Dövlətçilik naminə
fədakarlıq
Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, “Baku” jurnalının təsisçisi və baş redaktoru, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu mədəniyyətlərarası dialoqunun baş koordinatoru, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının üzvü, “Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq” İctimai Birliyinin (IDEA) təsisçisi və sədri Leyla xanım Əliyevanın doğum günüdür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın böyük qızı Leyla Əliyeva 1985-ci il iyulun 3-də Moskva şəhərində dünyaya göz açıb. Bakıda 160 saylı məktəbdə orta təhsilini başa vuran Leyla Əliyeva İsveçrədə və Böyük Britaniyada ali təhsilə yiyələnib. 2006-2008-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda politologiya fakültəsinin dünya siyasəti ixtisası üzrə magistr pilləsini bitirib.
Leyla xanım Əliyeva geniş aspektli ictimai fəaliyyəti ilə diqqət çəkir. Belə ki, onun 8 may 2008-ci ildə “Xocalıya ədalət!” kampaniyasına başlaması istər ölkəmizdə, istərsə də beynəlxalq arenada böyük əks-səda doğurmuşdu. Kampaniyanın fəaliyyəti nəticəsində bir sıra dövlətlərin parlamentləri tərəfindən Xocalı faciəsinin rəsmi şəkildə soyqırımı kimi tanınmasına və Ermənistanın Azərbaycana qarşı təcavüzünün pislənməsinə nail olunub. İndiyədək Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın 100-ə yaxın ölkəsində bu faciə ilə əlaqədar tədbirlər keçirilib. Bu tədbirlər öz müsbət nəticələrini verməkdədir. Belə ki, İslam Əməşdaşlıq Təşkilatı, Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama və Sudan parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətillərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya, Serbiya, İordaniya parlamentləri, eləcə də ABŞ ştatlarının bir çoxunun icra və qanunvericilik orqanları Xocalı faciəsinə dair müvafiq qətnamələr qəbul edib. Bu və digər faktlar beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətlərinə verdiyi qiymətin göstəricisidir.
Leyla xanım 2008-ci ilin may ayından İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu mədəniyyətlərarası dialoqunun baş koordinatoru vəzifəsində çalışır. İslam Konfransı Təşkilatının gənclər forumu ilə birgə “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına start verilməsi də fondun Moskva filialının fəaliyyəti ilə bağlıdır. Tunisdə İSESCO-nun Baş Assambleyasının 10-cu sessiyasında imzalanmış protokol “Xocalıya ədalət!” beynəlxalq məlumat təşviqat kampaniyasına dəstək verilməsi və dünya miqyasında təhsil, elm və mədəniyyət sahələrində birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Həyata keçirilən ardıcıl və kompleks tədbirlərin məntiqi nəticəsi olaraq yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü ifşa olunur.
Leyla xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən tədbirlər və qlobal layihələr nəinki ölkəmizdə, o cümlədən, beynəlxalq aləmdə də yüksək qiymətləndirilir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə o, xeyriyyəçilik, təhsil, səhiyyə və digər məsələlərlə bağlı humanitar addımların da təşəbbüskarlarındandır. Leyla Əliyevanın vitse-prezidenti olduğu Heydər Əliyev Fondu indiyədək təhsil sahəsində məktəblərin, uşaq bağçalarının və uşaq evlərinin inşa edilməsi və yenidən qurulması, orta və ali məktəblərin dərsliklərlə təmin olunması, internat məktəblərində xeyriyyə tədbirlərinin həyata keçirilməsi, səhiyyə sahəsində yeni sağlamlıq müəssisələrinin inşası və yenidən qurulması, müalicə-diaqnostika, reabilitasiya mərkəzlərinin yaradılması, diabetli, talassemiyalı xəstələrə qayğı və onların müalicəsinin təşkil edilməsi, qanvermə aksiyalarının keçirilməsi, mədəniyyət sahəsində uşaq musiqi məktəblərinin inşası, bağçaların təmiri kimi böyük layihələrə imza atıb.
O, həmçinin bəşəriyyəti narahat edən qlobal problemlərə də ciddi yanaşması ilə də fərqlənir. Belə ki, 2015-ci ilin may ayında Leyla Əliyeva aclıqla mübarizə, ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatının səmərəliyinin artırılması, sağlam ərzaq sistemlərinin yaradılması kimi məqsədlərə nail olunmasında verdiyi töhfəyə görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri adına layiq görülüb.
