“Əsrin müharibəsi”ndə
Azərbaycanın diplomatik qələbəsi
Bəşəriyyətin başı üzərini
almış koronavirus pandemiyasının
təhlükəsi dünya müharibələri
ilə müqayisə olunur. Hadisələrin
gedişi də göstərir ki, belə gərgin və narahat
bir vaxtda
özünütəcrid tədbirləri əvəzinə qlobal həmrəyliyə və qlobal baxışa böyük
ehtiyac var. Dünyada
COVID-19 pandemiyasının başlanmasından etibarən Prezident İlham
Əliyevin rəhbərliyi altında ölkəmiz tərəfindən
regional və qlobal səviyyədə
koronavirusa qarşı mübarizədə
beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə
zəruri təşəbbüslər irəli sürülür
və əməli addımlar atılır. Dövlətimizin
başçısının təşəbbüsü ilə
Türk Şurası və Qoşulmama Hərəkatının videokonfrans formatında keçirilən zirvə
görüşləri bu baxımdan dünyada nümunə göstərilir. Prezident İlham Əliyevin xüsusilə, bu il mayın 4- də Qoşulmama Hərəkatına üzv dövlətlərin təmas qrupunun videoformat şəklində
keçirilən Zirvə görüşündə səsləndirdiyi
pandemiyaya qarşı mübarizə məqsədi
ilə BMT Baş Məclisinin xüsusi sessiyasının
çağırılması təşəbbüsü
dünyada çox böyük rezonansa səbəb
olmuşdur. Artıq dünyanın 130- dan çox ölkəsi bu təklifi dəstəkləyir. Milli Məclisin deputatı, YAP Beynəlxalq əlaqələr
komissiyasının katibi, siyasi
elmlər doktoru, professor
Elman Nəsirovla söhbətimiz bu barədə oldu. O dedi:
-- COVID-19 pandemiyası bütün
dünya dövlətlərini öz əsarətinə alıb və sözün həqiqi mənasında, dünya birliyi bu ümumi bəla ilə
müharibə vəziyyətindədir. Bu
müharibəni “Əsrin müharibəsi” adlandırsaq,
yanılmarıq. Bu reallığı hər
bir dövlət dərk etməli və səyləri
birləşdirməlidir. Yalnız bütün
dövlətlərin birgə səyləri bu
ümumbəşəri bəlaya qalib gəlməkdə
müstəsna rol oynaya
bilər. Deməli, qlobal səviyyədə
nicatımız birliyimiz, həmrəyliyimiz
və məsuliyyətimizdən asılıdır. Elə bu məntiqdən çıxış edərək,
Prezident İlham
Əliyev həm milli, həm regional, həm də qlobal
səviyyədə pandemiyaya qarşı
mübarizə prosesində preventiv, proflaktik, ardıcıl və sistemli
addımlar atır. Bu addımlar həm
ölkə , həm də beynəlxalq ictimaiyyət tərəfindən
yüksək qiymətləndirilir. Xüsusilə,
dövlət başçısının bu
il mayın 4 – də Qoşulmama
Hərəkatına üzv dövlətlərin
təmas qrupunun videoformat
şəklində keçirilən Zirvə
görüşündə səsləndirdiyi təklif, yəni
pandemiyaya qarşı mübarizə məqsədi
ilə BMT Baş Məclisinin xüsusi sessiyasının
çağırılması təşəbbüsü dünyada çox böyük siyasi rezonansa səbəb olmuşdur.
Cənab Prezidentin bu təşəbbüsü may
ayında Nyu-Yorkda Qoşulmama
Hərəkatının Koordinasiya Bürosunda müzakirə olunmuş,
yekdilliklə dəstəklənmiş və Qoşulmama
Hərəkatının adından BMT Baş
katibinə müraciətin qəbul edilməsi qərara
alınmışdır. Prezident İlham Əliyev mayın 13-də
Qoşulmama Hərəkatının sədri
olaraq BMT Baş katibinə
müraciət də ünvanlamışdı. Həmin
müraciət əsasında BMT Baş katibi təşkilatın Nizamnaməsinin 20- ci maddəsinə istinad edərək,
mayın 28-də BMT Baş Məclisinin xüsusi sessiyasının
çağırılması təklifinə münasibət
bildirməsi məqsədilə üzv
dövlətlərə müraciət etmişdir.
