istehsalı 2 faiz, yun istehsalı
0,2 faiz artmışdır. Heyvandarlıqda məhsuldarlığın artırılması və
mal-qaranın cins tərkibinin yaxşılaşdırılması
istiqamətində işlər
davam etdirilir.
2017-ci ildə inşasına başlanmış heyvandarlıq
üzrə 1500 başlıq aqroparkın tikintisi 2019-cu ildə başa çatmış
və fəaliyyətə
başlamışdır.
Rayonda ötən il
2981 yeni iş yeri açılmışdır
ki, bundan 1390-ı daimidir. O cümlədən
557 nəfər haqqı
ödənilən ictimai
işlərə cəlb
olunmuşdur.
2019-cu il ərzində
rayonda müxtəlif istiqamətlərdə aparılan
tikinti-quruculuq və abadlıq işləri haqqında məlumat verilmiş və qeyd olunmuşdur ki, keçən il rayonda region əhalisinə xidmət göstərəcək möhtəşəm
“ASAN xidmət” Mərkəzinin
tikintisi başa çatdırılmışdır. Qovlar şəhərində ölkə
Prezidentinin müvafiq sərəncamları ilə
inşa olunan 100 yerlik körpələr evi-uşaq bağçası,
Güvəndik və Şamlıq kəndlərində
modul tipli məktəblər tikilmişdir.
Alakol kəndində
624 şagird yerlik müasir məktəb tikilib istifadəyə verilmişdir. Hazırda Heydər Əliyev Fondunun dəstəyi ilə 1200 şagird yerlik Bozalqanlı kənd məktəbinin yeni binasının tikintisi, 480 şagird yerlik Köhnəqala və 627 şagird yerlik Dondar Quşçu kənd məktəblərinin,
həmçinin dövlət
investisiya proqramı çərçivəsində 1176 şagird yerlik Aşağı Quşçu
kənd tam orta məktəblərinin əsaslı
təmir işləri
aparılır.
Hesabat yığıncağında il ərzində
RİH başçısı aparatında vətəndaş
müraciətlərinə baxılması sahəsində
görülən işlər
ətraflı təhlil
olunmuş, bu sahədə nöqsanlara yol verən təşkilatların ünvanına
tənqidi qeydlər səslənmişdir.
Hesabat yığıncağında Azərbaycan
Respublikası Prezidenti
Administrasiyasının məsul
işçisi Orxan Mürsəlov çıxış
edərək ölkə
Prezidentinin həyata keçirdiyi daxili və xarici siyasət, ölkədəki
ictimai-siyasi vəziyyət,
həyata keçirilən
quruculuq işləri barədə tədbir iştirakçılarına ətraflı
məlumat vermiş, qarşıda duran vəzifələrdən danışmışdır.
Sonda hesabat yığıncağının iştirakçıları adından
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevə müraciət
qəbul olunmuşdur.
Hamlet Qasımov,
Xalq qəzeti 2020.- 29 fevral.- S.14.