Leyla Əliyeva 2007-ci il mayın 10-dan Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyinin rəhbəridir. Fondun Rusiya nümayəndəliyinin çoxşaxəli fəaliyyətində mədəniyyətlərarası dialoq, tolerantlıq, multikulturalizm məsələlərinə xüsusi diqqət yetirilir. Buna görə də, nümayəndəliyin rəhbərinin dəstəyi ilə Moskvada "Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu.Bakı forumu” kitabının çapdan çıxması Azərbaycan reallıqlarını özündə ehtiva edən fakt kimi böyük diqqət və maraqla qarşılanmışdı.
Leyla xanım 2007-ci ildən
“Baku” jurnalının baş
redaktorudur. Moskvada nəşr edilən jurnalda Azərbaycanın tarixi,
mədəniyyəti, incəsənəti, adət-ənənələri
və müasir həyatı haqqında materiallar təqdim olunur. 2011-ci ildən
"Baku" jurnalının ingilisdilli versiyası -
"Baku International" nəşr edilir. Jurnal təkcə Bakı
ilə Moskva, həmçinin Rusiyanın
başqa regionları arasında da körpü rolunu oynayır, xalqımızın
mədəniyyəti, tarixi
ilə maraqlananlar üçün dəyərli
nəşr kimi qiymətləndirilir.
Leyla Əliyeva
həm də Rusiyadakı Azərbaycanlı
Gənclər Təşkilatının
(RAGT) sədridir. Xüsusilə qeyd etmək
lazımdır ki, Azərbaycanın xarici siyasətində diaspor təşkilatlarınln güclənməsi,
xaricdə yaşayan vətəndaşların fəallığının
artırılması və
onların Azərbaycanın
haqq işinə dəstək verilməsində
iştirakının stimullaşdırılması,
azərbaycanlıların yaşadıqları
ölkələrdə ictimai-siyasi
proseslərdə yer almasının təşviq
edilməsi əsas hədəflərdəndir. Bu mənada xaricdəki
diaspor təşkilatlarımızın
üzərinə böyük
məsuliyyət düşür.
Leyla Əliyevanın rəhbərlik
etdiyi RAGT bu istiqamətdəki fəaliyyəti
ilə seçilir.
Artıq
Rusiyanın 70-dən çox
regionunda RAGT-ın bölmələri fəaliyyət
göstərir. Bundan başqa,
RAGT tərəfindən həyata
keçirilən layihələr
cəmiyyətin ən
müxtəlif təbəqələrini
əhatə edir.
Bu çərçivədə
müxtəlif idman yarışlarını, gənclər
arasında bilik olimpiadalarını, “Qanın
milləti yoxdur” adlı layihəni, konfrans və sərgilərin təşkilini
xüsusilə qeyd etmək lazımdır.
Leyla xanım
təbiətsevərliyi ilə
də tanınır.
O, 2011-ci il iyulun 12-də Azərbaycanda
və dünyada ekoloji məsələlər
ilə bağlı ictimai maarifləndirmə işinin gücləndirilməsi
ilə əlaqədar
IDEA kampaniyasının əsasını
qoymaqla ana təbiətə olan böyük sevgisini təsdiqləmişdir. Təsadüfi deyil ki, IDEA planetimizin üzləşdiyi
ekoloji problemlərin həllində gənclərin
aktiv iştirakını
təmin etməyi hədəfləyib. “Gələcək bizim əlimizdədir!” şüarı
ilə getdikcə fəaliyyətini daha da genişləndirən
IDEA gənc nəsli müsbət və davamlı ekoloji dəyişiklik yaratmağa
hazırlamaq naminə
dialoq, fəaliyyət,
liderlik və təhsil kimi başlıca hədəflərə
istiqamətləndirir. Bu kampaniya çərçivəsində
müxtəlif layihələr
həyata keçirilib.
Bundan başqa, IDEA tərəfindən
tələbələr arasında
ən yaxşı inşa müsabiqələrinin
qalibləri mükafatlandırılıb,
IDEA-nın təşəbbüsü
ilə keçirilən
“Yer Kürəsi Günü”ndə müxtəlif
layihələrə imza
atılıb. İDEA İctimai Birliyinin “Yer saatı” aksiyası da böyük maraqla qarşılanıb. Həmçinin, Heydər Əliyev Fondu və İDEA İctimai Birliyi ilə birlikdə “Ağacların kəsilməsinə
yox!” proqramı həyata keçirilib.
