“Aqrar
sığorta” informasiya sisteminin
Əsasnaməsi”nin və “Aqrar
sığorta” informasiya sisteminə inteqrasiya ediləcək informasiya
sistemlərinin və onlardan əldə
olunması nəzərdə tutulan məlumatların
Siyahısı”nın təsdiq edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
¹ 238 Bakı
şəhəri, 6 iyul 2020-ci il
“Aqrar
sığorta haqqında” Azərbaycan Respublikasının
2019-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun
tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə” Azərbaycan
Respublikası Prezidentinin 2019-cu il 19 avqust tarixli
809 nömrəli Fərmanının 2.3.4-cü və 2.3.5-ci
yarımbəndlərinin icrasını təmin etmək
məqsədilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
1.
“Aqrar sığorta” informasiya sisteminin Əsasnaməsi” təsdiq
edilsin (1 nömrəli əlavə).
2.
“Aqrar sığorta” informasiya sisteminə inteqrasiya ediləcək
informasiya sistemlərinin və onlardan əldə olunması nəzərdə
tutulan məlumatların Siyahısı” təsdiq edilsin (2
nömrəli əlavə).
3. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq, “Aqrar sığorta” informasiya sisteminin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etsin.
Əli
ƏSƏDOV
Azərbaycan
Respublikasının Baş Naziri
Xalq qəzeti 2020.- 8 iyul.- S.6.