Sosial yerlərində işçilərin əməkhaqqının bir hissəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi və “Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 616 nömrəli Qərarının ləğv edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

¹ 244 Bakı şəhəri, 8 iyul 2020-ci il

 

“İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1698-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 dekabr tarixli 882 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Sosial yerlərində işçilərin əməkhaqqının bir hissəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. “Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 616 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 12 (II kitab), maddə 2561; 2018, ¹ 12 (II kitab), maddə 2730; 2019, ¹ 4, maddə 781, ¹ 7, maddələr 1318, 1334) ləğv edilsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

Xalq qəzeti 2020.- 10 iyul.- S.2.