Elektron alış aktının formasının, tətbiqi, uçotu və istifadəsi Qaydalarının təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

¹ 243  Bakı şəhəri, 7 iyul 2020-ci il

 

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1704-VQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 dekabr tarixli 902 nömrəli Fərmanının 1.1.7-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Elektron alış aktı”nın forması təsdiq edilsin (1 nömrəli əlavə).

2. “Elektron alış aktının tətbiqi, uçotu və istifadəsi Qaydaları” təsdiq edilsin

(2 nömrəli əlavə).

3. Müəyyən edilsin ki, Azərbaycan Respublikasında elektron alış aktının təsdiq edilmiş forma və rekvizitlərə uyğun olaraq mərkəzləşdirilmiş qaydada uçotunun aparılması və tətbiqi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilir.

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti elektron alış aktının tətbiqi ilə əlaqədar müvafiq texniki imkanların yaradılmasını təmin edən tədbirlər görsün.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş Naziri

Xalq qəzeti  2020.- 9 iyul.- S.2.