Həzi Aslanovun yubileyi Belarusda qeyd olundu
Məlum
olduğu kimi, Prezidenti İlham Əliyev ötən il dekabrın 29-da iki dəfə Sovet İttifaqı Qəhrəmanı,
general-mayor Həzi
Aslanovun 110 illiyinin keçirilməsi
ilə bağlı sərəncam imzalamışdır. Sərəncamda deyilır: “…Dünyanın
faşizmdən qurtulması
uğrunda ağır
döyüşlərdə Həzi Aslanov mahir hərbi sərkərdə istedadı
nümayiş etdirmiş
və hərb salnaməsində yeni parlaq səhifələr açmışdır. Onun
göstərdiyi misilsiz
şücaət və
başçılıq etdiyi
tank alayının müstəsna
rəşadəti torpaqlarımızın
işğaldan azad edilməsinə hər an hazır olan
Azərbaycan Ordusunun bütün şəxsi heyəti üçün
əsl qəhrəmanlıq
nümunəsidir.”
Bu günlər ölkəmizdə və qəhrəmanın
döyüş
yolu keçdiyi məkanlarda bu yubiley təntənəli şəkildə qeyd olunur. Belə tədbirlərdən biri də Minskdə, Belarus
Dövlət Böyük
Vətən Müharibəsi
Muzeyində
Azərbaycanın Minskdəki səfirliyi tərəfindən
keçirilmişdir.
Tədbirdə Belarusda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri,
Belarus Ali Hərb Məktəbinin
və Fövqəladə
Hallar Nazirliyinin kursantları, yerli ictimaiyyətin nümayəndələri
və diaspor təmsilçiləri iştirak
etmişlər.
Mərasimdə çıxış edən
Azərbaycanın Belarus
Respublikasındakı səfiri Lətif Qəndilov Böyük Qələbənin 75 illiyi
çərçivəsində keçirildiyini bildirmişdir.
O demişdir:
“Biz Həzi Aslanov kimi qəhrəmanlarımızın
timsalında gənc nəslimizi yetişdiririk”.
L.Qəndilov “Baqration” əməliyyatının
gedişində Həzi Aslanovun 35-ci qvardiya tank
briqadasının Vileyka, Borisov,
Smorqon və Minsk
şəhərlərini azad etdiyini bildirmişdir. Səfir
Həzi Aslanovun Vileyka
şəhərini alman faşistlərindən
bir güllə atmadan
azad etməsinin onun böyük və istedadlı sərkərdə
olmasının bariz nümunəsi olduğunu söyləmişdir. L.Qəndilov demişdir ki, yalnız
1944-cü ilin iyul
ayında Həzi Aslanova Ali
Baş Komandan İ.Stalin tərəfindən 8 dəfə təşəkkür
elan edilmişdir. 34
yaşında iki dəfə Sovet
İttifaqı Qəhrəmanı
adına layiq görülmüş, ona general-mayor hərbi
rütbəsi verilmişdir.
Belarus Müdafiə nazirinin müavini Sergey Patapenko
çıxışında
SSRİ xalqlarının çiyin-çiyinə
döyüşdüklərini və Azərbaycan oğul və qızlarının qəhrəmanlıqları
ilə fərqləndiklərini bildirmişdir.
S.Patapenko ətraflı şəkildə Həzi Aslanovun Stalinqradda
mühasirəyə düşmüş alman ordusuna köməyə
gedən general Manşteynin
qarşısını necə kəsdiyi haqqında və Baqration əməliyyatının həyata
keçirilməsində göstərdiyi şücaət və
qəhrəmanlıqlar barədə fəxrlə
danışmışdır.
Belarus XİN-in xüsusi
tapşırıqlar üzrə səfiri İqor
Miqidoviç
demişdir ki, Həzi
Aslanov ölməz qəhrəmanlığı
ilə Böyük Vətən müharibəsinin
şərəfli səhifələrini yazmışdır.O,
Həzi Aslanovun rəhbərliyi ilə təkcə
Belarusun Borisov şəhərinin
azad edilməsi əməliyyatında
düşmənin 8 min nəfər şəxsi
heyətinin məhv edildiyini
xatırladıb: “Belarus xalqı iki dəfə Sovet
İttifaqı Qəhrəmanı Həzi Aslanovu
hörmətlə xatırlayır. Belarusun
tarixinə qardaş Azərbaycandan olan qəhrəmanların adları əbədi
yazılmışdır”.
“Belaya Rus”
İctimai Birliyinin sədri
Qennadi Davıdko, Belarus
Veteranlar Cəmiyyətinin sədri İvan Qordeyçik tədbirin
keçirilməsinə görə səfirliyə təşəkkürlərini
bildirdilər. Belə tədbirlərin
keçirilməsinin
xalqlarımız arasında
münasibətlərə əvəzsiz töhfə olduğunu
dedilər.
Səfir L.Qəndilov Azərbaycan qəhrəmanının
xatirəsini əziz tutduqlarına,
respublikamızın suverenliyini və ərazi bütövlüyünü
dəstəklədiklərinə görə Belarus
xalqına və Prezident Aleksandr
Lukaşenkoya təşəkkünü bildirmişdir. Tədbirin davamında Həzi Aslanova həsr olunmuş sənədli
və bədii filmlər nümayiş etdirilmişdir. Tədbir
iştirakçıları filmləri böyük
maraqla izləmiş və
alqışlarla qarşılamışlar.
Tədbir iştirakçıları, eyni zamanda, Belarusun azad olunmasında iştirak etmiş, Sovet İttifaqı Qəhrəmanı olan 14 azərbaycanlının şəkillərindən ibarət stendlə tanış olmuş və birgə fotoşəkil çəkdirmişlər. Tədbirin sonunda səfirlik tərəfindən ziyafət təşkil olunmuşdur.
M.MÜKƏRRƏMOĞLU,
Xalq qəzeti 2020.- 29 fevral.- S.15.