2014-cü il mayın 7-də Bakıda
IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti
(bəbir və digər pişikkimilərin
mühafizəsi) təşkil
olunub.
Heydər Əliyev Fondunun fəaliyyətində mədəniyyətlərarası
dialoqa mühüm diqqət yetirilir. Bakıdakı Müqəddəs Məryəm
kilsəsinin yenidən
qurulması, Strasburq kafedral kilsəsinin, Luvr Muzeyinin, Versal Sarayının təmiri buna misal göstərmək olar. Fondun, o cümlədən qurumun vitse-prezidenti Leyla Əliyevanın fəaliyyətində milli
- mənəvi dəyərlərimizin
qorunması və təbliği, mədəniyyətlərarası
dialoqun təşviqi,
dini məbədlərin
qorunması və bərpasına dəstək
verilməsi də xüsusi diqqət çəkən məqamlardan
biridir. Leyla xanım Əliyeva Həştərxan şəhərində
Müqəddəs Mələksima
Knyaz Vladimirin abidəsinin ucaldılmasına
göstərdiyi köməyə
və Rusiyada xristianlığın qəbul
edilməsinin 1025-ci ildönümü
ilə əlaqədar,
həmçinin Rusiya
və Azərbaycan arasında dostluğun möhkəmləndirilməsi sahəsində
çoxsaylı xidmətlərinə
görə bütün
Rusiyanın Patriarxı
Kirillin sərəncamı
ilə Rus Pravoslav Kilsəsinin ali ordeni olan
III dərəcəli Müqəddəs
Apostola bərabər Knyaginya Olqa ordeni ilə təltif edilib.
Yaradıcılıq sahəsində də dünyada tanınan Leyla Əliyeva fəal bədii fəaliyyətlə bərabər,
həm də dünyanın tanınmış
mütəxəssisləri tərəfindən yüksək
qiymətləndirilən tabloların
müəllifidir. Onun Paris, Berlin,
London və Moskva şəhərlərində əsərləri
nümayiş etdirilib.
Rəssamlıq, rejissorluq kimi
sahələrlə yanaşı,
Leyla Əliyevanın öz babası, ulu öndər Heydər Əliyevə həsr etdiyi “Elegiya” şeiri orta məktəblərin
5-ci sinif ədəbiyyat
dərsliklərinə də
salınmışdır. Onun “Sanki bir alovsan” şeirlər
toplusu Türkiyənin
nüfuzlu “BENGÜ” brendi
ilə oxuculara təqdim olunan “Azərbaycan ədəbiyyatı”nın seçilən
nəşrləri sırasına
daxildir. Leyla Əliyevanın “Dünya yuxutək əriyir...” şeirlər kitabı Bakıda Azərbaycan dilində, Tehranda farsca, Londonda ingiliscə, “Ulduzlar göylərdə düzülsəydi
sırayla” kitabı Moskvada rusca, Minskdə belarus dilində nəşr olunub və geniş oxucu kütləsinin sevgisini qazanıb. Bundan başqa, Özbəkistandakı
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin
layihəsi ilə Heydər Əliyev Fondunun vitse-prezidenti, şair Leyla Əliyevanın “Dünya yuxutək əriyir...” şeirlər kitabı özbək dilinə tərcümə olunaraq Daşkənddə çapdan
çıxıb.
Bir sözlə,
Leyla Əliyevanın çoxaspektli fəaliyyəti
Azərbaycanın müsbət
imicinin formalaşmasına
böyük töhfələr
verir. Əsas amalı dövlətçiliyə
xidmət olan Leyla xanım Əliyeva doğma xalqına fayda verə biləcək bir iş görməyə
imkan varsa, həmin imkandan məmnuniyyətlə istifadə
edəcəyini deyir.
“Xalq qəzeti”nin kollektivi Leyla xanım Əliyevanı doğum günü münasibətilə
səmimi qəlbdən
təbrik edir, ona çox dəyərli fəaliyyətində
uğurlar arzulayır.
Xalq qəzeti 2020.- 3 iyul.- S.3.