Sosial-iqtisadi inkişaf proqramları Şirvan şəhərində də uğurla davam etdirilir
Bu gün
ölkəmizdə pandemiya ilə
mübarizə şəraitində də genişmiqyaslı sosial-iqtisadi islahatlar
aparılır, siyasi sistemin
təkmilləşdirilməsi, müasirləşdirilməsi
istiqamətində önəmli addımlar atılır. Bu, respublikamızın hər bir
bölgəsində olduğu kimi, Şirvan şəhərində
də aydın nəzərə çarpır.
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin tövsiyə və tapşırıqları əsasında
hazırda şəhər ərazisində irimiqyaslı layihələrin
icrası, quruculuq-abadlıq işləri uğurla
davam etdirilir. Həmçinin yeni istehsal və emal müəssisələrinin
açılması, məşğulluq səviyyəsinin
artırılması, infrastruktur layihələrinin
həyata keçirilməsi və əhalinin maddi
rifahının yüksəldilməsi ilə bağlı verilən
tapşırıqların gerçəkləşdirilməsi
məqsədilə zəruri tədbirlər həyata keçirilir.
Yeri gəlmişkən, şəhərdə keçirilən tədbirlərdə çıxış edən sakinlər bütün dünyanı bürüyən pandemiya vəziyyətinə baxmayaraq, ölkəmizdə, eyni zamanda, Şirvan şəhərində vətəndaşların rahatlığı üçün aparılan abadlıq-quruculuq və yenidənqurma işlərinə, şəhər əhalisinə göstərilən diqqət və qayğıya görə, ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirirlər.
Abadlıq-quruculuq işləri pandemiya
şəraitində də diqqət mərkəzində
saxlanılır
Şirvan Şəhər İcra Hakimiyyətinin
rəhbərliyi tikinti, abadlıq-quruculuq
tədbirlərini daim diqqət mərkəzində
saxlayır, şəhər icra hakimiyyətinin
məsul işçiləri, şəhər bələdiyyəsinin
və kommunal xidmət təşkilatlarının
rəhbərlərinin və ictimaiyyət nümayəndələrinin
iştirakı ilə ayrı-ayrı ünvanlarda
olaraq aparılan quruculuq
işləri ilə yerində tanış olur,
sakinlərlə görüşərək onları narahat edən problemlərin aradan
qaldırılması istiqamətində müvafiq
tapşırıqlar verir, icrasını
nəzarətdə saxlayır. Bir müddət bundan əvvəl
şəhər rəhbərliyinin 1 May
küçəsində şəhidlər Vüqar
Kərimov və İmran Quliyevin
xatirəsinə layihələndirilən abidə kompleksinin tikinti işlərinin
gedişinə onların valideynlərinin iştirakı ilə
birlikdə baxması, Energetik və leytenant İbrahimov
ünvanlarında yerləşən 9 və 10 saylı
binaların qarşısında İDEA İctimai
Birliyinin “Bizim həyət”
xüsusi layihəsi əsasında yeni, müasir abad məhəllənin salınacağı ərazi
ilə tanış olaraq öz
tövsiyə və tapşırıqlarını verməsi bunun bariz ifadəsidir.
Xatırladaq ki,
həmin vaxt şəhər icra hakimiyyətinin başçısı Şirin Şükürov
küçəsində sakinlərin təşəbbüsü
ilə həyata keçirilən abadlıq işləri ilə
də tanış olub, məhəllə
sakinləri ilə söhbət edərək, onların təşəbbüsünü
bəyənib. Eyni zamanda, bu təşəbbüsün
digər məhəllələr üçün
də nümunə olacağını qeyd
edərək, görülən işlərlə bağlı
şəhər İcra Hakimiyyəti tərəfindən
lazımi dəstəyin veriləcəyini də bildirib.
