Milli mətbuat müasir tariximizin mühüm amili

Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haq­qındaAzərbaycan Respublikası Prezidentinin Sərəncamı müstəqil Azərbaycan dövlətinin milli mətbuatımızla bağlı apardığı ardıcıl, prinsi­pial siyasi xəttin yeni bir səhifəsidir. Sərəncamda qeyd olunduğu kimi, milli mətbuatın yaranması tariximizin son dərəcə vacib dəyərli bir faktı olmaqdan əlavə, həm xalqımızın bütün sonrakı ictimai-siya­si inkişafı, məhz mətbuatın bilavasitə iştirakı, əhəmiyyətli dərəcədə mühüm rol oynaması sayəsində mümkün olmuşdur. Prezidentin sərəncamında XX əsrin əvvəllərindəki ictimai düşüncənin formalaş­masında bunun nəticəsi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında milli mətbuatın rolu xüsusi vurğulanır.

Müasir Azərbaycan dövlətinin qurulmasında da KİV-in iştirakı mühüm rolu danılmaz həqiqətdir. Məhz bu dövrdə baş vermiş son dərəcə mühüm hadisəxalqımızın ümummilli lideri Heydər Əliyevin 6 avqust 1998-ci il tarixli fərmanı ilə mətbuat üzərindən senzuranın götürülməsi milli mətbuatımızın tarixində həqiqətən yeni bir döv­rün başlanğıcını qoydu. Bu hadisə mətbuat tarixindəki əhəmiyyətinə görə ilk qəzetin nəşri ilə bir sıraya qoyula bilər. Senzuranın ləğvi yalnız media ilə bağlı bir hadisə deyildi. Bu, ümumiyyətlə, cəmiyyətimizdə söz düşüncə azadlığının təmin olun­masının təməl prinsipi idi. Sonralar həmin qərarı yada salan ulu öndər onun əhəmiyyətini belə xatırlayır­dı: “Biz mətbuat haqqında bir neçə ciddi addım atmışıq: söz azadlığının, mətbuat azadlığının təmin olunma­sı, senzuranın aradan qaldırılması, bütün mətbuat orqanlarına sərbəstlik verilməsi. Əgər bu gün hansısa yeni bir şey varsa, biz onu da edəcəyik.”

Bu gün ölkəmizdə söz mətbuat azadlığı ilə bağlı aparılan siyasət ulu öndərin bu sahədəki prinsiplərinin qorunduğunu, inamla davam etdirildiyini birmənalı şəkildə təsdiq edir. Təsadüfi deyil ki, Prezident sərəncamında müasir mərhələdə Azərbaycan dövlətinin dövlət başçısının apardığı yenilənmə, modernləşmə siyasətində mətbuatın rolu xüsusi vurğulanır, qarşıda daha mühüm vəzifələr durduğu qeyd olunur.

Hazırda həyata keçirilən sistemli islahatlar, şəffaflıq vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan sosial innovasiyaların tətbiqi, idarəetmə sahəsində baş verən keyfiyyət dəyişiklikləri, ictimai nəzarət siyasi dialoq mühitinin genişləndirilməsi dinamik inkişaf edən Azərbaycanda müasir dövlət qurucu­luğunun başlıca istiqamətlərini təşkil edir.

Ölkəmizdə müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran, habelə dövlətçilik ənənələrinə bağlı xalqımızın milli maraqlarını rəhbər tutan medianın inkişafı prioritet vəzifələrdən biri kimi daim diqqət mərkəzində saxlanılır. Bununla belə, kütləvi informasiya vasitələri ölkəmizdə həyata keçirilən köklü isla­hatlardan kənarda qalmamalı, kom­munikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi hazırkı dövrdə qlobal in­formasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğunlaşmalı, cəmiyyətimizin obyektiv peşəkar şəkildə məlumatlandırılması sahəsində öz səylərini daha da gücləndirməlidir. Modernləşmə, rasio­nallıq, obyektivlik, kreativlik, qabaqcıl texnologiyaların geniş tətbiqi, apa­rıcı trendlərin izlənilməsi medianın inkişafını şərtləndirən başlıca amillər olmalıdır.”

Azərbaycan Respublikası öz siyasi suverenliyini elan edən gündən indiyə qədər milli mətbuatın inkişaf etdirilməsinə, onun bütün sosial, iqtisadi, təşkilati yaradı­cılıq problemlərinin vaxtlı-vaxtında həll olunmasına müstəqil dövlət quruculuğunun mühüm amili kimi yanaşır. Mətbuat vasitələrinə mətbuat işçilərinə daim göstərilən maliyyə dəstəyini, jurnalistlər üçün dünyada analoqu olmayan yaşayış şəhərciyinin salınmasını, dünyanın bir çox ölkələrindən fərqli olaraq, sosial mediaya tam fəaliyyət sərbəstliyi verilməsini digər amilləri bunun nümunəsi kimi yada salmaq olar.

Söz fikir azadlığı, demokratiya ilə bağlı ölkəmizdə mövcud olan du­rum haqqında hərzə-hədyan yazanla­ra adi bir məntiqi aksiomu xatırlatmaq istərdik: Əgər hər hansı bir cəmiyyət haqqındasöz azadlığı, demokratiya yoxdurfikrini heç bir ciddi təhdidlə üzləşmədən söyləyə, leqal fəaliyyət göstərən media orqanında dərc etdirə bilirsinizsə, deməli, iddianız tam əsassızdır. Belə olmasaydı, o fikri dilinizə, qələminizə gətirə bilərdiniz. Əgər bir ölkədəbizdə söz azadlığı yoxdur!” fikrini işlədə bilirsinizsə, deməli, söz azadlığı var!

Bu söz azadlığı demokra­tik prinsiplərdən bəhrələnən milli mətbuatımız öz fəaliyyətini qlobal dövrün çağırışlarına uyğun ola­raq qurur. Eyni zamanda, milli mətbuatımızın ilk qaranquşu olanƏkinçi”nin ənənələri yaşayır inkişaf edir. Ümid edirik ki, qazanılmış bu nailiyyətlər ölkəmizin gələcək inki­şafında dövri mətbuatın rolunun daha da artmasına imkan yaradacaq.

 

İlham ABBASOV

Xalq qəzeti  2020.- 4 iyul.- S.6.