– Hansı hallarda BMT Baş Məclisinin
xüsusi sessiyası çağrıla
bilər?
– BMT Nizamnaməsinin 20-ci maddəsinə əsasən, 3 halda təşkilatın Baş Məclisinin xüsusi sessiyası çağrıla bilər. Birincisi, bunu BMT Təhlükəsizlik Şurası daimi üzvləri tələb etməlidir, ikincisi, BMT Baş Məclisinin mütləq əksəriyyət üzvləri bu tələbdə israrlı olmalıdır və nəhayət, BMT-nin üzvü olan istənilən dövlətin təşəbbüsü qurumun əksər dövlətləri tərəfindən müdafiə olunduqda xüsusi sessiyanın cağrılması mümkün olur. Prosedur qaydalarına əsasən, bu müraciətin baxılma müddəti 30 gündür. Həmin müddət Azərbaycanın təşəbbüsü ilə bağlı məsələdə iyunun 27-də başa çatmışdır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu təşəbbüsünü BMT Baş Məclisinin 130-dan çox üzvü birmənalı olaraq dəstəkləmişdir. Həmin dövlətlər sırasında Qoşulmama Hərəkatının 120 üzvü ilə yanaşı, Avropa İttifaqının, Asiyanın, Afrikanın və Latın Amerikasının da aparıcı dövlətləri vardır. Qlobal təhdid mənbəyinə – COVID-19 pandemiyasına qarşı beynəlxalq səviyyədə səylərin birləşdirilməsi və gücləndirilməsi mənafeyinə xidmət edən bu unikal təşəbbüsə qarşı çıxış edən yeganə dövlət məhz işğalçı Ermənistan olmuşdur. Bununla da Ermənistan dövləti iyrənc siyasətini ortaya qoymuş və dünya miqyasında özünü rüsvay etmişdir. Əslində, faşizmi və terrorizmi dövlət siyasəti səviyyəsinə qaldıran bir “psevdodövlət”in belə davranışı təəccüb doğurmur. Deməli, Ermənistan dünyanın yeganə ölkəsidir ki, COVID-19-un yanında yer aldı və onun müttəfiqi kimi çıxış etdi. Eyni məntiqlə analiz etdikdə, Ermənistanın artıq 500 mindən artıq insanın pandemiyanın qurbanı olmasında birbaşa olmasa da, dolayısı ilə məsuliyyəti yaranır. Ermənistanın bu antibəşəri davranışına postpandemiya dövründə siyasi və hüquqi qiymət verilməsi məsələsi də olduqca vacibdir.
Burada bir
məqamın da üzərində xüsusi olaraq dayanmağa dəyər. Prezident İlham
Əliyevin son təşəbbüsünə
dünyanın məlum reaksiyası bir daha belə bir həqiqəti
sübut etdi ki, Azərbaycan dünya
miqyasında elə də böyük
dövlət olmasa da,
onun sözünün
mənası və çəkisi böyükdür.