Hazırda abadlıq-quruculuq işləri çərçivəsində Məhəmməd Füzuli adına şəhər mədəniyyət və istirahət parkı əsaslı şəkildə yenidən qurulur. Xüsusi layihə əsasında ərazisi 7,4 hektar olan parkın mərkəzi hissəsində yerləşən kanalın və süni gölün xüsusi texnikalar vasitəsi ilə təmizlənməsi artıq başa çatdırılıb. Kanalın layihələndirilməsi məqsədilə “Sukanal” Elmi-Tədqiqat və Layihə İnistutuna müraciət olunub.
Parkın ərazisindəki yaşıllıq
sahələri qurumuş ağaclardan
təmizlənib. Uzun illər istifadəsiz
qalan, eyni zamanda, istismara yararsız
vəziyyətə düşən əyləncə və idman qurğuları, körpülər, kommunikasiya xətləri ləğv edilib. Burada aparılan
yenidənqurma işləri ilə əlaqədar N.Nərimanov
küçəsində 11 fərdi yaşayış evinin kanalizasiya xətlərinin
çıxışı təmin edilib, diamateri 250 millimetrlik 185 poqonometr koreqa borudan ibarət yeni kanalizasiya xətti çəkilib. Hazırda parkda əsaslı yenidənqurma və təmir
işləri davam etdirilir.
Bundan başqa
şəhərin Heydər Əliyev prospektində Energetik küçəsindən Məhəmməd
Füzuli adına parka
keçən hissədə uzun illər
istifadə olunmayan yeraltı keçidin bərpa işlərinə
başlanılıb.
Həmin prospektdə avtomobillərin
intensiv hərəkəti nəticəsində
baş verə biləcək bədbəxt
hadisələrin qarşısının alınması məqsədilə
Azərbaycan Avtomobil Yolları Dövlət
Agentliyinə ünvanlanan müraciət əsasında
prospektin Xəqani küçəsi ilə
kəsişməsində yerüstü keçidin layihələndirilməsi
işləri nəzərdə tutulub.
Dövlət proqramına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında Şirvan Şəhər Əlillərin Bərpa Mərkəzinin bərpa-gücləndirilməsi və əsaslı təmir işləri davam etdirilir. Eyni zamanda Şirvan şəhəri 21 nömrəli tam orta məktəbdə söküntü işləri tamamlanmış, 624 şagird yerlik yeni məktəbin tikinti işlərinə başlanılmışdır.
Abadlıq-quruculuq tədbirləri
çərçivəsində görülən işlər
sırasında N.Nərimanov küçəsi, 2 saylı ünvanda yerləşən 4 mərtəbəli,
68 mənzilli yaşayış binalarında tikinti
işləri başa
çatdırılıb, ərazi
abadlaşdırılıb, sakinlərin istirahəti üçün məhəllədə
kölgənəcəklər, söhbətgahlar qoyulub, usaq və gənclər
üçün əyləncə və idman qurğuları quraşdırılıb.
Fövqəladə Hallar Nazirliyi tərəfindən 2010-cu ildə Kür çayında baş
verən təbii fəlakət nəticəsində qəzalı
vəziyyətə düşən, şəhərin 1 May küçəsi, 105 A ünvanında yerləşən
fərdi yaşayış evinin yenidən
tikintisinə başlanılıb.
Şirvan şəhərində
həyata keçiriləcək layihələr içərisində
magistral və məhəllədaxili yol infrastrukturunun təmir
və bərpası işləri mühüm
yer tutur. Belə ki, bu istiqamətdə kompleks tədbirlər həyata keçirilir, şəhər ərazisində
əsas magistrallara çıxan torpaq
əsaslı, məhəllədaxili və uzun müddət istismar olunan yollara yeni asfalt örtüyü
salınır. Ümumilikdə il ərzində
mərhələli şəkildə şəhərin 25
küçəsində 70500 kvadratmetrdən çox
asfalt-beton örtüyünün
salınması nəzərdə tutulub.
