Azərbaycan Respublikası
Nazirlər Kabinetinin “Azərbaycan
Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə
Ekspertizası Mərkəzinin bəzi məsələləri
haqqında” 2001-ci il 23 may
tarixli 99 nömrəli, “Məhkəmə-Psixiatrik
Ekspertiza Mərkəzinin
yaradılması haqqında” 2002-ci il 6 avqust tarixli 125 nömrəli, “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin bəzi məsələləri
haqqında” 2003-cü il 17 yanvar
tarixli 8 nömrəli qərarlarında dəyişiklik
edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN QƏRARI
¹ 229 Bakı
şəhəri, 29 iyun 2020-ci il
“Dövlət
məhkəmə ekspertizası fəaliyyəti haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi
barədə” Azərbaycan Respublikasının 2019-cu il 29
noyabr tarixli 1709-VQD nömrəli Qanununun tətbiqi və
“Dövlət məhkəmə ekspertizası fəaliyyəti
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il
15 yanvar tarixli 252 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2019-cu il 18 dekabr tarixli 883 nömrəli Fərmanının
1.2-ci bəndinə əsasən Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikası
Ədliyyə Nazirliyinin Məhkəmə
Ekspertizası Mərkəzinin bəzi məsələləri
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 99 nömrəli
Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹
5, maddə 349; 2004, ¹ 4, maddə 287; 2005, ¹
1, maddə 52; 2006, ¹ 5, maddə 470, ¹ 10, maddə 902)
preambulasında “Dövlət məhkəmə” sözləri
“Məhkəmə” sözü ilə əvəz
edilsin.
2. “Məhkəmə-Psixiatrik Ekspertiza Mərkəzinin yaradılması
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 6 avqust tarixli 125 nömrəli
Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹
8, maddə 536; 2004, ¹ 4, maddə 287; 2005, ¹ 1, maddə 52, ¹ 7,
maddə 663; 2006, ¹ 5, maddə 473, ¹ 7, maddə
634) preambulasında “Dövlət məhkəmə” sözləri
“Məhkəmə” sözü ilə əvəz
edilsin.
3. “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 17 yanvar tarixli 8 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, ¹ 1, maddə 71; 2005, ¹ 1, maddə 52; 2006, ¹ 7, maddə 634) preambulasında “Dövlət məhkəmə” sözləri “Məhkəmə” sözü ilə əvəz edilsin.
Əli
ƏSƏDOV
Azərbaycan
Respublikasının Baş Naziri
Xalq qəzeti 2020.- 2 iyul.- S.6.