Bu, bir həqiqətdir ki, Azərbaycan
dövlətinin sözünün məna
və çəkisinin dünya
miqyasında böyüklüyünü
şərtləndirən həlledici amil onun liderinin -- Prezident İlham
Əliyevin həm ölkə, həm də beynəlxalq aləmdə
yüksək nüfuza malik
olması ilə bağlıdır. Dünyanın pandemiya tərəfindən hədəfə
alındığı, təhdid olunduğu
bir reallıqda hər bir
dövlət və hər bir lider öz simasını nümayiş etdirir. Bu çətin günlərdə Azərbaycan
dövləti və onun lideri
cənab İlham Əliyev, sözün həqiqi mənasında, bütün dövlətlər və
onların liderləri üçün bir nümunədir. Milyonları
ölümlə hədələyən və bunu
icra edən qlobal pandemiya şəraitində insanlar
düşünürdülər ki, beynəlxalq
təhlükəsizliyə xüsusi cavabdehliyi olan dövlətlər,
yəni BMT Təhlükəsizlik Şurasının daimi üzvləri birlikdə, ya
da əlahiddə olaraq
bu ümumi bəlaya
qarşı səylərin birləşdirilməsi məsuliyyətini
üzərlərinə götürəcək və BMT Baş Məclisinin xüsusi
sessiyasını çağıracaqlar. Həqiqət isə
budur ki, məlum təşəbbüslə
BMT TŞ-nın heç bir
üzvü çıxış etmədi
və dünyanın müxtəlif qitələrinin heç bir aparıcı
dövləti bu təşəbbüsü
irəli sürmədi. Bu təşəbbüslə BMT TŞ-nın 2 il qeyri-daimi üzvü olmuş, 2 dəfə
dünyanın ən böyük və universal təşklatının Təhlükəsizlik
Şurasına sədrlik etmiş Azərbaycan
Respublikası və onun rəhbəri cənab
İlham Əliyev çıxış etdi. Əslində, möhtərəm Prezidentimiz bu unikal addımı ilə həm də
BMT-nın zəifləyən nüfuzunun
qaldırılması mənafeyinə xidmət edən bir davranış ortaya qoydu.
– Bu
təşəbbüs Azərbaycan Prezidentini
həm də dünyada qlobal
baxışlı lider kimi
tanıtdı...
– Tamamilə razıyam. Çünki Prezident İlham Əliyevin COVID-19 pandemiyasına
qarşı mübarizədə beynəlxalq səylərin
birləşdirilməsi, bu məqsədlə
dünya miqyasında birliyin,
həmrəyliyin və məsuliyyətin gücləndirilməsinə
hədəflənmiş təşəbbüsünün beynəlxalq
ictimaiyyət tərəfindən birmənalı olaraq dəstəklənməsi bir daha göstərdi ki, Azərbaycan dövlətinin və onun lideri cənab İlham Əliyevin nüfuzu
və reytinqi olduqca
yüksəkdir. Artıq möhtərəm Prezidentimiz qlobal
baxışlı lider kimi
qəbul olunur. “Əsrin müharibəsi” hesab edilən COVID-19 pandemiyasına
qarşı mübarizə məsələlərində
dövlətlərin, xalqların və liderlərin hansı
mövqedə dayandıqlarının geniş
müzakirə məsələsinə çevriləcəyi
və müvafiq qiymətləndirmələrin
aparılacağı labüd görünür. Artıq bu istiqamətdə ilk
addımlar atılmaqdadır. İstisnasız söyləmək
olar ki, həmin
müzakirələrin nəticəsi olaraq,
beynəlxalq ictimaiyyət etiraf edəcəkdir
ki, pandemiyadan qlobal qurtuluşun əldə
edilməsi naminə beynəlxalq səyləri bir
yumruq kimi birləşdirən
dövlət Azərbaycan Respublikası, lider
isə Prezident İlham
Əliyevdir. Həmin səylər sayəsində
pandemiyaya qarşı dünya
dövlətlərini iqtisadi, sosial, humanitar və
xüsusilə də tibbi sahələrdə
əməkdaşlığının keyfiyyətcə yeni mərhələyə keçməsi və
bunun nəticəsi olaraq,
bəşəriyyətin intizarla gözlədiyi
COVID-19 əleyhinə peyvəndin əldə edilməsi strateji əhəmiyyətli məsələyə
çevrilmişdir.
Eyni zamanda, həmin peyvəndə hər bir dünya dövlətinin əlçatanlığının təmin olunması da kifayət qədər aktuallıq kəsb edən məsələdir. Bu reallıqda dövlətlərin pandemiya dövründə belə bir- birinə qarşı geosiyasi ambisiyalardan əl çəkməməsi, sərhədlərin bağlanmasından belə iqtisadi təzyiq elementi kimi istifadə etməsi acınacaqlı haldır. Heç şübhəsiz, bütün bu və digər olduqca aktual məsələlər Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılacaq BMT Baş Məclisinin xüsusi sesiyasının gündəliyini müəyyən edəcəkdir.
Müsahibəni
qələmə aldı:
Əliqismət
BƏDƏLOV
Xalq qəzeti 2020.- 5 iyul.- S.2.