Vətənə, xalqa sədaqət nümunəsi
İllər ötüb keçir, zaman dəyişir.
Nəsillər bir-birini
əvəz edir. Bu insanların çoxunun ömrü bir-birinə bənzəsə də, onların arasında uşaqlıqdan qabiliyyəti,
coşğun həvəsi,
xalqına, torpağına
məhəbbəti ilə
seçilən, fədakarlıq
nümunəsi göstərən,
şərəfli ömür
yaşayanlar vardır.
Həmin insanlardan biri 1941-1945-ci illər Böyük Vətən müharibəsi cəbhələrində
mərdliklə döyüşən,
qəhrəmanlıq, şücaət
göstərərək iki
dəfə ağır
yaralanan, ömrünün
axırınadək bədənində
qəlpə dasıyan,
müharibədən sonrakı
illərdə Vətənə,
xalqa sədaqətlə
xidmət edən, polkovnik rütbəsində
ehtiyata buraxılan Nüsrət Zülfüqar
oğlu Bağırovdur.
Faşizm üzərində qələbənin 75 illiyi
münasibətilə Moskvada
keçirilən hərbi
paradda Azərbaycan Ordusu 75 nəfər hərbi qulluqçusu ilə təmsil olunmuşdur. Azərbaycanın faşizm üzərində
tarixi qələbəyə
mühüm töhfələr
verməsi bir daha fəxrlə söylənmişdir. Bu əlamətdar günlərdə
Böyük Vətən
müharibəsində şücaət
göstərənlərdən biri Nüsrət Bağırovun 100 illiyi qeyd edilir.
...Nüsrət Bağırov
1920-ci il iyulun 1-də Qaryagində
(indiki Füzuli rayonu) anadan olub. Atası Züfüqarı erkən itirib. Başsız
qalmış ailə böyük qardaşı
Əhəd Bağırzadənin
himayəsində yaşayıb.O,
Bakıda yaşadığından
qardaşı ailəsini
də paytaxta köçürüb. Nüsrət Bağırov Bakıdakı
2 saylı orta məktəbdə oxuyub.
Bu məktəbi bitirərək 1939-cu ildə
uğurla imtahan verib, Azərbaycan Dövlət Universitetinin
tarix fakültəsinə
qəbul olunub. Yaxşı oxuyub, universitetin ictimai işlərində fəal iştirak edib. Komsomol komitəsinin katibi olub, gözəl idmançı kimi tanınıb...
İdmana
uşaqlıqdan maraq göstərib, futbolla ciddi məşğul olmağa başlayıb.16 yaşında
Bakının “Dinamo” futbol komandasının qapıçısı, sonralar
“Dinamo” İdman Cəmiyyətinin rəhbəri
olub...
Nüsrət Bağırovun 71 illik ömür yolu heç də asan, maneəsiz ötüb keçməyib. Bu ömür yolunda əzab-əziyyətlər, ağır,
qanlı-qadalı döyüşlər,
1418 günlük odlu-alovlu
müharibə salnaməsi
də yaşanıb.
...Universitetin üçüncü
kursunda oxuyarkən
1941-ci ilin may ayında
hərbi komisarlıqdan
çağırış vərəqəsi alan Nüsrət Bağırov Qərb Xüsusi Hərbi Dairəsinə göndərilib.
Təzəcə əsgərlik həyatına
başlamış Nüsrət
45 gündən sonra isə müharibənin başlanması, o faciəli
xəbəri orada eşidib. Növbəti bir neçə
ayı tank məktəbində
oxuyan gənc əsgər həmin günlərdə bir-birinin
ardınca rəhbərliyə
göndərdiyi raportlarda
xahiş edib ki, onu döyüşən
hissələrə göndərsinlər.
Axır ki, öz istəyinə nail olub...
Nüsrət Bağırovun döyüş
yolu Smolenskdən çox da uzaq
olmayan Dubno kəndi yaxınlığından
başlanıb. Bura müharibənin qaynar nöqtəsi idi. Komsomol təşkilatı katibi Nüsrət Bağırovun daxil olduğu taborun tankçıları məhz
ilk dəfə bu cəbhədə döyüşə
qatılıb. Savaşın ən böhranlı məqamında gənc leytenant Bağırov bacarıqla manevr edərək tankları meşə massivinə doğru aparıb və düşmənin arxasına keçə bilib. Bu cəsarətli
və qəfil həmlədən hitlerçilər
vahiməyə düşərək
özlərini itiriblər.
Bir qədər sonra taborun iki tankı
özünü Bağırovun
köməyinə yetirəndə
döyüşçülər samanlığın ətrafında
onlarca faşist meyitinin səpələndiyini
görüblər. Qruplaşmağa
macal tapmayan faşistlər əvvəlki
mövqelərinə çəkilməyə
başlayıblar...
Məhz orada Nüsrət Zülfüqar oğlu ilk döyüş sınağından
çıxıb, bir
tankçı kimi öz bacarığını
nümayiş etdirib. N.Bağırov
1942-ci ilin avqustunda Dubno, Savinski və Silenki yaşayış məntəqələri
uğrunda döyüşlərdə
dəfələrlə iştirak
edərək “T-34” tankı
heyətində hitlerçilərin
bir neçə tank əleyhinə topunu və bir taqımadək
piyadasını məhv
edib. Təkcə
Smolensk uğrunda gedən
vuruşmalarda onun ekipajı düşmənlə
qeyri-bərabər və
təkbətək döyüşlərdə
faşistlərin 7 tankını,
11 tank əleyhinə topunu,
yüzlərlə əsgər
və zabitini məhv edib.