Artıq şəhərin F.X.Xoyski, İ.Şıxlı küçələrinin və Hacıqabul-Şirvan avtomobil yolunun xeyli hissəsinə asfalt-beton örtük vurulub. Heydər Əliyev və İstiqlaliyyət prospektlərində, T.İsmayılov, Xəqani, Z.Hacıyev, leytenant İbrahimov, 20 Yanvar və M.Ə.Rəsulzadə küçələrində asfalt örtüyündə olan çalaların təmirinə başlanılıb. Bundan əlavə Heyranxanım-1, Heyranxanım-2, S.Bəhlulzadə, Niyazi, R.Rza, Təbriz, Y.V.Çəmənzəminli, X.Məmmədov və bir sıra digər küçələrə isə qum-çınqıl qatı verilərək, asfalt-beton örtük qoyulması üçün hazırlıq işləri aparılıb.
Şirvan şəhərinin
içməli və tullantı su şəbəkələri
yenidən qurulur
Respublikanın mühüm
sənaye şəhərlərindən olan
Şirvanda istehlakçıların
keyfiyyətli içməli su ilə təmin
edilməsi və onlara göstərilən
kanalizasiya xidmətlərinin
yaxşılaşdırılması xüsusi
əhəmiyyət daşıyır. Hazırda şəhərdə
içməli su və kanalizasiya
şəbəkələrinin tikintisi
işləri həyata keçirilir.
İçməli su təchizatı sektorunda həyata keçirilən böyük infrastruktur layihələrindən olan Şirvan-Muğan qrup su kəmərinin istifadəyə verilməsi bir sıra yaşayış məntəqələrinin içməli su təchizatının yaxşılaşdırılmasında əlverişli imkanlar yaradıb. 2013-cü ildə Şirvan-Muğan qrup su kəmərindən Şirvan şəhərinə içməli suyun verilməsindən sonra şəhərdaxili şəbəkələrin yenidən qurulması işləri həyata keçirilib. Dövlət büdcəsi hesabına icra olunan layihə çərçivəsində şəhərin bir hissəsinin içməli su şəbəkəsi yenilənib. Ümumilikdə, indiyədək şəhərdə 60 kilometrdən çox içməli su, 7 kilometrədək kanalizasiya xətləri çəkilib və 11 minədək ünvana birləşmə verilərək sayğaclar quraşdırılıb. Hazırda şəhərin içməli su və kanalizasiya şəbəkələrinin yenidən qurulması və genişləndirilməsi işləri mərhələlərlə davam etdirilir.
Bu il icra olunan layihə çərçivəsində
Şirvan şəhərinin Bağlar massivi adlanan ərazisində 14 kilometrdən çox içməli su
şəbəkəsinin qurulması və 2 minədək abonentin dayanıqlı içməli su ilə təmin olunması nəzərdə
tutulub. Eyni zamanda, Yeni şəhər
massivində müxtəlif diametrli borularla 3 kilometrədək kanalizasiya
şəbəkəsi qurulacaq. Hazırda bu ərazilərdə nəzərdə tutulmuş işlərin 50 faizə qədəri
icra olunub və cari ilin sonunadək işlər
yekunlaşacaq.
Azərbaycan Respublikası
Regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramına uyğun olaraq
“Meliorasiya və Su Təsərrüfatı”
ASC tərəfindən “Şirvan şəhəri
ərazisində Baş Şirvan
kollektorunda baş vermiş qəzanın aradan
qaldırılması” tədbirləri daxilində müvafiq işlərin görülməsi
nəzərdə tutulmuşdur.
Şəhərdə içməli su və kanalizasiya şəbəkələrinin
tikintisi növbəti illərdə davam etdiriləcək. Şirvan
şəhərində ümumilikdə 257 kilometr
içməli su və 228 kilometr
tullantı su şəbəkələrinin
tikintisi nəzərdə tutulur.
