Azərbaycan polisi
xalqın böyük etimadını
qazanıb
2 iyul
polis işçilərinin peşə
bayramıdır
Dövlətçiliyimizin əsas
sütunlarından olan Azərbaycan polisi şərəfli bir
yol keçib. Asayiş və nizam-intizam,
ictimai təhlükəsizlik və sabitlik, haqq və ədalət
daim Azərbaycan polisinin
qoşa qanadlarını təşkil edib, onun cəmiyyətlə
münasibətlərində həlledici rol
oynayib. Məhz bu amillərdən çıxış edərək
ümummilli lider Heydər
Əliyev bütün zamanlarda
Azərbaycan polisini dövlətin,
xalqın keşiyində dayanan mübariz bir orqan kimi xarakterizə etmiş və onu xoşbəxt,
mütərəqqi cəmiyyətin təməli
adlandırmışdır.
Məlum olduğu kimi, iyulun 2-si ölkəmizdə
polis işçilərinin peşə
bayramıdır. Azərbaycan polisi
yaranmasının 102-ci ildönümünü
qeyd edir. Bu münasibətlə sabiq
polis polkovniki, Qarabağ müharibəsi veteranı, Bakı Slavyan Universiteti Azərbaycanşünaslıq
və slavistika elmi-tədqiqat
laboratoriyasının müdiri, hüquq üzrə fəlsəfə doktoru Sadir Məmmədovla
görüşdük. Onunla
müsahibəni təqdim edirik.
– Sadir müəllim, ömrünüzün böyük
hissəsi polis orqanlarında keçib. Nələri qeyd
etmək istərdiniz?
– Polis adı mənim üçün, həqiqətən, əzizdir. Gənclik illərimdən daxili işlər orqanlarında çalışmışam. SSRİ dövrü idi. 1973-cü ildə Özbəkistana gedib, orada daxili işlər orqanlarında xidmətə qəbul olundum. Elə həmn ilin oktyabrında Buxara vilayətinin Nəvai Şəhər Daxili İşlər Şöbəsinin cinayət axtarışı bölməsinə əvvəl əməliyyat müvəkkili, sonra isə baş əməliyyat müvəkkili təyin olundum. Bir qədər keçəndən sonra Buxara Şəhər Daxili İşlər İdarəsinin cinayət axtarışı şöbəsinin rəisi vəzifəsinə irəli çəkildim.
Harada işləmişəmsə,
əməyimə yüksək qiymət verilib,
mənə etimad göstərilib. Bu etimadın nəticəsidir ki,
təhsilimi davam etdirmək üçün 1982-ci ildə Moskvaya
– SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasına göndərildim.
Akademiyanı 1984-cü ildə fərqlənmə diplomu ilə bitirdikdən sonra
təyinatla Bakı Milis Məktəbinə
göndərildim. Burada qısa müddətdə
adi müəllimdən kafedra
rəisinə kimi yüksəldim.
Qarabağda müharibə başlayanda Daxili
İşlər Nazirliyinin Baş
Cinayət Axtarışı İdarəsində mühüm işlər üzrə baş əməliyyat müvəkkili idim. Vəziyyətlə əlaqədar olaraq nazirin əmri ilə
Xankəndiyə ezam olundum.
Müharibənin bütün faciələrini
görmüş veteranam.
1993-cü ilin oktyabrında yenidən
DİN-ə çağırılaraq Narkomaniya
və Narkobiznesə Qarşı Mübarizə İdarəsinin
rəis müavini vəzifəsinə təyin
olundum. Sonrakı illərdə də
müxtəlif vəzifələrdə
çalışmışam. Bir sözlə,
harada işləmişəmsə,
etimadı doğrultmağa
çalışmışam. Bu gün polis
sıralarına daxil olan
gənclərə də birinci tövsiyəm
budur ki, polis adını, polis ləyaqətini
qorusunlar.
– İyulun 2-si peşə gününüzdür. Azərbaycan polisi 102 illik tarixi bir yol
keçib. Bununla
bağlı fikrinizi bilmək istərdik.
– Polis işçilərinin günü ulu öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmanla təsis edilib. 1918-ci il iyulun 2-də Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanları yaradılıb. Bu orqanlar 1918-1920-ci illərdə böyük vətənpərvərliklə ilk müstəqil dövlətimizin milli maraqlarının müdafiəsində mühüm rol oynayıb. Cümhuriyyətin süqutundan sonra Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu 70 il ərzində inkişaf edib, ictimai asayişin qorunmasında yüksək nəticələr və zəngin təcrübə qazanıb. Xüsusilə, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın iqtisadi, sosial və digər sahələrdə böyük uğurlar qazandığı 1970-1980-ci illər Azərbaycan SSR Daxili İşlər Nazirliyinin tarixinə ən mühüm mərhələ kimi düşüb.
Bu dövrdə ümummilli lider böyük
uzaqgörənliklə daxili işlər
orqanlarının təşkilati və ideoloji
cəhətdən möhkəmlənməsi,
sıralarının saflaşdırılması, peşəkar
kadrların irəli çəkilməsi ilə bağlı mühüm qərarlar qəbul edib. Şəxsi heyətin,
məhz milli ruhda
formalaşmasının nəticəsi idi
ki, 1988-ci ildə Ermənistanın Azərbaycana
qarşı hərbi təcavüzünü ilk
olaraq rəşadətlə dəf edən
nizami qüvvə milis,
sonrakı illərdə Daxili Qoşun hissələri oldu.
