Azərbaycan Respublikası
Nazirlər Kabinetinin “Azərbaycan
Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi
aktların təsdiq edilməsi haqqında” 2006-cı il 7 mart tarixli
65 nömrəli və “Azərbaycan Respublikasında
baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2007-ci il 22 may tarixli 80 nömrəli
qərarlarında dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN QƏRARI
¹ 221 Bakı
şəhəri, 29 iyun 2020-ci il
“Azərbaycan
Respublikası Prezidentinin “Baytarlıq haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci
il 22 noyabr tarixli 316 nömrəli və “Azərbaycan
Respub-likasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin
təmin edilməsi haqqında” 2017-ci il 13 noyabr tarixli 1681
nömrəli fərmanlarında dəyişiklik edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15
aprel tarixli 988 nömrəli Fərmanının 3.2-ci bəndinə
əsasən Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
1. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2006-cı il 7 mart tarixli
65 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 3, maddə 293; 2009, ¹ 1, maddə
34; 2014, ¹ 7, maddə 934; 2015, ¹ 1, maddə 64, ¹ 2, maddə 227;
2018, ¹ 9, maddə 1937, ¹ 12 (II kitab), maddə
2721; 2019, ¹ 5, maddə 972, ¹ 7, maddə 1340; 2020, ¹ 4, maddə 484) ilə təsdiq edilmiş
“Azərbaycan Respublikası Dövlət baytarlıq nəzarəti
vacib olan obyektlərin
mülkiyyətçilərinin vəsaiti hesabına qanunla müəyyən edilmiş
tədbirlərin maliyyələşdirilməsinin Qaydası və
Şərtləri”nin III hissəsinin 1-ci bəndi
aşağıdakı redaksiyada verilsin:
“1. “Baytarlıq haqqında” Azərbaycan
Respublikası Qanununun 39.2-ci maddəsində
nəzərdə tutulmuş baytarlıq
xidməti və nəzarəti tədbirlərinə (“Dövlət
rüsumu haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə
tutulmuş tədbirlər istisna
olmaqla) görə alınan xidmət
haqqının məbləği Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən
müəyyən edilir.”.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 22 may tarixli 80 nömrəli
Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹
5, maddə 550; 2008, ¹ 7, maddə 673; 2009, ¹ 1, maddələr 32,
34; 2015, ¹ 2, maddə 227, ¹ 7, maddə 886; 2018, ¹
12 (II kitab), maddələr 2721, 2734) ilə
təsdiq edilmiş “Mikroorqanizm
və parazitar xəstəliklərin
törədiciləri ştammla-rının Milli
Kolleksiyasının yaradılması və fəaliyyəti
Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. 1.4-cü bənddə “Kənd
Təsərrüfatı Nazirliyi
yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (bundan sonra – Dövlət
Baytarlıq Nəzarəti Xidməti)” sözləri “Azərbaycan
Respublikasının Qida Təhlükəsizliyi
Agentliyi (bundan sonra – Agentlik)” sözləri
ilə əvəz edilsin;
2.2. 2.4-cü bəndin birinci cümləsində “Dövlət
Baytarlıq Nəzarəti Xidmətinin göstərişi ilə
onun hərtərəfli öyrənilməsi
və saxlanması üçün Azərbaycan
Dövlət Baytarlıq Preparatlarına Elmi
Nəzarət İnstitutuna (bundan sonra – institut)” sözləri və ikinci
cümləsində “Dövlət Baytarlıq Nəzarəti
Xidməti” sözləri ismin müvafiq hallarında “Agentlik”
sözü ilə əvəz edilsin;
2.3. 2.5-ci bənddə “İnstitutda fəaliyyət göstərən” sözləri “Agentlik tərəfindən” sözləri ilə əvəz edilsin.
Əli
ƏSƏDOV
Azərbaycan
Respublikasının Baş Naziri
Xalq qəzeti 2020.- 2 iyul.- S.6.