Eyni zamanda, şəhərin dayanıqlı su təchizatı məqsədilə ümumi tutumu 19 min kubmetr olan
2 su anbarı inşa
ediləcək. Şirvan şəhərində
formalaşan tullantı sularının kənarlaşdırılması
məqsədilə layihə çərçivəsində
tullantı sutəmizləyici qurğular kompleksinin tikintisi nəzərdə
tutulub. Bu qurğuda gələcəkdə Hacıqabul
şəhərinin də tullantı suları təmizlənəcək.
Şəhər ərazisində çoxmənzilli yaşayış binalarının zirzəmilərinin çirkab sulardan təmizlənməsi və kanalizasiya şəbəkəsinin yenilənməsi istiqamətində tədbirlər davam etdirilir. Qeyd edək ki, şəhər üzrə zirzəmilərdə təmir-bərpa işlərinin aparılması nəzərdə tutulan 75 çoxmənzilli binanın 34-də işlər artıq başa çatdırılıb.
Əhalinin elektrik enerjisi və qaz təchizatı,
rabitə və internet xidmətlərinə
olan tələbatı
yaxşılaşdırılır
Şəhərin elektrik
enerjisi təminatının
yaxşılaşdırılması məqsədilə
dövlət proqramına uyğun olaraq cari ildə 2567 metr müxtəlif markalı elektirik
verilişi xətləri çəkilib,
52 ədəd dəmir dayaq
quraşdırılıb, istismara
yararsız 21 ədəd izolyator yeni “ŞS-10” izolyatorlarla
əvəz edilib. Bununla
yanaşı, 11 ədəd müxtəlif güclü
“tr-tor” yarımstansiyaları əsaslı
təmir olunaraq, yenidən qurulub,
25 ədəd yarımstansiya cari təmir edilib, 61 ədəd yeni sayğac quraşdırılaraq abonentlərin
istifadəsinə verilib.
Dövlət proqramına uyğun olaraq Şirvan şəhərinin elektrik
enerjisi təminatının yaxşılaşdırılması
üçün 2020-ci ildə “Azərişıq”ASC
tərəfindən 1 ədəd 10-6 kV-luq
transformator məntəqəsinin
quraşdırılması, 2,5 kilometr uzunluğunda 35 kV-luq, 1,8 kilometr uzunluğunda
10-6 kV-luq hava xətlərinin
təmiri və 0,8 kilometr uzunluğunda
0,4 kV-luq kabel xətlərinin
tikintisi nəzərdə tutulub.
“Azəriqaz” İstehsalat Birliyi tərəfindən dövlət proqramı çərçivəsində Şirvan şəhərinin dayanıqlı və fasiləsiz təbii qaz təchizatının təmin olunması məqsədi ilə 2020-ci ildə 7525 poqonometr qaz xəttinin çəkilişi və əsaslı təmiri planlaşdırılıb.
Cari ildə şəhərin qaz təchizatının
yaxşılaşdırılması məqsədi ilə “Bağ evləri” yaşayış massivində
457 poqonometr yeni
daşıyıcı qaz xətti çəkilib,
bir ədəd “ŞQTM-400” tipli əlavə qaz tənzimləyici
şkaf quraşdırılıb, istismar müddəti keçmiş
müxtəlif diametrli
daşıyıcı qaz xətti yeni 57 millimetrlik 115 poqonometr yerüstü xətlə
əvəz olunub. H.Z.Tağıyev
küçəsində istismar müddəti
keçmiş 89 millimetrlik
qaz xətti 76 millimetrlik
121 poqonometr, Fizuli
küçəsində müxtəlif diametrli
xətlər yeni 57 millimetrlik
666 poqonometr yeni yerüstü xətlə əvəz edilib. Energetik küçəsində
76 millimetrlik 189 poqonometr
yer üstü əlaqələndirici
qaz xətti quraşdırılıb.
Naxçıvan küçəsində fərdi evlərə
məxsus müxtəlif diametrli qaz xətləri yeni 57 millimetrlik 677 poqonometr yerüstü xətlərlə əvəz olunub və bu istiqamətdə
işlər davam etdirilir.