Bu döyüşlərdə
1695 polis əməkdaşı və hərbi
qulluqçu şəhidlik zirvəsinə
ucaldı, 1710 nəfər isə yaralandı. Göstərdikləri
şücaət və igidliklərə görə 67 nəfər
Azərbaycanın Milli Qəhrəmanı
adına, 1143 nəfər orden və medallara layiq görüldü.
Müstəqilliyimizin sonrakı illərində
də daxili işlər orqanlarının
fəaliyyəti gərgin olub. Belə ki, cinayətkarlığa qarşı
mübarizədə, qayda-qanunun
qorunması və ictimai təhlükəsizliyin
təmin edilməsi vəzifələrini yerinə yetirərkən
99 polis əməkdaşı və hərbi
qulluqçu həlak olub,
2640 nəfər xəsarət alıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin respublikamıza rəhbərlik etməyə başladığı dövrdən isə Azərbaycan polisi uğurlara və yüksəlişə doğru inamla irəliləyən müstəqil dövlətimizin simvoluna çevrildi. Dövlətimizin başçısının həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün bütün lazımi tədbirlər görülüb. Ötən 17 ildə xidməti fəaliyyətin cəmiyyətin maraqlarına tam cavab verməsi, qabaqcıl beynəlxalq təcrübəyə uyğun qurulması məqsədilə müxtəlif fərman və sərəncamlar imzalanıb. O cümlədən, nazirliyin strukturunun və normativ hüquqi bazasının təkmilləşdirilməsi, maddi-texniki təchizatının yaxşılaşdırılması, şəxsi heyətin sosial müdafiəsinin və demokratik cəmiyyətdə polisin rolu haqqında məlumatlandırma işinin gücləndirilməsi üzrə Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2004-cü ildə qəbul edilmiş dövlət proqramı əsasında mühüm əhəmiyyət kəsb edən tədbirlər görülüb.
Bu gün
Azərbaycan polisi güclü
maddi-texniki bazası, ictimai
asayişin, qanunçuluğun
və hüquq qaydalarının
qorunması üzrə dəqiq təşkil edilmiş
sistemi və peşəkar kadr
korpusu olan vahid mərkəzləşdirilmiş
hüquq-mühafizə orqanıdır. Prezident İlham
Əliyevin diqqət və qayğısı sayəsində davam edən bu inkişaf və modernləşmə vətəndaşlarımızın
qanunla qorunan hüquq və mənafelərini etibarlı
müdafiə etməyə, cinayətkarlığa, onun transmilli mütəşəkkil
növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri
görməyə tam imkan
verir.
–Yuxarıda qeyd etdiyiniz kimi, Azərbaycan polisinin fəaliyyəti dövlət tərəfindən
daim yüksək qiymətləndirilmiş,
xalq isə onun asayişini qoruyan bu mübariz orqanın əməkdaşlarına
minnətdarlıq hissi ilə
yanaşmışdır. Amma bəzən
elələri də tapılır ki, Azərbaycan
polisi haqqında həqiqətə uyğun olmayan fikirlər
də səsləndirirlər. Belələrinə nə demək
istərdiniz?
–Birmənalı şəkildə bildirirəm ki, polislərimiz haqqında belə əsassız
uydurmaları və iftiraları səsləndirənlər Azərbaycanı
sevməyən, xaricdən maliyələşən antimilli, xəyanətkar ünsürlərdir.
Onlar şayiələr yaymaqla,
bohtan və şər kampaniyası aparmaqla dövlətimizi, onun
keşiyində dayanan cəsarətli Azərbaycan
polisini gözdən salmağa
çalışırlar. Lakin tam əminliklə bildirirəm ki,
heç nəyə nail
ola bilməyəcəklər. Çünki Azərbaycan xalqı ilə Azərbaycan
polisi yekdildir, xalq öz polisinə
inanır, etibar edir.
Biz Azərbaycan polisinin bu pandemiya
günlərində rahatlıq, dinclik bilmədən
necə çalışdığının, xalqın səhhətinin,
sağlamlığının keşiyində necə
ayıq-sayıq dayandığının hər gün şahidi oluruq. Onlar bizim
övladlarımızdır, həyatlarını riskə
atıb bizi qorumaq üçün əllərindən gələni
edirlər.
DİN strukturlarına bu gün general-polkovnik Vilayət Eyvazov kimi qətiyyətli və cəsarətli bir insan rəhbərlik edir. Onun təcrübəsi, zəkası Azərbaycan polisinin peşəkarlığının, mənəvi-əxlaqi keyfiyyətinin, vətənpərvərlik ruhunun yüksəlməsində böyük rol oynayacağına əminəm. Bu gün Azərbaycan polisi bacarığına, qabiliyyətinə görə dünyanın ən qabaqcıl ölkələrinin polis orqanları ilə bir cərgədədir.
Müsahibəni
yazdı: M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti $2020.- 2 iyul.- S.10.