Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 4 oktyabr tarixli 375 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

¹  234      Bakı şəhəri, 1  iyul 2020-ci il

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 4 oktyabr tarixli 375 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 10, maddə 1694; 2019, ¹ 4, maddə 756) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 1.6-cı bəndi aşağıdakı redaksiyada verilsin:

“1.6. Cəmiyyətin hüquqi ünvanı: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi, ev 1, AZ 5002.”.

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

Xalq qəzeti  2020.- 3 iyul.- S.2.