...Jizdra şəhərinin şimalında gedən döyüşlər zamanı
bölük komandirinin
siyasi iş üzrə müavini Bağırov bölük
komandiri həlak olandan sonra komandirliyi
öz üzərinə
götürüb. Onun cəsarəti
və təşəbbüskarlığı
sayəsində döyüş
tapşırığı yerinə yetirilib. Göstərdiyi rəşadətə və mərdliyə görə Nüsrət Bağırov “Qırmızı
ulduz” ordeni ilə təltif olunub.
...1941-ci ilin mayında 27-ci tank diviziyasının polk məktəbində
kursant olarkən onun bacarığı, siyasi sayıqlığı
rəhbərliyin nəzərindən
qaçmır və burada iki ay oxuduqdan
sonra Qorki şəhərindəki M.V. Frunze adına Hərbi- Siyasi Məktəbə dəyişdirilib. Hərbi
-siyasi məktəbdə
yarım il
oxuyub Qərb cəbhəsində 186-cı tank taborunun komsomol bürosu katibi, 248-ci tank briqadasının komsomol işi üzrə siyasi şöbə rəisinin köməkçisi
təyin olunub. 1943-cü ilin mayında
isə o, Moskva şəhərindəki sovet
ordusunun Bronetank və Mexanikləşdirilmiş
Ordular Akademiyasına oxumağa göndərilib.
Akademiyanı bitirdikdən sonra
270- ci tank alayının
qərargah rəisinin
köməkçisi kimi
müxtəlif cəbhələrdə
onlarca döyüşdə
iştirak edib. Dəfələrlə ölümlə üz-üzə qalıb,
ağır yaralanıb,
kantuziya alıb, öz tələbi və xahişi ilə yenə döyüş yoldaşlarının
sırasına qayıdıb.
Tankçı zabit döyüşlərdə
iki dəfə yaralanıb, yandırılmış
tankın içindən
güclə çıxıb...
Lakin fədakar döyüşçü
müharibənin sonunadək
cəbhdə olmaq istəyinə yetə bilməyib. 1943-cü ilin payızında ağır yaralanıb və müalicə olunduqdan sonra Bakıya qayıtmalı olub.
Nüsrət Bağırov müharibə
səngərlərində və
sonrakı dinc dönəmdə etimadı
şərəflə doğruldub. Göstərdiyi igidliyə, cəsurluğa,
mərdliyə və çəkdiyi əziyyətlərə
görə 17 orden və medalla, habelə döş nişanları və fəxri fərmanlarla təltif edilib.
1944-cü ildən 1945-ci ilin aprelinədək Zaqafqaziya Qoşunları Hərbi Dairəsinin müdavimi olub. Nüsrət Bağırov İranın
Marağa şəhərindəki
qarnizonun hərbi komendantı təyin edilib. Hərbi və siyasi hazırlığı, yüksək
intizamlılığı , özünə və tabeliyindəkilərə
qarşı tələbkarlığı,
işinə ciddi və məsuliyyətlə
yanaşması, tapşırılan
işi namusla və vicdanla yerinə yetirməsi həmişə ona böyük nüfuz qazandırıb.
Hitler Almaniyası üzərində
həlledici qələbədən
sonra bir müddət partiya işində çalışıb,
sonra isə daxili işlər orqanlarına göndərilib. Burada o, polkovnik
rütbəsinədək yüksəlib.
Azərbaycan DİN Avtomobil
Müfəttişliyinin rəisi,
Bakı Şəhər
Polis İdarəsinin rəis
müavini, 1968- ci ildən ömrünün
sonunadək (1991) “Dinamo”
İdman Cəmiyyəti
Respublika Şurası
sədrinin birinci müavini olaraq yüksək enerji ilə çalışıb.
Polkovnik Nüsrət Bağırovun
“Dinamo”ya başçılıq
etdiyi dövrdə cəmiyyətin maddi-texniki
bazası möhkəmlənib,
idmanın müxtəlif
növləri üzrə
ən yüksək nəticələr qazanılıb.
Respublikada idmanın inkişafına
göstərdiyi qayğıya
görə ona “Azərbaycanın Əməkdar
bədən tərbiyəçisi
və idman xadimi” fəxri adı verilib.
Onun kişilik, mərdlik və Vətən eşqi məktəbindən
dərs alan
övladları bu gün Nüsrət Bağırovun, onun böyük nəslinin adına layiq vətəndaşlar, elə
arxa, dayaq ola biləcək qüdrətli oğul və qız kimi yetişərək atalarının Vətənə
şərəflə xidmət
yolunu davam etdirirlər.
Böyük Vətən müharibəsinin
ilk günlərindən Böyük
qələbəyədək onun iştirakçısı
olan Nüsrət Bağırovun bir əsrlik yubileyində qohumları, yaxınları,
dostları onun ibrətamiz ömür yolu haqqında ürəkdolusu danışırlar...
Afət
SADIQOĞLU, Əməkdar mədəniyyət işçisi
Xalq qəzeti 2020.- 5 iyul.- S.4.