“Kənd evləri” yaşayış massivində 685 məcburi
köçkün ailəsi üçün inşa olunan 13 ədəd 9 mərtəbəli
yaşayış binası və mərkəzləşdirilmiş
istilik sisteminin qazanxanası
təbii qazla təmin edilib.
2020-ci ildə dövlət
proqramı çərçivəsində Şirvan
şəhərində genişzolaqlı internet
xidmətinin keyfiyyətinin artırılması və bütün abunəçilərin bu xidmətdən yararlanması məqsədilə
şəhərin müxtəlif yerlərində 18 ədəd
yeni müasir tipli ONU avadanlıqlarının qurulması və
bu avadanlıqların fiber-optik kabel vasitəsilə
EATS-ə qoşulması nəzərdə tutulub.
Bundan başqa
şəhərin bir neçə
yaşayış massivində pilot layihə
kimi “Evə qədər optika”
layihəsinin (GPON) icrası planlaşdırılıb.
Əhalinin rabitə və internet xidmətlərinə olan
tələbatını yaxşılaşdırmaq məqsədilə
cari ildə “Kənd evləri”
yaşayış massivində 685 məcburi köçkün
ailəsi üçün yeni
salınmış yaşayış kompleksində fiberoptik (FO) kabel vasitəsi
ilə 128 nömrəlik elektron EATS və
64 portluq Huawei tipli DSLAM avadanlığı
quraşdırılaraq, əhalinin istifadəsinə verilib. Telefon və internet xidmətinin keyfiyyətinin
yaxşılaşdırmaq məqsədilə eskiz
sxemə uyğun olaraq
940 nömrəlik paylayıcı şəbəkə tikilərək
işə salınıb, 895 nəfər abunəçinin
genişzolaqlı internet xidmətinə
qoşulması təmin edilib. Şəhərin
müxtəlif küçələrində 11 ədəd dəmir, 13 ədəd ağac
dirək quraşdırılıb, ümumi
uzunluğu 3363 metr
müxtəlif markalı yeni
paylayıcı kabel xətti çəkilib,
4 ədəd quyu qapağı, 3 ədəd
kabel meydançası, 3 ədəd travers, 2 ədəd kabel qutusu montaj olunub.
***
Azərbaycan Respublikası
Regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramının icra vəziyyəti ilə
əlaqədar Şirvan şəhəri
üzrə 2020-ci ildə Dövlət Məşğulluq Xidməti
orqanları tərəfindən işsiz,
xüsusilə əmək qabiliyyətli ünvanlı sosial yardım alan, habelə
sosial
müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə
çətinlik çəkən şəxslər üçün özünüməşğulluq
proqramına 145 şəxsin cəlb edilməsi nəzərdə
tutulmuşdur. Çari
ildə Məşğulluq Mərkəzində işaxtaran kimi qeydiyyatda olan vətəndaşlardan
72 nəfər özünüməşğulluq
proqramına cəlb olunmuşdur.
Şirvan şəhərində şəhid ailələri, Qarabağ əliləri və digər aztəminatlı ailələr daim diqqət mərkəzində saxlanılır, onların problemlərinin həlli istiqamətində müvafiq tədbirlər görülür. Tədris müəssisələrinin, tibb ocaqlarının təmiri, yenidən qurulması və yenilərinin tikilməsinə xüsusi önəm verilir. Bütün bunlarla bərabər koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə şəhərdə dezinfeksiya işləri və qabaqlayıcı tibbi tədbirlər davam etdirilir. Sanitar-epidemioloji vəziyyəti nəzarətdə saxlamaq məqsədilə Şirvan Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən şəhərin küçə və prospektləri dezinfeksiyaedici maddələrlə yuyulur. Heydər Əliyev, Nəriman Nərimanov, Səməd Vurğun parklarında, Heydər Əliyev və İstiqlaliyyət prospektləri boyunca yerləşən park və xiyabanlarda dezinfeksiya işləri aparılır.
Səməd
HÜSEYNOĞLU
Xalq qəzeti 2020.- 5 iyul.- S.6.